Əlahiddə Qafqaz korpusunun komandiri, general-adyutant Paskeviç hökumətin etimadını qazanan və bununla bərabər, erməni xalqı arasında һörməti olan məmurlara ehtiyac duyaraq xahiş edir ki, hal-hazırda siz Alihəzrətin yanında olan polkovnik Lazarev xüsusi tapşırıqlar üzrə yanınızda işə təyin edilsin.
İmperatora bu barədə mənim məlumatımdan sonra əla-həzrət bu vəzifəyə Sizin razı olub-olmadığınızı qabaqcadan soruşub bilməyi əmr etdi. Ona görə də acizanə surətdə bəndənizdən xahiş edirəm ki, bu barədə öz fikrinizi mənə bildirəsiniz.
Qol çəkdi: Baş qərargah rəisi general-adyutant Dibiç.
Cənab polkovnikə və kavaler Lazarevə Siz cənablara məlumdur ki, Azərbaycanın müxtəlif mahallarında yaşayan ermənilərin, demək olar ki, hamısı və Urmiya şəhəri yaxınlığında olan bütün yunanlar qoşunlarımız Təbrizi aldıqdan sonra bizim vilayətlərə köçməyə hazır olduqlarını bildirmiş və o nümayəndələri Dehkarqanda olarkən onlara icazə verməyi məndən xahiş etmişdilər. Sonra onların bu niyyətlərini təsdiq etmək üçün erməni Arxiyepiskopu Nerses Stefanı və arximandrit Nikolayı ora göndərmişdi. Həmin adamlara bu işdə bütün mümkün olan yardımın göstərilməsi haqqında bütün һərbi rəislər məndən göstəriş alaraq həvalə olunmuş tapşırığın yerinə yetirilməsi üçün yola düşmüşdülər. Lakin indiyə qədər də onların bu işdə uğur qazana bilib-bilmədiklərindən və fəaliyyətlərindən heç bir xəbər yoxdur. Güman etmək lazımdır ki, sərt şaxta və bölgə də, bütün Azərbaycanın həmişəlik bizim əlimizdə olacağı ümidi bu vaxtacan orda qalan xristianları köçməyə başlamağa qoymurdu. Ancaq indi məlum olur ki, İran hökuməti tərəfindən bizə çatacaq 1,5 kurur edənənə qədər bizim qoşunlarımız sülh müqaviləsinə görə ayın 8-də əlimizdə girov qalan Urmiya,Xoy və Makudan başqa, Azərbaycanı sürətlə təmizləməlidir və yazın yaxınlaşması ilə köçürülmə artıq xüsusi çətinliklərlə bağlı deyil. Şübhə yoxdur ki, həmin xristianların böyük bir hissəsi Azərbaycanda qalmayacaq. Bütün bunların ardınca onların köçürülməsi qanun-qayda ilə həyata keçirilirdi. Bu halda onlar iranlılar tərəfindən təzyiqə məruz qalmazdılar və nəhayət, onlara lazımi hallarda zəruri vəsaitin verilməsi məqsədlərilə qayda-qanun yaradaraq bunların icrasını bilavasitə siz cənablara tapşırıram və aşağıdakı kimi hərəkət etməyi əmr edirəm.
Xristianların yerlərindən çıxarılmasına hazırlıq barədə
1. Bu tapşırığın yerinə yetirilməsində sizə kömək etmək üçün iki inanılmış qərargah zabiti və bir neçə baş zabit seçərək təsdiq üçün mənə təqdim edin. Onların ezam edilməsi barədə sərəncam almaq üçün sizinlə birlikdə qərargah və baş zabitləri ermənilərin və başqa məzhəbdən olan xristianların daha çox yaşadıqları mahallara, ilk növbədə, qoşunlarımızın martın 8-dən gec olmayaraq tərk edəcəkləri Marağa ətrafına dərhal göndərə bilərsiniz. Bunun üçün köçkünlər də bu göstərişi orda təqdim edəcəyiniz dəstə komandiri, general-mayor Pankratyevdən lazımi vəsait və general-mayor Pankratyevə verdiyim göstəriş üzrə bir baş zabit və 25 kazakdan ibarət dəstənin sizə verilməsini tələb edərək dərhal yerlərdən yola düşməlidirlər.
2. Həmin yerə gələndən sonra siz və sizin nəzarətinizdə olan məmurlar xristianların əsl niyyətini bilməyə və onların bizə köçmək arzusunun dəqiq olub-olmamasını yəqin etməyə borclusunuz.
