
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.
Qeyd edilib ki, ölkəmizdə ən müasir standartlara cavab verən idman infrastrukturu qurulub, o cümlədən ayrı-ayrı regionlarımızda çoxsaylı olimpiya idman kompleksləri tikilib. Azərbaycan bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına uğurla ev sahibliyi edib.
Söhbət zamanı ölkəmizdə su idman növlərinin inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər barədə söhbət açılıb, Beynəlxalq Su İdman Növləri Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









