Hələ erkən orta əsrlərdə dövlətçiliklərini itirmiş ermənlər özlərinə yeni dövlət yaratmağa cəhd göstərsələr də buna nail ola bilmirdilər. Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi şəkildə köçürülmüş ermənilər Yuxarı Qarabağ ərazisində alban əsilli xristian əhalinin tarix və mədəniyyətinə yiyələnməyi münasib hesab edərək burada erməni dövlətçiliyinin bünövrəsini qoymağı planlaşdırdılar.
XX əsrin əvvəllərində Qərbi Azərbaycan torpaqları hesabına Ermənistan Daşnaq hökuməti, sonra isə Ermənistan SSR yaradıldı.
Yuxarı Qarabağın tarixi ənənələrini əldən buraxmaq istəməyən ermənilər burada geostrateji maraqları olan böyük dövlətlərin köməyi ilə DQMV-i yaratdılar.
Cənubi Qafqazda bir respublika və bir muxtariyyət yaratmış ermənilər Avropa ölkələrinə hər cür nökərçilik xidməti göstərmək yükünü boyunlarına götürdülər.
Tarixi proseslərin əlverişli məqamlarından istifadə etməyi “yaxşı bacaran” ermənilər XX əsrdə Rusiyada çarizmin süqutu və Sovet imperiyasının meydana gəlməsi ilə yaranmış əlverişli şəraitdə inzibati ərazi məsələsini qaldırdılar və DQMV kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olan bir qurum yaratdılar.
Ermənilərin bu ərazilərdə möhkəmlənməsi onların özlərinə görə deyil, erməniləri himayə edən bir sıra böyük dövlətlərin mənafeyinə uyğun gəldiyi üçün geniş vüsət alırdı. Bu məsələ ilk növbədə öz xristianlıq missiyasını Şərqə doğru genişləndirmək məqsədi güdən Roma papasının istəyinə, sonralar isə Şərq siyasəti yeridən Avropanın və “İsti dənizlərə doğru”, “Qafqaz” siyasəti yürüdən Rusiyayanın istəklərinə uyğun idi.
Məlum olduğu kimi, artıq XVII əsrdən başlayaraq Yaxın Şərqin islam dövlətlərinin, xüsusilə də İran və zəifləmiş Osmanlı imperiyasının torpaqlarını ələ keçirmək üçün fəal istilaçılıq siyasətinə başlayan qərb dövlətləri bu ərazilərə müdaxilələrinin reallaşdırılmasında burada yaşayan xristianların, ilk növbədə isə ermənilərin köməyinə arxalanırdılar.
Rusiya hələ XVIII əsrdən Qafqazı öz təsiri altında saxlamaqla iqtisadi maraqlarını təmin etmək üçün daha böyük niyyətini müxtəlif üsullarla reallaşdırmağa çalışırdı. Bunun üçün Rusiya öz nüfuz dairəsinə daxil etdiyi bölgələrdə imperiyanın siyasi təsir gücünü göstərdi. XVIII əsrdən Qafqazı, o cümlədən Cənubi Qafqazı ələ keçirmək məqsədilə geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında buna nail oldu.
XIX əsrin əvvəllərində Azərbaycanın çar Rusiyası tərəfindən işğalı zamanı erməni ideoloqlarının çarizmin müstəmləkəçilik siyasətini həyata keçirməsi üçün hazırladıqları planlar bu proseslərin istiqamətlərini müəyyənləşdirdi.
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Qarabağ Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya İran və Türkiyədən bu ərazilərə 200 mindən artıq erməni köçürdü. Bununla da Cənubi Qafqazdakı koloniya siyasətini həyata keçirmək üçün özünə dayaq məntəqəsi yaratdı. Bu siyasətdən yararlanan ermənilər heç vaxt olmadıqları bir ərazidə erməni dövləti qurdular. Beləliklə, Azərbaycanın Qarabağ bölgəsi münaqişə yuvasına çevrildi.
Bununla yanaşı, ermənilərin Qarabağda möhkəmləndirilməsi üçün həyata keçirilən etnik təmizləmə siyasəti XX əsrin əvvəllərində geniş vüsət aldı.
Rusiyaının himayəsindən istifadə edən ermənilər Birinci Dünya müharibəsi bitdikdən sonra bəzi Avropa dövlətlərinin siyasətindən də yararlanmağa çalışır-dılar. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə daha fəal çıxış etdilər və Azərbaycanın bir çox əraziləri ilə birlikdə Yuxarı (Dağlıq) Qarabağı da ermənilərin tarixi torpaqları kimi qələmə vermək məsələsini ortaya atdılar.
1920-ci il mayın 3-də XI Ordunun silahlı dəstələri Qarabağa soxuldu. Şuşa, Xankəndi və Qarabağın digər şəhər və kəndləri rus qoşunlarının, erməni quldur dəstələrinin nəzarəti altına keçdi.
Çarizmin yerində yaranmış Sovet Rusiyası Qarabağda başlanmış azərbaycansızlaşdırma siyasətini davam etdirdi. 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. Bunlardan 765 ailə Yuxarı Qarabağda yerləşdirildi. Onların məskunlaşdırılması və yaşaması üçün hər cür şərait yaradıldı.
Birinci dünya müharibəsindən sonra da «erməni məsələsi» ilə ən çox maraqlanan ölkələrdən biri Rusiya idi.
Erməni məsələsi 1965 -ci ildən sonra daha çox fəallaşdı.
Ermənilər Azərbaycan türklərinə qarşı bəşər tarixində görünməmiş vəhşiliklər, soyqırımlar, depotasiyalar həyata keçirdilər. Bir əsrdə azərbaycanlı əhali ermənilər tərəfindən iki dəfə soyqırıma məruz qaldı.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırdı. 1988-ci ildə erməni ideoloqlarının süni yaratdığı “Dağlıq Qarabağ problemi” Ermənistanın Azərbaycana hərbi təcavüzü üçün bəhanə oldu.
Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və Azərbaycanın Qarabağ bölgəsi Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların gözləri qarşısında XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı baş vermişdir. Azərbaycan Respublikasının 20 % ərazisini Ermənistan ordusu işğal etmişdir. Ermənilərin həyata keçirdikləri bu təcavüz aktları nəticəsində respublikamıza külli miqdarda maddi ziyan dəymişdir.
Bu problem ədalətli həllini hələ də tapmamışdır.
Qasım Hacıyev
http://karabakh-doc.azerall.info