3. Onların bununla razılaşması üçün heç bir məqsəd güdməməli, xüsusən də, zorakı tədbirlər işlətməməli, lakin Avropada ən qüdrətli xristian imperatorunun təbəəliyinə və səmərəli rus qanunlarının himayəsi altında istifadə edəcəkləri dinc və xoşbəxt həyata onların daxil olmasının bütün xeyrini göstərərək yeganə inandırma yolu ilə hərəkət etməlisiniz.
4. Məmurlarla birlikdə sizə hökumət adından xristianları arxayın etmək hüququ verirəm. Bu da ticarətlə məşğul olan vilayətlərimizə onların köçürülməsindən sonra şəһərlərdə yerləşə biləcəklərinə, yerli ticarətçilərlə birlikdə ümumi hüquqlardan istifadə edəcəklərinə imkan verəcək. Kəndlilərə isə kifayət qədər əlverişli torpaq sahəsi bölünüb veriləcək və onlar 6 il vergilərdən, 3 il isə torpaq mükəlləfiyyətindən azad olunacaqlar.
6. Qəti surətdə bizə keçmək arzusunu bildirən kəndlər və ailələr üçün siyahılar tərtib olunmalı kasıblığa görə köçüb gələn vaxt vəsait istəyəcək ailələr ayrı-ayrı göstərilməli və həmin siyahılar mənə, mən isə Azərbaycandan çıxıb gedəsi olsam, qoşunların burda qalacaq başçısına verilməlidir.
7. Bizim qoşunlarımızın tez bir vaxtda çıxmalı olduqları mahallardan, ən çox da Marağadan və ətraf yerlərdən ermənilərin elə indi keçməyə başlaması, yaxud da heç olmasa qoşunlarla birlikdə getməsi üçün onları razı salmaq lazımdır, çünki onlar qoşunların çıxması ilə əlaqədar nəinki iranlıların təhqiredici hərəkətlərinə və təzyiqlərinə məruz qalacaqlar, hətta, bəlkə də, onlar tərəfindən müxtəlif bəhanələrlə yubandırılacaqlar.
8. Müqaviləyə görə bizdə 4,5 kurur ödəyənə qədər girov qalan Urmiya və Xoy mahallarında xristianlara mayın axırına qədər tədricən keçməyə imkan verilməlidir. Lakin siz cənablar məmurlarla birlikdə şəraitlə və İran hökumətindən bizə çatacaq pulun ödənilməsi ilə uyğunlaşaraq həmin əlaqəyə girməlisiniz.
9. Köçürülməyə hazır olan ailələrə və ya bütöv kəndlərə təhlükəsiz getmək üçün açıq vərəqələr və burda verilən formaya əsasən vergilərdən və mükəlləfiyyətdən azad olmaq [44-45] üçün mühafizə sənədi vermək lazımdır.
10. Müqaviləyə görə qoyulmuş müddətdə köçən xristianlara məxsus əmlakın satılması üçün hər bir kəndə özləri tərəfindən vəkil qoymağa hüquq verilməlidir. Bu vəkillərə lazımi sənədlər vermək və bununla yanaşı, bu cür vəkillərə hər cür himayə və maddi yardım göstərmək haqqında Abbas Mirzənin yanında olan komissara, yaxud Təbrizdə olacaq diplomatik məmura müraciət etmək lazımdır.
Köçkünlərin bizim vilayətlərin sərhədlərinə qədər gəlməsi haqqında
11. Yol gedərkən ən vacib azuqə üçün və xüsusən, mal-qara üçün yem çatışmamazlığı olmasın deyə, köçkünlər kəndlər üzrə dəstələrə bölünməli və hər bir dəstə 150-dən 300-ə qədər ailədən ibarət olmalıdır.
12. Bir dəstənin o biri dəstə ilə birləşməməsi üçün həmin dəstələri bizim sərhədlərə müxtəlif yollarla aparmağa çalışmaq lazımdır.
13. Hər bir ailənin təhlükəsizliyinə zəmanət vermədən onlara ayrı-ayrı da köçməyə icazə verilməlidir.
14. Mümkün qədər xristian əhalisi ilə doldurulmaq tələb olunan Naxçıvan və İrəvan vilayətlərinə xristianların getməsi üçün onlardan razılıq alınmalıdır. Lakin Üzümçü və onun yaxınlığında olan üç erməni kəndinin sakinlərinə Qarabağ yaxın olduğuna görə həmin əyalətə getməyə icazə verilməlidir.
