Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 92 dəfə atəş zərbəsi endirib.



















Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib VIDEO
Prezident İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb VIDEO
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib VİDEO
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO








