Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 23-də və 24-də gecə Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə ordumuzun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri atəşə məruz qalıb.
Ermənilər Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Mərzili, Baş Qərvənd, Şuraabad, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzərTAc
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









