XX əsrin sonlarında beynəlxalq aləmdə cərəyan edən proseslər (“soyuq müharibə”nin sona çatması, dünya kommunizm düşərgəsinin iflasa uğraması, SSRİ-nin tarix səhnəsini tərk etməsi) nəticəsində bir sıra xalqlar öz siyasi müstəqilliklərinə qovuşmuş, dünya xəritəsində yeni müstəqil dövlətlər özünə yer almışdı. Belə dövlətlərdən biri də Gürcüstan Respublikasıdır.
1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, strateji cəhətdən çox əlverişli bir coğrafiyaya malik olan Gürcüstanı separatizm dalğası bürümüş, respublika ciddi təhdidlərlər və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Başqa sözlə, Gürcüstan qlobal səviyyədə baş verən geosiyasi oyunun qurbanına çevrilmişdir. Bu oyunun əsas iştirakçıları olan iri dövlətlərin, beynəlxalq güclərin maraqlarını və davranış tərzini başa düşmək o qədər də çətin deyil. Diqqəti daha çox çəkən məqam isə, özlərinin yaratdıqları mifik tarixə uyan, əsasız iddialarları ilə qonşu xalqlara düşmən kəsilən, öz ağalarına hər zaman qul xidməti göstərməyə çalışan ermənilərin bu güclərin əlində “baltaya” çevrilmələri, onların regionda qətliamlar törədənlərin ön cərgələrində yer almalarıdır.
Ermənilərin Cənibi Qafqaza gəlmə xalq olması danılması mümkün olmayan bir faktdır, lakin müxtəlif dövrlərdə regionda cərəyan edən hadisələrin təsiri altında onlar bu regiona gəlmiş və ya köçürülmüşlər. Müasir Gürcüstan ərazisi də gəlmə ermənilərin məskunlaşdıqları areala daxildir. Onlar bu ərazilərdə torpaq əldə etməklə kifayətlənməmiş, yerli xalqların, o cümlədən gürcülərin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə yiyələnməyə cəhd etmiş, onlara öz evində sığınacaq verənlərə düşmən sifəti göstərmişlər. Buna əmin olmaq üçün İ. Çavçavadzenin 1902-ci ildə Tiflisdə rus dilində nəşr olunmuş «Erməni alimləri və fəryad edən daşlar» əsəri ilə tanış olmaq kifayətdir. Erməniərin bu namərd xisləti 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı da özünü büruzə vermişdir.
Qeyd olunan müharibə zamanı ermənilərdən, daha çox Gürcüstan ermənilərindən təşkil olunmuş Baqramyan adına batalyon Gürcüstan Respublikasını parçalamaq uğrunda separatçılar tərəfdə mübarizəyə qoşulmuşdu. Onlar sadəcə mübarizə aparmamış, gürcü əhaliyə qarşı qətliamlar törətmişlər.
Baqramyan adına batalyon 1993-cü ildə yaradılmışdı. Onun üzvlərinin sayı 2000 nəfərə çatırdı. “O, faktiki olaraq, öz bölmələri olan dviziya idi” (Бондо, Арвеладзе, Теймураз, Мибчуани. Армянский батальон имени Баграмяна и этночистка Грузин в Абхазии. Тбилиси, 2009, с. 69).
Abxaziyada hərbi əməliyyatlar zamanı ermənilərin iştirakı ilə 7 min nəfər gürcü asılmış, güllələnmiş və yandırılmışdı. Onların sırasında 50 nəfər tibb işçisi, 200 nəfərdən çox pedaqoq, 100 nəfərdən çox mədəniyyət işçisi vardı (Шота Тетвадзе, Отар Тетвадзе. Армяне в Грузии. Тбилиси, 2008, с.159).
Gürcüstanın Qulripşi, Oçamçir, Qal, Suxumi rayonlarında və Suxumi şəhərində yüzlərlə dinc insan Baqramyan adına batalyon tərəfindən vəhşiliklə qətlə yetirilmişdi. Bu batalyon qətliamların geniş vüsət aldığı Qulripşi rayonunda daha fəal idi. “Qulripşidəki eşidilməmiş ölüm, vandalizm, sadizm faktlarının 90-95 %-i Baqramyan batalyonunun və Qulripşinin erməni sakinlərinin vicdanındadır. Erməni diasporu bu batalyonun güclənməsində böyük rol oynamışdır. Keçmiş suxumililər, hal-hazırda Moskvada yaşayan Saturyan qardaşlarının rəhbərlik etdikləri “Tiko” Rusiya kommersiya bankı xüsusi kömək göstərmişdi” (Ш. Тетвадзе, О. Тетвадзе. Армяне в Грузии, с.159). Göründüyü kimi, haqqında söhbət gedən batalyon bir qrup təsadüfi və silahlı insanın birliyi deyil, yaxşı təşkilatlanmış, xarci əlaqələri və maliyyə bazası olan, əvvəlcədən planlaşdırılmış məqsədlərə malik cinayətkar bir strukturdur.
