Ermənilerin mənşəyinin konkret bir ərazi ile bağlılığı hələ də qaranlıq qalır. Onları əslinde hər hansı bir irqə aid etmək də mümkün olmamışdır.
Fransız mənşəli Qafqazşünas alim İ.Şopen haqlı olaraq yazırdı ki, «aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamile başqa xalqın adı ilə dəyişib tərcümə ediblər. Aydındır ki, Yafəs mənşəli, şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz».
Ermənilərin etniki cəhətdən formalaşmasının və onların ilkin tarixi məskənlərinin məhz Kiçik Asiya sahəsində olması haqqında erməni tarixçiləri, akademikleri S.T.Yeremyan, K.V.Trever və bir çox başqa alimlər ciddi fikirlər söyləmişlər.
Qədim dünya tarixçilərindən Herodot, Evdoks ve başqaları protoermənilərin mənşəyinin frakiya-frigiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Tanınmış tarixçi-şərqşünas İ.M.Dyakonov bununla əlaqədar olaraq qeyd edirdi ki, «nə qədər ki, qədim erməni dili ərməniyə yaylasının avtoxton xalqlarının dillərilə qohum deyildir… aydındır ki, o, buraya kənardan gətirilmişdir… protoermənilər bu əyalətə (ərməniye yaylası erməni müəlliflərinin uydurduqları bir terimindir —A.M.) bizim eradan evvəl VII ve VI əsrlər arasında gəlmişlər… Qədim erməni xalqı ilkin olaraq yuxarı Ferat vadisində bərqərar olmuşdur…» .
Beləliklə, bu alim də ermənilərin əcdadlarının Kiçik Asiyaya gəlmə olduqlarını təsdiq edir .
Erməni tarixçiləri öz xalqlarının avtoxton – əslən yerli olmasını, yəni ermənilərin əcdadlarının qədimdən Ön Asiyada yaşamalarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Sovet alimlərinin kollektiv əsəri olan «Qədim dünya tarixi»ndə açıq-aydın yazılır ki, «ermənilərin bu yaylanın avtoxtonları olması barədə son vaxtlar yayılmış fikri bir sıra səbəblərə görə əsaslı saymaq olmaz» . Daha sonra kitabda bu fikir elmi cəhətdən tam əsaslandırılmışdır.
Məlum olduğu kimi, e.ə. VII əsrə aid Urartu dilində yazılmış mənbədə Kiçik Asiyanın şərqində, Dəclə və Fərat çaylarının yuxarı axarları boyunu əhatə edən ərazi, yəni indiki Türkiyə ərazisinin şərqində kiçik bir əyalət Arme adlandırılır. E.ə. VII-VI əsrlər arasında Balkanlardan gəlmiş friq tayfalarının bir qolu olan ermənilərdən əvvəl bu əyalətdə yaşayan əhali hurri ve luviya dillərində danışmışdır. Maraqlıdır ki, Əhəməni hökmdarı Kserksin hərbi yürüşündə ermənilər ile friqler bir bayraq altında, alordlar ve saspeyrler isə başqa bayraq altında durmuşlar.
Bu bir həqiqətdir ki, gəlme vəhşi tayfalar, o cümlədən ermənilər burada özlərindən yüksək mədəniyyətə malik olan aborigen xalqların mədəniyyətinin müxtəlif ünsürlərini mənimsəyərək özününküləşdirmişdilər. Bu fikri erməni yazıçısı və alimi Nalbəndyan da təsdiq edərək yazırdi ki, «erməni xalqı Dəclə ve Fərat çaylarının yuxarı axarları boylarına söykənən ərazilərdə bərqərar olmuşdu. Bu ərazilərin aborigenleri ise (hetler, hurriler, urartulular) yüksək inkişaf etmiş xalqlar idi» .
Başqa bir erməni müellifi Kapançyan bu fikri inkişaf etdirərək belə bir qənaətə gəlir ki, «Makedoniyali İskəndərin yürüşünün (e.e. 323-cü ilde) iştirakçılarının fikrincə, guya arqonavt Armenin adi ilə adlandırılmış Ərməniyə yalnız Fəratın yuxarı axarları boyunda, Armenosun silahdaşlarının ilk dəfə məskunlaşdıqları yerdə idi. Akilisena əyaləti bu Ərməniyəyə söykənsə də, M.İskəndər dövründən Kiçik Ərməniyə adlandırılmağa başlamış ve bu da ermənilərin ilkin vətəninin Kiçik Ərməniyə olduğunu təsdiq edir».
