
COP29 ilə əlaqəli yaradılmış müxtəlif informasiya resursları əməliyyat mərkəzinin mütəxəssislərinin müraciətinə əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə auditdən keçirilib, müvafiq məlumatlar və tövsiyələr Əməliyyat Şirkətinə təqdim olunub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
“Tədbirin yüksək səviyyədə təşkili üçün əsas informasiya ehtiyatı “COP29.az” və hazırda 800-dən çox istifadəçisi olan elektron poçt xidməti xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və Xidmət tərəfindən 24/7 rejimində monitorinqi həyata keçirilməkdədir. Bununla yanaşı, “AzStateNet” dövlət şəbəkəsi üzərindən keçən COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib. İnternet trafikinin kiberhücumlarından hücumlardan qorunmanı daha təkmil həyata keçirmək üçün Xidmətin əməkdaşları Almaniya Federativ Respublikasında bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb ediliblər”, – deyə Dövlət Xidmətinin məlumatında qeyd olunub.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









