
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.
APA-nın məlumatına görə, akademiyanın rektoru Urxan Ələkbərov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb.
AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib: “Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram”.
Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
APA
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