Roma yazıçısı Plini yazırdı ki, Fərat «Karanitisdə, Böyük Ərməniyənin prefekturasından başlanır» .
Musa Xorenli yazırdı ki, «Armenak Van gölü etrafından şimal-şərqə gələrək uca dağlarla əhatə olunmuş ve qərb tərəfdən axıb gələn hay-küylü çaylarla suvarılan geniş düzənlikdə məskunlaşdı». Sonralar ermənilər «Armenak» sözünü şəxs adı kimi təqdim etsələr də, əslində o, armanok, başqa sözlə arman tayfası anlamındadır.
Tədqiqatçıların gümanına görə, friq tayfalarının bir qolu olan indiki ermənilər Arme ve sonralar Hayasa adlandırılan əyalətlərə gəlib orada məskunlaşmışdılar. Sami (semit) dillərində danışan ve Mesopotamiyanın şimalında yaşayan arameyler Arme əyalətində yaşayanlara oranın adı ile «Armina», hurri dilli urartulular isə «Armini» deyirdilər. Bu ad etnik mənsubiyyət bildirmir.
İndiki ermənilərin ulu babalarının məskənləri hesab edilən Şərqi Anadoludakı Hayas ve ermən vilayətlərində qədim zamanlardan, yəni çağdaş ermənilərə ad qoyulmamışdan əvvəl Balkan yarımadasından köçüb gəlmiş hayların törəmələrilə yanaşı, çoxsaylı avtoxton etnoslar — het, hurri, urartu xalqları, həmçinin e.ə. I minilliyin birinci yarısında Cənub-Şərqi Avropadan gələrək buralarda məskunlaşmış türkdilli kimmer (kəmərli), skif, sak ve başqa tayfalar da yaşayırdılar. Sonralar Şərqi Anadoluda yaşayan iri tayfalardan biri, başqa xalqlar tərəfindən «ermənilər» adlandırılmışdır. Ermənilərin bu adı etnonim kimi qəbul etməmələrinin və inadkarlıqla «hay» etnoniminden ayrılmaq istəməmələrinin əsas səbəbi isə hay xalqının bu ərazilərdə köklü, qədim əlaqələrinin olmaması və bu tayfanın nə vaxtsa Balkan yarımadasından köçərək bu torpaqlarda məskunlaşması, özlerini başqa millətlərə daha üstün toplum kimi, təqdim etmələri idi.
Hay xalqı heç vaxt Şərqi Anadolu regionunda əhalinin əksəriyyətini təşkil etməmişdir. Sonralar erməni müəllifləri tərəfîndən Ermənistan yaylası adlandırılan bütün Şərqi Anadolunun yerli əhalisi orada qədimlərdən yaşamış het, hurri, urartu və türk tayfalarının nəsilləri sayıla bilər.
«Armini» sözü coğrafi ədəbiyyatda Şərqi Anadoluda «Erməni yaylası» kimi işlənməkdədir. Lakin «Armini» adı qədim yunanlara keçdikdən sonra «Armeniya» formasını kəsb etmişdir. Sonralar Avropa dillərinə də yayılan bu termin həmin dillərdə «hay» adlananlar üçün etnik ada çevrilmişdir. Görkəmli rus tarixçisi Dyakonov yazırdı ki, «haylar heç vaxt özlərinə «erməni» deməmişler».
Fransız mənşeli rus tedqiqatçısı İ.Şopen erməni-hayların mənşəyindən bəhs edərək belə bir nəticəyə gəlmişdir ki, «ermənilərdən, parsuqlardan, haykanlardan və yəhudilərdən yeni, qarışıq bir xalq əmələ gəldi ki, o, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi (doğma) adını da itirdi» . Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdir: «Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlere gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etniki tərkibinə kim necə təsir göstərib?
Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur» .
Ermənilərin mənşəyi olduqca müəmmalıdır və az öyrənilmişdir. Tanınmış rus tədqiqatçısı Veliçko da belə bir qənaətə gəlmişdir ki, «…əvvəlcə Babil əsarəti zamanı, sonra isə Yerusəlimin dağıdılmasından beri yehudilerin böyük bir kütləsi onlarla qarışmışdır» . Təsadüfi deyil ki, yəhudilərin də bir hissəsi haylaşaraq «zok» adını almışdılar.
Atamoğlan Məmmədli “Ermənilərin gerçək tarixindən”,
Bakı-2008