“Həll edilməmiş münaqişələr regionun təhlükəsizlik və inkişafına ən ciddi təhdid olaraq qalır. Mayın 16-da Vyanada keçirilmiş sonuncu yüksək səviyyəli görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinin canlanması üçün yaxşı imkan yaratdı. Biz hazırki status-kvonun davamsız və qəbuledilməz olması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrliyinin fikirləri ilə tamamilə razıyıq. Çünki kövrək status-kvo ciddi eskalasiyaya səbəb olur”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1104 saylı iclasında ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin çıxışına cavab bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, substantiv danışıqlardakı inkişaf nəticəsində nailiyyətlər əldə etmək mümkündür: “Etimad quruculuğu tədbirləri münaqişənin siyasi yolla tənzimlənməsini tamamlamalı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələrinin aradan qaldırılması kontekstində nəzərdən keçirilməlidir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması regiondakı dinamikanı dəyişəcək və bütün xalqlar üçün faydalı olacaq münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün irəli sürülən hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və Vyanada əldə edilmiş razılaşmaları zəiflədir”.
Bəyanatda ATƏT-in qaçqın və məcburi köçkün məsələsinə az diqqət göstərməsinin dərin təəssüf doğurduğu qeyd olunub.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









