Yerevanda paradda nümayiş etdirilən “İsgəndər-E” raket kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.
Ekspertin sözlərinə görə, Ermənistana tədarük edilmiş “İsgəndər” kompleksləri variantı Azərbaycan ərazisində neft infrastrukturuna xələl gətirə bilməz.
O qeyd edib ki, Azərbaycanın hərbi potensialı Ermənistanın imkanlarını ən azı 5 dəfə üstələyir: “İrimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə “İsgəndər”lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq. Bundan başqa, Ermənistanın belə ciddi silahdan istifadəsi müharibə elan edilməsinin aşkar faktı kimi nəzərdən keçiriləcək ki, bu da Ermənistanın uğursuzluğuna gətirib çıxaracaq”.
Bakı. Elmira Tariverdiyeva – Trend: