
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə dünya seriyasının dördüncü mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçi təmsil edib.
Ramiz Həsənov (70 kq) qrup mərhələsində gürcüstanlı Levan Kelexaşviliyə (1:2) məğlub olsa da, ABŞ təmsilçisi Miçel Kuka (3:0) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rumıniyalı Stefan Yonut Komana minimal fərqlə (2:3) uduzan R.Həsənov fransalı Kuentin Stikeri 3:0 hesabı ilə üstələyərək dünya seriyasında növbəti dəfə bürünc medal qazanıb.
Omid Kamaliaqdam (80 kq) qrupda macarıstanlı Şaba Vidaya (1:2) uduzub, ispaniyalı Pablo Qarsiya və yunanıstanlı Xristos Kutsuridisdən 3:0 hesabı ilə üstün olub. Güləşçimiz yarımfinalda gürcüstanlı Nika Kentçadzeyə (0:3) uduzduqdan sonra rumıniyalı Maksim Vasiloqlo üzərində 3:2 hesablı qələbə ilə bürünc medal əldə edib.
İbrahim Yusubov (90 kq) isə bütün görüşlərini 3:0 hesablı qələbə ilə başa vurub. Təcrübəli güləşçimiz qrupda fransalı Matis Mayrand və belçikalı Conas Van Kaenegemə, yarımfinalda gürcüstanlı Dato Prizaşviliyə, finalda isə Gürcüstanın digər təmsilçisi Davit Kutuşviliyə qalib gələrək çempion olub.
Beləliklə, millimiz yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub. Azərbaycan 55 xalla komanda hesabında 2-ci yeri tutub. Gürcüstan (90) birinci, Rumıniya (44) isə üçüncü olub.
Qeyd edək ki, dünya seriyasının final mərhələsi sentyabrın 3-4-də Rumıniyanın Konstansa şəhərində keçiriləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