15. Hər bir dəstəni müşayiət etmək üçün indi sizə köməyə gələn zabitlərdən birini göndərmək, yaxud da hər bir dəstə üçün dəstə başçılarından, habelə kazaklardan erməni dilini bilən 2-dən 5-qədər adam tələb etmək lazımdır.
16. Hər hansı bir mahaldan köçkünlər dəstəsi yola düşən kimi, siz cənablar ya da sizə kömək etmək üçün təyin olunmuş məmurlardan biri ailələrin sayını, pristavın familiyasını, sərhəddə dəstənin gəldikləri yeri başa salıb, heç olmasa, həmin dəstənin bizim torpaqlarımıza təxminən gəldiyi vaxtı, һabelə, köçkünlərin neçə yerlərdə, yəni, düz və isti yerlərdəmi, yaxud dağlıq və soyuq yerlərdəmi yaşadıqlarını, onların hansı təsərrüfat növü ilə məşğul olduqlarını və nə qədər mal-qaraları olduğunu müəyyən edərək dərhal bu haqda İrəvan müvəqqəti idarəsinə bildirilməlidir.
17. Alihəzrət, kasıb olan ailələrə borc olaraq maddi yardıma və qabaqcadan nəzərdə tutulmayan xərclərə, buna rəhbərlik edən infanteriya generalı, həqiqi mülki müşavir Jukovskidən 25 min manat gümüş pul almağa icazə verin. Bu puldan sizin sərəncamınıza əsasən, ayrı-ayrı mahallara göndərilən hər bir məmura tələb olunan məbləğdə ayrılmaq sizə həvalə olunur. Bununla belə, hər ailə başına 10 manatdan çox olmayaraq maddi yardım verilməsi və bunu qəbzlə alanların siyahısı və kasıblara məxsus kəndlərin kəndxudalarının və keşişinin təsdiqi ilə icra edilsin. Bu pulların xərclənməsində istər siz, istərsə də sizin sərəncamınızda olan məmurlar lazımi hesabat verməlidirlər.
18. Sizin vəzifələrinizdən və göndərilmək üçün əlavə edilmiş dəstələrdən başqa, köçkünlər bizim əyalətlərin hüdudlarına daxil olanacan sizə məmurlar veriləcək, çünki köçkünlərin yerləşdirilməsinə yerlərin təyin olunması üçün onlara mümkün olan maddi yardım göstərmək üçün və məskunlaşmalarına kömək etmək məqsədilə İrəvan Müvəqqəti İdarəsi yanında komitə təsis olunacaq və köçürülən ermənilərin hər bir dəstəsi bizim hüdudlarımızı keçəndən dərhal sonra bu komitənin sərəncamına veriləcək. həmin dəstənin qabağına dəstələrdə olan pristavlarla birlikdə komitədən çaparlar da göndəriləcək və onu təyin olunmuş yerə aparacaq. Qarabağ üzrə bu iş yerli hərbi dairə rəisi, knyaz Abxazova həvalə olunur.
19. İşinizi tamamilə başa çatdıranda işləriniz barədə, xüsusilə, sizin və sizə köməyə verilmiş qərargah və baş zabitlərin xərclədiyi pul barədə mənə tam hesabat verməyə icazə verin. Sonuncu hesabatda borc olaraq maddi yardım veriləcək ailələrin adbaad siyahısı əlavə edilməli və pulun alınmasında onların imzaları olmalıdır.
20. Sizə verilən 25 min manat puldan hər verstə 2 qəpik gümüş pul, qərargah zabitlərinə və baş zabitlərə isə 2 at hesablayaraq verstlərin sayına görə onları at kirəsi ilə təmin etmək hüququnuz var və buna görə da çox vaxt atları sərbəst qiymətlərlə kirayəyə götürməlisiniz. Üstəlik də, qərargah və baş zabitlər səfərdə olarkən qeyri- qənaətbəxş vəziyyətlərinə görə başqa ağır xərclərə də malik olacaqlar, elə bu puldan da bütün belə xərclər üçün qərargah zabitlərinə ayda 30, baş zabitlərə isə 20 manat gümüş pul verməyi sizə həvalə edirəm.
Qol çəkdi: Əlahiddə Qafqaz Korpusunun komandiri, infanteriya generalı, general-adyutant Paskeviç
№ 275. 26 fevral 1828-ci il. Təbriz.
S.N.Qlinka “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” (Balı, “Azərbaycan”, 1995) kitabından