Arveladze və T. Mibçuaninin yuxarıda adı çəkilən kitabında Baqramyan adına batalyonun törətdiyi qətliamların şahidi olmuş insanların ifadələrinin bir hissəsi özünə yer almışdır. Bu ifadələrin bəziləri ilə tanışlıq ermənilərin gürcülərə qarşı həyata keçirdikləri soyqrım siyasətinin və ümumiyyətlə onların təcavüzkar mahiyyətinin üzə çıxarılması üçün kifayət edər:
Qulripşi rayonu
– Şahid Kvartsxava Qvadi Cemaloviç: “…Mən Labra kolxozunun sədri Avelyan Ardaş Arutyunoviçin rəhbərliyi altında ermənilərin törətdikləri qətl və qarətlər, həmçinin evlərin yandırılması haqqında çox fakt bilirəm… Avelyanın göstərişi ilə ermənilər 70 nəfər gürcünü, guya Zuqdidiyə aparmaq məqsədilə, mənim əmim Kvaratsxeli Borisin evinə topladılar. Əhali ora öz əmlakı ilə yığılmışdı, sonra ermənilər gəldi və bütün əmlakı onların əllərindən aldılar, 6 erməni isə 16 yaşlı bir gürcü qızını zorladı… Ermənilər bu qızı müdafiə edən rus qadını öldürdülər. Zorlanmış qızı harasa apardılar. Bundan sonra bu qızı orada heç kim görmədi… Mən onu da bilirəm ki, ermənilər Çxetiani Gedevanı, Kvaratsxeli Şalikonu, Kvaratsxeli Kakanı və dördüncünü, Suxumidən olan 50 yaşlı bir nəfəri öldürdülər. onları oktyabrın 7-də öldürdülər. Öldürülmüş dörd nəfəri Çxetiani Gedevanın evinə atdılar və yandırdılar…” (səh. 17-18).
– Şahid Samuşiya Domenti İoseboviç: “…1993-cü il sentyabrın 30-da silahlı ermənilər daxil oldular… 1930-cu ildə anadan olmuş Samuşiya Valerianı, Suxumi rayonunun Şroma kəndindən gələn 55 yaşlı Qadeliya Yurini, 75 yaşlı Zarandiya Çuçunu, 50 yaşlı Samuşiya Volodyanı, onun bacısı 65 yaşlı Samuşiya Lenanı, 65 yaşlı Samuşiya Xutunu, 30 yaşlı Samuşiya Lamarı, onun bacısı 32 yaşlı Samuşiya Leylanı, 70 yaşlı Çemiya Tini, Çemiya Lyubanın ailə üzvlərini: 70 yaşlı Çemiya Lyubanın özünü, onun qızını və iki nəvəsini; 80 yaşlı Samuşiya Katyanı, onun oğlu 67 yaşlı Samuşiya Abulini, onun həyat yoldaşı 65 yaşlı Samuşiya Eterini, 45 yaşlı Surtsumiya Murmanı, onun 8-9 yaşlı oğlunu, 70 yaşlı Kardava Şotanı, onun oğlu 45 yaşlı Kardava Lavexi, 75 yaşlı Darsaliya Tarası və onun oğlu 55 yaşlı Darsaliya Kukurini, 60 yaşlı Kvartsxeliya Şalikonu, 70 yaşlı Çxetiani Gedevanı, 70 yaşlı Arkaniya Arvelodini, onun 40 yaşlı gəlinini, 70 yaşlı Surtsumiya Şotanı, onun həyat yoldaşı Surtsumiya Lilini, 43 yaşlı Surtsumiya Ququlini, onun həyat yoldaşını, 44 yaşlı Bebiya Açikonu, 66 yaşlı Şeliya Muşnini, 68 yaşlı Mirtsxulava Şalikonu, 64 yaşlı Kalandiya Otarı, 64 yaşlı Kvaşilava Valerini, 90 yaşlı qoca qadın Çikovanini, onun gəlini 50 yaşlı Nununu, 70 yaşlı Calaqoniyanı, onun 65 yaşlı yunan həyat yoldaşını, 55 yaşlı Suduri Ladini, 50 yaşlı Latariya Biçikonu, onun 40 yaşlı qardaşı Latariya Qivini öldürdülər (səh. 19-20)
– Şahid Roqava Lela Qriqoryevna: “… gürcülərlə sərt davranan ermənilərin mənim qonşum Baqaturini və Qaquanı güllələdiklərinin şahidiyəm. Ermənilər deyirdilər ki, gürcülər çoxalmamalıdırlar. Onlar Calaqoni Şalikonu, Calaqoni İrodini, Todua Şotanı, Çitaya Nodarı da öldürdülər, son dövrlərdə ailənin 7 yaşlı uşağını və dörd nəfəri diri-diri yandırdılar…” (səh. 29).
– Şahid Sulaya Lali Qrişayevna: “Mənim kəndimdə, təxminən oktyabrın 10-12-də ermənilər mənim azyaşlı qonşularım Q.J. , N.K. -nı, onların 80 yaşlı nənələrini zorladılar, sonra onları öldürdülər və atanı həyat yoldaşı, uşaqları və anasını dəfn etməyə məcbur etdilər, özünü isə sağ qoydular…” (səh. 33).
– Şahid Samuşiya Nato İonovna: “1993-cü il sentyabrın 29-da biz getdikdən sonra erməni batalyonu kəndə soxuldu, bizim evimizi yandırdılar, orada qalan uşaqları, qadınları, qocaları öldürdülər… (səh. 43).
Suxuni və Suxumi rayonu
– Şahid Birkaya Anzor Petroviç: “Gürcülərin məhv edilməsində yerli, həmçinin gəlmə ermənilər böyük rol oynayırdılar. Bildiyimiz kimi, qatillər arasında altı erməni batalyonu vardı. Onlar heç kimə aman vermirdilər” (səh.47).
– Şahid Beraya Liya Qurqenovqa: “Ümumiyyətlə ermənilər özlərini abxazlardan daha qəddar aparırdılar. Gürcü əmlakını bölüşdürərkən onlar hətta bir-birinə hücum edirdilər…” (səh.48).
– Şahid Çubinidze Valera Fomiç: “…Oçamçir rayonunun Labra kəndindən olan ermənilər tərəfindən Pşavi kəndində 26 nəfər öldürülmüşdü…” (səh. 50) və s.
Aqil Şahmuradov
Tarix üzrə fəlsəfə doktoru
1905.az