Ermənistanın beynəlxalq məhkəmə qarşısında qaldırdığı əsas vəsatətlərdən biri Azərbaycan ərazisində cinayətlər törətmiş şəxslərin dərhal və qeyd-şərtsiz bu ölkəyə qaytarılması ilə bağlı idi. Bu məsələ ilə bağlı bütün ittiham aktları, çıxarılmış məhkəmə qərarları tərəfimizdən məhkəməyə təqdim edildi. Bununla da qarşı tərəfin qaldırdığı məsələ bəraət qazana bilmədi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Ermənistan son aylar ərzində beynəlxalq təşkilatlarda, bəzi ölkələrin parlamentlərində ermənipərəst qüvvələrin təsiri sayəsində Hərbi Qənimətlər Parkı ilə bağlı haqsız iddialar qaldırmışdı. Lakin bu vəsatət də uğursuzluqla nəticələndi. Beynəlxalq məhkəmədə terrorçu təşkilatlara Ermənistanda xüsusi rəğbətin olması da konkret faktlarla sübuta yetirildi.”, – deyə nazir müavini vurğulayıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









