AŞPA Monitorinq Komitəsinin 9 noyabr 2016-cı il tarixli Paris iclasında “Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair alt komitə”nin missiyası çərçivəsində məruzə müzakirə edilmiş və Alt komitənin Cənubi Osetiya və Abxaziya, Kiprin şimalı, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd edilmişdir.
İclasda Ad-hok alt Komitənin sədri və məruzəçi cənab Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq, məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirmiş və bu ifadə formasına hiddətlə etiraz etmişdir. O, bunun “tamamilə qəbuledilməz” olduğunu bildirmişdir. Ermənistan üzrə həmməruzəçi cənab Alan Meale (Birləşmiş Krallıq, SOC) Ermənistan nümayəndəsinin fikrinə dərhal tutarlı dəstək vermişdir.
Cənab Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməmiş, lakin ermənistanlı deputat yenidən təkid edərək, komitədə böyük qalmaqal yaratmışdır.
Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəlişi 31 əleyhinə, 3 lehinə olmaqla, rədd edilmişdir.
Məruzəçi cənab Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilmiş və beləliklə, Rüstəmyan tamamilə təcrid olunmuş, hətta gülünc vəziyyətə düşmüşdür.
Nəticə etibarilə, Azərbaycan Dağlıq Qarabağ və digər ərazilərin silahlı işğalının tanınması uğrunda aparılan beynəlxalq mübarizədə növbəti qələbəsini qazandı!
10.11.2016

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









