Milli Hidrometeorologiya Xidməti dekabrın 3-ü saat 9:00-a olan faktiki hava barədə məlumat açıqlayıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Dağlıq ərazilərdə – Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız (Quba) və Lazada (Qusar) qar yağır.
Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.
Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.
Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









