Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.
B.İşxanyan. «Qafqaz xalqları», Petroqrad. 1916-cı il, səh 18.
* * *
1828-ci ildə məşhur «Türkmənçay» müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsrgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə 200 mindən çox erməni köçmüşdür.
Zori Balayan. «Ocaq», səh 120, 192,273.
***
Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan yazırdı ki, «ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur».
Karakaşyan. «İstoriya vostoçnoqo voprosa». London, 1905
***
Erməni yazıçısı və alimi Nalbəndyan da təsdiq edərək yazırdı ki, «erməni xalqı Dəclə və Fərat çaylarının yuxarı axarları boylarına söykənən ərazilərdə bərqərar olmuşdu. Bu ərazilərin aborigenləri isə (hetlər, hurrilər, urartulular) yüksək inkişaf etmiş xalqlar idi.
Nalbandyan V.S. «Armyanskaya literatura». M., 1976. s. 7***
Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdir: «Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə Kim necə təsir göstərib?
Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur».
Manuk Abeqyan. «İstoriya armyanskoy literaturı». Yerevan. 1975. s. 11