Nuh peyğəmbərin erməni olması, Nuhun gəmisinin qalıqlarının isə guya “Ararat” dağında tapılması, Azıx mağarasında tapılan çənə sümüyünün erməni qadınına aid olması və s. bu kimi iddialardan sonra ermənilər yenə də öz sərsəm və sarkazm doğuran iddiaları ilə dünya ictimaiyyətini şoka salmaqda davam edirlər. Ermənistan prezidenti Serj Sarkisyanın guya ermənilərin səkkiz min illik dövlətçilik tarixinə malik olması barədə bəyanatı isə arxeoloqların və tarixçilərin dünya tarixində dövlətlərin yaranması barədə nəzəriyyələrinə “yenilik” gətirmişdir. Belə məlum olur ki, ermənilərin hətta daş dövründə belə öz dövlətləri olmuşdur.
Ermənilər zaman və məkan məfhumlarını öz xeyirlərinə saxtalaşdırmaqdan çəkinmirlər. Hətta ən qədim sivilizasiyanın beşiyi hesab edilən Misirdə yaranmış ilk sinifli cəmiyyətin – dövlətin beş min il yaşı varsa, belə çıxır ki, ondan da hələ üç min il əvvəl mövcud olan erməni dövləti var imiş. Dünya tarixçiləri, arxeoloq və etnoqrafları sübut etmişlər ki, bəşəriyyət tarixində ilk dövlətlər qədim insanın yaşaması üçün əlverişli olan ərazilərdə – əsasən çayların vadilərində meydana gəlmişdir. Məsələn, qədim Misir dövləti Nil çayının, Hindistan – Hind və Qanq, Çin isə Xuanxe və Yantszı çaylarının vadilərində yaranmışlar.
Tarixi təkamüldə dəmir istehsalının dövlətlərin yaranmasında güclü təkanverici amil olduğu məlumdur. Dəmir bizim eramızdan əvvəl IX əsrdə İran və Mesopotamiya ərazilərində əldə edilmiş, bununla da ibtidai icma quruluşundan quldarlıq quruluşuna keçid başa çatmış və sinifli cəmiyyətin yaranması ilə eyni zamanda dövlətlər də yaranmışdır.
Belə olan halda, dağlıq, sərt iqlimi olan, ibtidai insanın yaşaması üçün heç bir əlverişli şəraitin olmadığı indiki Ermənistan ərazisində səkkiz min il əvvəl dövlət necə yarana bilərdi?! Dövlətin yaranması üçün münbit zəmin olmalı idi. Yəni qədim insanların istehlak edə biləcəyindən artıq məhsul istehsal etməsi nəticəsində bir qrupun əlində digərlərinə nisbətən izafi məhsulun cəmləşməsi və bunun sayəsində istismarçı siniflərin və dövlətin yaranması prosesi getmişdir. Bəs görəsən, müasir erməni cəmiyyəti XXI əsrdə öz-özünü daxili istehsal məhsulları ilə təmin edə bilmirsə, səkkiz min il əvvəl heç bir texnikanın, infrastrukturun olmadığı, sərt iqlim şəraitində burada sinifli cəmiyyətin və bunun nəticəsində dövlətin meydana gəlməsi üçün hansı zəmin var idi?!
“Tarixin atası” Herodot indiki Qafqazın ərazisini nəzərdə tutaraq yazır ki, “hərbi müttəfiq olan farslar və midiyalılardan başqa burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi”. Strabon isə burada yaşayan iyirmi altı tayfanın adını çəkir ki, onların sırasında ermənilərə rast gəlinmir.
Qafqazın digər ərazilərinə isə onların haradan gəldiyi məlumdur. Qeyd etdiyimiz kimi, tarixdə dəmir silah istehsalını daha çox inkişaf etdirən dövlətlər bunun hesabına geniş ərazilər zəbt edərək güclü imperiyalar qura bilmişdilər. Belə imperiyalardan biri də Assuriya idi. Dəmir silah istehsalının inkişaf etdiyi Suriyanı ələ keçirən assuriyalılar bura başlanan qul axınına şərait yaradaraq, Hindistandan, Misir və Aralıq dənizi sahillərindən bura gələn qullara, xüsusən onların içərisindən olan sənətkarlara, dəmirçilik və dəmir silahlar hazırlamağı bacaranlara öz imperiyalarının ərazisində yaşamaq üçün şərait yaradırdılar. Hindistandan qaçıb gəlmiş hayk və siqin köçəri qaraçı tayfaları tez bir zamanda bu işi mənimsəyərək Assuriya ərazisində məskunlaşdılar.
