Erməni hərbçiləri ötən gün axşam saat 20 radələrində Ağdam rayonunun Çəmənli kəndi ərazisində artezian quyusunu təmir edən rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub.
İdarənin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Erməni hərbçiləri Çəmənlidəki artezian quyusunu gündüz saatlarında təmir etməyə imkan vermir, əməkdaşlarımızı hədəf alırlar. Ona görə də artezianı axşam saatlarında təmir etmək üçün işçilərimizi əraziyə göndərdik. Lakin hava qaralsa da, briqadamız kənd ərazisindəki artezianı təmir edərkən yenə də atəşə məruz qaldılar. İşçilərimizin içərisində olduğu maşına 10-15 güllə atılıb, nəqliyyat vasitəsinə ziyan dəyib. Əməkdaşlarımız dərhal hadisə yerindən uzaqlaşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb”.
Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi bildirib ki, düşmən məqsədli şəkildə belə təxribata əl ataraq, kənd sakinlərinin su təminatını ödəyən artezianı düzəltməyə imkan vermir.

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









