Ermənistan silahlı qüvələrinin faşist metodları ilə apardıqları mübarizə nəticəsində Azərbaycanın on iki rayonu işğal olunmuşdur, iyimi dörd min soydaşımız öldürülmüş, dörd min nəfər əsir götürülmüşdür. Əsir düşənlərin böyük bir qismini uşaqlar, qocalar və qadınlar təşkil edir. İtgin düşmüş insanların ümumi sayı dörd min doqquz yüz altmış beş nəfərdir. Onların üç yüz iyirmisi qadın, altmış doqquzu uşaqdır. Erməni əsirliyindən azad olmuş 3125 nəfərin 222-si qadın, 125-i uşaqlardır.
Erməni vandalları tərəfindən yaradılmış altı qadın və uşaq əsir düşərgəsi haqqında məlumat vardır:
Vardenis uşaq düşəgəsi (250 nəfər)
Razdan uşaq düşərgəsi (180 nəfər )
Xankəndi uşaq düşərgəsi (180 nəfər )
Geçaşen qadın düşərgəsi (320 nəfər )
Cermuk qadın düşərgəsi (250 nəfər )
Kəlbəcər qadın düşərgəsi (150 nəfər)
Erməni ordusu tərəfindən 870 yaşayış məntəqəsi, 10 rayon məhv edilmişdir. Erməni qəsbkarları tərəfindən 43666 inzibati obyekt, 1145 uşaq bağçası, 1831 kinoteatr, 982 kitabxana, 862 mədəniyyət mərkəzi və mədəniyyət evləri, 695 orta ınəktəb, 200-ə qədər tibb ocağı, 22 muzey və 1 ali tədris müəssisəsi, 7 min sənaye və tikinti obyekti, kolxoz və sovxozlar, ticarət binaları, 9 min kvadratmetr yaşayış ərazisi viran qoyulmuşdur. İşğalçı Ermənistan ordusu zəbt edilmiş ərazilərdə həmçinin xalqımızın milli-mənəvi irsinin tərkib hissəsini təşkil edən mühüm mədəniyyət, tarixi və dini abidələri məhv etmişdir. İşğal olunmuş ərazilərdə 32 məscid, 44 kilsə, 21 tarixi sitayiş yerləri, 13 qüllə, 22 kurqan, 8 körpü, 9 saray, 4 qızıl qazıntısı, 2 qranit və daş karxanası, karvansaray, 2 dövlət qoruğu məhv edilmişdir. 808 mədəniyyət mərkəzi, o cümlədən 85 musiqi məktəbi, o cümlədən onlarla rəsm qalereyası, istirahət parkı, teatrlar və konsert zalları erməni qəsbkarlarının işğalı altında qalmışdır.
Erməni cinayətləri (sənədlər əsasında). I cild. Milli Təhlükəsizlik Nazirliyi, Bakı, Vətən 2004 kitabından