Eyni zamanda Balkanlarda yaşayan meziyalıların ərazisinə indiki Rumıniyadan köçüb gələn aromun tayfaları ərazi iddialarına görə yerli tayfalar tərəfindən kütləvi şəkildə deportasiya olunur. Aromunlar da yerli frakiyalılarla birgə Assuriyaya gələrək burada kök salmışlar. Onlar da ermənilərin ulu əcdadları olan hay-siqin qaraçı tayfaları ilə birgə dəmirçilik və silah istehsalı işinə cəlb edilmiş, daha sonra birgə yaşayış nəticəsində qaynayıb-qarışaraq erməni xalqını formalaşdırmışlar.
O dövrün məşhur sərkərdəsi olan və ermənilərin “Böyük Tiqran” adlandırdıqları və guya “Böyük Ermənistanın” çarı olduğunu iddia etdikləri I Tiqran Əhəmənilər sülaləsindən olan fars Artabanın oğlu idi. Tiqran adı isə Tiqr (Dəclə) çayının adından götürülmüşdür ki, bu da midiya dilində “tiqris”, yəni “ox kimi”, “sürətli axın” deməkdir. Midiyalıların azərbaycanlıların ulu əcdadları olduğu isə çoxdan sübuta yetirilib.
Ermənilər isə özlərinin hansı soy-kökə mənsub olduqlarını hələ də dəqiqləşdirə bilməyiblər və ya bu onlara sərf etmir. Onlar gah özlərini “hayk” adlandırır, gah Qafqazın yerli xalqı olduqlarını sübut etmək üçün albanların nəslindən törədiklərini əsaslandırmağa çalışırlar. Ermənistanın sabiq prezidenti R.Köçəryanın səsləndirdiyi “Mən albanam!” bəyanatı kimi.
VI əsr erməni tarixçisi Zelob Qlakın əsərlərində onların skif işğallarından sonra Hindistanın Pəncab əyalətindən Bizansın şərqinə (indiki Suriya-Livan ərazisinə) qaçıb gəlmiş siqin (qaraçı) tayfalarının bir şəcərəsi olduqları qeyd edilir. Bunu “Bolşaya sovetskaya ensiklopediya” da təsdiq edir.
Digər bir ilkin orta əsr erməni tarixçisi Moisey Xorenasi yazır ki, “biz haylar kiçik, azsaylı, zəif və başqalarının hakimiyyəti altında yaşayan xalqıq”.
Ermənilərin indi də dünyada özlərini daima əzabkeş xalq kimi qələmə vermələrinin əsasında əzilmiş, daima təqiblərə məruz qalmış köçəri psixologiyası və bu müddətdə onların təfəkküründə formalaşmış şüuraltı natamamlıq kompleksi, tabeliyində olduqları böyük dövlətlərə həsəd və nifrət psixologiyası durur.
XIX əsr tədqiqatçısı İ.Şopen yazır ki, “ermənilər şən xalq deyillər: ehtiyatlılıq və tarixən köləlik onlarda təxəyyülün bütün şuxluğunu öldürmüşdür”. Müasir dövrdə belə, onlar başqa dövlətlərin himayəsinə sığınmaq ehtiyacı duyur, müstəqil yaşaya bilmirlər. 1878-ci il Berlin Konqresində onlar avropalıların, I Dünya müharibəsi başa çatdıqdan sonrakı dövrdə Osmanlı imperiyasının süqutu ərəfəsində isə rusların qismində himayədar axtarmışlar. XXI əsrin əvvəllərində də eynilə tarix təkrar olunur!
