Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Oruc Zahid Məhərrəm oğlunun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Sechki-2018.az saytının xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndələri namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim edib.
Qeyd olunub ki, onun namizədliyinin qeydə alınması üçün əsaslar var. Z.Orucun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılıb, onun prezidentliyə namizədliyi qeydə alınıb.