
Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
“Azərbaycan tərəfindən uzun illər ərzində təşviq olunduğu kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur. Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq”, – deyə nazir diqqətə çatdırıb.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