1984-cü ildə Moskvada nəşr edilən “Narodonasilenie stran mira” kitabında qeyd edilir ki, erməni, qaraçı, sinq, pəncab dilləri bir-birinə çox yaxındır. Müasir dövrün özündə belə, həm qaraçıların, həm də ermənilərin sənətkarlığa, köçəriliyə meylli olmaları, hiyləgərlikləri, düşdükləri mühitə tez uyğunlaşa bilmək qabiliyyətləri, ailədə qadın və kişinin müstəqilliyi, magiyaya, falabaxmağa meylli olmaları və s. xüsusiyyətləri bu iki xalqın qohumluğunu göstərir. Qaraçıların əksəriyyət təşkil etdiyi Rumıniyada, Bolqarıstanda, Balkan ölkələrində güclü erməni diasporunun olması və onların yaxın münasibətləri də bunu sübut edir.
Tarixi miqrasiya proseslərinin gedişinə diqqət yetirdikdə qədim dövrlərdə və orta əsrlərdə tayfa və qəbilə icmalarının sərt iqlim şəraiti olan ərazilərdən yaşamaq üçün əlverişli mühiti olan ərazilərə köçməsi prosesinin baş verdiyinin şahidi olarıq. İndiki Ermənistan ərazisində səkkiz min il əvvəl dövlətin yaranması üçün münbit coğrafi şərait olmalı idi. Əgər belə əlverişli mühit yox idisə, orada dövlət necə yarana bilərdi və əgər yaranmışdısa belə, ermənilər buranı qoyub yaşamaq üçün digər ərazilərə niyə köç edirdilər? Belə çıxır ki, onlar səkkiz min il əvvəl “Böyük Ermənistan” yaratdılar, sonra gedib digər ərazilərdə məskunlaşdılar, sonra yenidən Ermənistana qayıtdılar?!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ata-baba torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı və digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır… İndiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır!”
Qafqaza səyahət etmiş fransız yazıçısı Aleksandr Düma ermənilər haqda yazır ki, “Bu xalq daima başqa dinə etiqad edən hökmdarların təəbəsi olmuşlar. Yaşamaq uğrunda mübarizə instinkti nəticəsində onlar hiyləgər, kələkbaz insanlara çevrilmişlər”.
Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov erməniləri “alçaq, gəldikləri torpağa sahib çıxan insanlar” kimi səciyyələndirmişdir.
Strabon öz əsərlərində bu xalqı “başkəsən” adlandırmışdır.
Erməni tarixini araşdıran məşhur qafqazşünas akademik V.Veliçko yazır ki, “heç bir tarix məndə erməni tarixi qədər şübhə yaratmamışdır. Müntəzəm olaraq sərhədləri tez-tez dəyişən erməni hökmdarları həmişə qonşularının güclü dövlətlərinin asılılığında olmuşlar”.
İ.Şopen isə yazır ki, “ermənilər Ərməniyyənin qədim sakinləri deyillər, onlar Assuriyadan gəlmədirlər”.
Tarixi mənbələr, o cümlədən Roma tarixçilərinin əsərlərində, məsələn, Korneliy Tatsitin əsərlərində qeyd edilir ki, “bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daima romalılara nifrətdən, parfiyalılara isə hikkədən az qala partlayırlar”.
Erməni tarixçiləri isə belə bir cəfəngiyyat fikirlər səsləndirirlər ki, guya “Böyük Ermənistanın” nümayəndələri Qədim Roma Senatında romalılarla yanaşı əyləşmək hüququ olan yeganə əcnəbi xalq olmuşlar. Hətta Romada Kolizeyin yaxınlığındakı qədim dünyanın xəritəsində “Armenia” Romanın yaxın müttəfiqi kimi göstərilir. Lakin Ermənistan dörd əsr müddətində Romadan asılı olmuşdur. Qədim Roma pullarının üzərində bizim eradan əvvəl I əsrdə Romanın Ermənistan üzərində qələbələrinin şərəfinə Ermənistan Roma imperatorunun dizi altında əyləşmiş qadın obrazında, itaətkar öküz, imdad diləyən erməni döyüşçüsü şəklində təsvir edilmişdir. Yəqin ki, haqq qalib gəlsə, eyni cür pullar işğalçı Ermənistan üzərində qələbə şərəfinə Azərbaycanda da dövriyyəyə buraxılacaq. Axı qədim zamanlarda deyildiyi kimi: “Bütün yollar Romaya aparır!”
Milli.Az