Hər il növbəti görüşlər və sammitlər ərəfəsində bizdə ümid oyanır ki, nəhayət, dünya bizim ərazinin beşdə bir hissəsini qəsb edən Ermənistanı işğalçı dövlət kimi tanıyacaq. Hər dəfə də bu beynəlxalq yığıncaqlardan sonra yenidən qənaətə gəlirik ki, işğal edilmiş torpaqlan sülh yolu ilə qaytarmaq olmaz və biz ermənilərə qarşı müqəddəs müharibəni başlamağa borcluyuq. Biz ermənilərin həyasızcasma təbii sərvətlərimizi oğurlamalarından, mədəniyyət və tarixi abidələrimizi məhv etmələrindən, sülh rejimmi pozmalarından, ölkəmizin təbü sərvətlərini oğurlamasından, su, torpaq və meşə fondlarına son dərəcə ciddi ziyan vurmalarından və s.-dən çox danışırıq. Eyni zamanda 19 ildən artıq atəşkəs dövrü olmasına baxmayaraq, indiyə qədər xeyli sayda əsirlərimizin taleyi naməlum olaraq qalır. Bununla bərabər, bizim əsirlərin taleyi üzrə apanlan müxtəlif tədqiqatların nəticələri ilə tanış olarkən belə sual veməmək qeyri-mümkündür: insan da insanla bu cür rəftar edə bilər? Faşist hərbi düşərgələrinin cəlladları ermənilərlə müqayisədə mələk timsalındadırlar, daha doğrusu, insani görünürlər.
Bunun üçün sadəcə «Miatsum»un baş ideoloqu Zori Balayanın «Воскрешение души нашей» kitabına baxmaq lazımdır. Bu kitabda Balayan özünün «Şərəfli hərbi cığırışını» təsvir edir. Bu vəhşi, yırtıcı canavar (onun yazdıqlarını oxuduqdan sonra həmin şəxsi başqa cür adlandırmaq olmaz) dinc azərbaycanlılara işgəncə verilməsində necə iştirak etdiyini fəxrlə yazır. Heç bir şərh vermədən həmin kitabdan bir hissəni oxuculara təqdim edirik:
«Yalnız xalqının ürəyi çıxarılan və qəm-qüssə alovuna atılan erməni bu sətirlərdən böyük qürur duya və məmnunluq hissi keçirə bilər. Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarmdan pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur uşağın ağzına onun öldürülmüş anasımn kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, qan itirməsındən 7 dəqiqə sonra öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşaqla edilən hərəkətiərdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur bədəni hissələrə böldü və onları itlərə atdı. Axşam eyni şeyi biz daha üç türk uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim. Xaçatur da xeyli tər axıtdı. Mən onun və digərlərinin gözündə intiqam və güclü humanizm mübarizəsi gördüm. Sonra isə mənim uşaqlıq dostuın mayor Suren dedi: «Biz vəhşi deyilik, lakin soyuq ürəyimizi saxlamalıyıq…» Sonrakı gün biz kilsəyə daxil olduq, dünən gördüyümüz və etdiyimiz yaramazlıqlardan ruhumuzu təmizləməyi xahiş edərək dua etdik…» («Воскрешение души нашей». Ванадзоар. 1996, səh. 260-262).
Bu kitabda həmçinin deyilir ki, «Dağlıq Qarabağın azad edilməsi» uğrunda mübarizədə ermənilərə canlı qüvvə və maliyyə cəhətdən «müqəddəs xaç gəzdirən» Fransadan, Livandan, İngiltərədən, ABŞ-dan, Rusiyadan, Kanadadan, Suriyadan olan şəxslər yaxından kömək etmişlər. Məsələn, Kanada Hərbi Hava Qüvvələrinin mayoru Levon Sevants Xankəndində əsir uşaqlar üçün düşərgə yaradılmasında şəxsən iştirak etmişdir. Bu düşərgədə 9-dan 11 yaşına qədər olan 180 uşaq saxlanılırdı. Ermənilər izləri ört-basdır etmək üçün əsirləri kütləvi qətlə yetirdikdən sonra onları yandırıblar. Bəzilərinin «bəxti gətirir» – onları qul kimi işğal edilmiş Azərbaycan ərazılərində yerləşən qızıl və mis mədənlərində işləməyə göndəriblər.
«İş yerlərində» – Vəjnəli, Söyüdlü, Qızılbulaq, Zod və s. yataqlarda ölən əsirlərimizin sayı barədə biz heç vaxt dəqiq məlumat ola bilməyəcəyik. Bu ona görədir ki, biz bu sahədə beynəlxalq monitorinqin keçirilməsini tələb etmirik. Belə beynəlxalq monitorinq keçirilməyənə qədər Vardienisdə, Razdanda, Cermukda, Kəlbəcərdə olan xüsusi qadın həbsxanalarının fəaliyyəti barədə heç kim bilməyəcək. Hətta ermənilərin özləri də azərbaycanlı əsirlərlə vəhşicəsinə rəftar etdiklərini gizlətmirlər. Xankəndi ərazisındə verilişlər yayan «Artsax» kanalında 14 fevral 2006-cı ildə erməni zabiti Yefranı «vətən buradan başlayır» hərbi verilişində bəyan etdı ki, onun rəhbərlik etdiyi qrup azərbaycanlı əsirlərlə çox «sakit» işləmişdir. Erməni zabitinin sözünə görə, o, Kəlbəcərdə 150 din xadiminin saxlandığını xatırlayır. 2006-cı ilin martından başlayaraq, beynəlxalq monitorinqin mümkünlüyü barədə danışıqlarm sürətlənməsi anında bizim əsirlərin böyük bir qismini Ermənistana köçürməyə başlayıblar, Ermənilərin azərbaycanlı əsirlərdən müxtəlif təcrübələr üçün istifadə etməsı barədə də faktlar vardır. Məsələn, müxtəlif növ dərman preparatlarının sınağı azərbaycanlı əsirlər üzərində aparılır.
R.Novruzoğlunun “Qarabağ Eçmiədzinin məxfi qrifi altında” kitabından (Bakı, “Çıraq, 2012”)