Uydurma erməni soyqırımı iddiaları ilə dünyanı çaşdırmağa çalışan ermənilər əslində soyqırımı özləri törədiblər. Arxiv sənədləri də bunu sübut edir. Belə sənədlərdən birini sizə təqdim edirik.
Bu sənəd Türkiyə Respublikasi Başnazirliyi nəzdindəki dövlət arxivləri idarəsinin sənədidir,ermənilərin İrəvan və Qarsdakı müsəlman kəndlərində törətdikləri soyqırımdan bəhs edir. Sənəd İrəvanın Qızılkule, Sabuncu, Qaragola, Tirlik, Pozbir, Qarsın Taşnik Subatan Ani və Daynalıq (Daynalıq)kənd sakinlərinin ifadəsi əsasında tərtib edilərək 11 mart 1921-ci ildə 12.tümənin komandanı Miralay Osman Nuri Bəy tərəfindən Doğu cəbhəsi komandanlığına təqdim edilib.
İrəvanın Qızılkule kəndi, 12 noyabr 1918-ci il
10 evdən ibarət olan kəndin 60 nəfər əhalisinin 50 nəfəri qətlə yetirilib. Əhalinin bütün malları qarət edilib. Qızlar zorkılığa məruz qalıb, gənclər və uşaqlar baltalarla öldürülüb, gözlərini qızğın şişlərlə cıxarıb cəsətlərinin qazanlarda yandırıblar. Əhalinin bütün mal-qarası (101 iri buynuzlu heyvan, 400 qoyun, 8 at) və əşyaları talan edilib (kənd sakini Alo oğlu Sano Ağa)
İrəvanın Sabuncu kəndu, 13 noyabr 1918-ci il
30 evdən ibarət olan kənddə 150 nəfər yaşayırdı. 150 nəfərdən ancaq 8-i xilas olub. Digərlərinin ağız və burunları kəsilərək gözləri oyulub və öldürülüblər. Çox dəhşətli mənzərələrdən biri: Ermənilər yenicə ana olan gəlinləri qazanların içinə yığaraq yandırıblar, yandırılan qadınların həyat yoldaşlarına da məcbur ediblər ki, bələkdəki körpələri analarının qucağına qoyub bunları izləsinlər. Ermənilər daha sonra onları da yandıraraq qətlə yetiriblər. Əhalinin bütün mal-qarası (119 iri buynuzlu heyvan, 320 qoyun, 15 at), əşyaları və pulları qarət edilib (kənd sakini Naho oğlu Sülyman)
İrəvanın Qaragola kəndu, 15 noyabr 1918-ci il
15 ailənın yaşadığı kəndin 90 nəfər əhalisi olub. 1 ailə xilas olub, digər insanlar baltalarla vəhşicəsinə qətlə yetirilib. Əhalinin bütün mal-qarası (103 iri buynuzlu heyvan, 500 qoyun, 12 at) və əşyaları talan edilib (kənd sakini Əhməd oğlu Ağa)
İrəvanın Tirlik kəndi, 15 noyabr 1918-ci il
10 ailənın yaşadığı kənddə 1 ailə xilas olub, digər insanlar amansızlıqla qətlə yetirilib. Əhalinin bütün mal-qarası (75 iri buynuzlu heyvan, 382 qoyun, 9 at) və əşyaları talan edilib.
İrəvanın Pozbir kəndi, 17 noyabr 1918-ci il
6 ailənın yaşadığı kəndin 20 nəfər əhalisi olub. 1 ailə xilas olub, digər insanlar amansızlıqla qətlə yetirilib. Əhalinin bütün mal-qarası (28 iri buynuzlu heyvan, 219 qoyun, 3 at) və əşyaları talan edilib. (kənd sakini Haso oğlu Murad)
Qarsın Taşnik kəndi, 22 noyabr 1918-ci il
60 ailənın yaşadığı kəndin 300 nəfər əhalisi olub. Yalnız 3 ailə xilas olub, digər insanların hamısı amansızca qətlə yetirilib. Əhalinin bütün mal-qarası (295 iri buynuzlu heyvan, 600 qoyun, 50 at) və əşyaları talan edilib (kənd ağalarından biri Mehmet Hasan oğlu Hasan Ağa)
Qarsın Subatan kəndi, 23 noyabr 1918-ci il
100 ailənın yaşadığı kəndin 516 nəfər əhalisi olub. Bu hadisələrdə yalnız 10 ailə xilas olub, digərlərı evlərə doldurularaq yandırılıb, gənc qızlara təzcavüz edilib daha sonra ağız vər burunları kəsilərək gətlə yetiriliblər. Əhalinin bütün mal-qarası (800 iri buynuzlu heyvan, 1500 qoyun, 93 at) və əşyaları talan edilib (kənd sakini Ali oğlu İsmayıl Ağa)
Qarsın Ani və Daynalıq (Daynalıq) kəndləri, 30 noyabr 1918-ci il
Daynalıq kəndinin bütün əhalisi öldürülüb, malları qarət edilib. Ani kəndindən çox az adam ermənilərdən qaçıb canını qurtara bilib, digərləri qətlə yetirilib. Əhalinin bütün mal-qarası və əşyaları talan edilib (Ani kənd sakini Burhan oğlu Daşdəmir və Daynalıq kənd sakini Mehmed b. Zeynəl ağa)
1905.az