Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6 milyard 183,9 milyon manat (3 milyard 637,5 milyon dollar) vəsait daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır.
AZƏRTAC ARDNF-nin cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, həmin dövr ərzində “Şahdəniz” yatağından daxil olan gəlirlər isə 12,5 faiz artaraq (qaz və kondensat) 697 milyon manat (410 milyon dollar) təşkil edib.