
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq işəgötürənlər əmək münasibətləri çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalaya biləcəklər.
Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həmin maddəyə görə işəgötürən iş prosesində ona etibar edilən əmlak və digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.
Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə sənədlərin) elektron imzalanması mümkündür.
Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsini asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









