Təcavüzkar Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olması beynəlxalq səviyyədə təsdiqlənmişdir…
Ötən əsrdə Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda və Azərbaycanın digər yaşayış məskənlərində törədilən kütləvi qırğınlar, talanlar tariximizin qan yaddaşıdır. Həmin illərdə yüzlərlə kənd viran qoyulmuş, erməni zülmündən canını qurtarmaq üçün elindən, obasından köməyə məcbur olan azərbaycanlılar yollarda, gizləndikləri yerlərdə belə amansızcasına qətlə yetirilmişlər.
Eyni qırğınlar 1918-1920- ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi 10 min nəfərlik silahlı daşnaklar azərbaycanlılara qarşı qəddarlıq göstərərək kütləvi qırğınlar törətdilər. 1918-ci ilin 30-31 mart hadisələrində tək Bakıda minlərlə soydaşımız amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Soyqırım o dərəcədə dəhşətli olub ki, Şaumyanın özü belə ermənilərdən ibarət polkun “xidmətlərindən” imtina etmədiklərini “yuxarlara” ünvanladığı məktublarında təkəbbürlə bildirir, “qələbənin” (öldürülən azərbaycanlılarının sayının) özlərinin gözlədiklərindən da artıq oluğunu” “Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur” sözləri ilə ifadə edib.
Ata-babalarından miras qalan vəhşiliklərini ötən əsrdə Azərbaycanda və Türkiyədə kütləvi qırğınlar törətməklə fəallaşan Ermənistanın terror təşkilatları- əsas istinadgahları Beyrut və Livanda yerləşən “Ermənistanın azadlığı uğrunda erməni gizli təşkilatı”nın (ASALA) üzvləri üçün insan amili heç nə ifadə etmir. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında İsrail atletlərini qətlə yetirən ASALA-nın yaradıcısı Akop Akopyanın, Beyrutda ABŞ dəniz piyadalarının baraklarının bombalanmasında iştirak edən qruplarla birgə mütəşəkkil cinayətlər törədən ermənilərin əməlləri beynəlxalq ictimaiyyətə bəllidir.
ASALA üzvlərinin Türkiyənin diplomatlarına qarşı törətdikləri 200-dən artıq terror aktı nəticəsində onlarla səfir, diplomatik korpusun nümayəndələri, günahsız insanlar öldürülmüşlər. Təkcə ötən ilin sonlarında, Dağlıq Qarabağ müharibəsində öldürülən, yandırılan insanları, Xocalı soyqırımını xatırlamaqla qanla qidalanan erməni terrorunun, erməni xislətinin dəhşətləri aydın olur. “Azərbaycanlılarsız Ermənistan” yaratmaq ideyalarından əl çəkməyən daşnakların xalqımıza qarşı törətdiyi soyqırımda qətlə yetirilənlərin sayı on minlərlədir. “Aşxadavor” (“Əməkçi”) qəzetinin 2 noyabr 1919-cu ilə sayında dərc olunmuş İrəvan azərbaycanlılarının müraciətində göstərilmişdir ki, həmin qətliamlar zamanı azərbaycanlıların yaşadıqları 88 kənd dağılmış, 1920 ev yandırılmış, 131. 970 nəfər öldürülmüşdür.
O dövrdə yaşamış və hadisələri gözü ilə görmüş şahidlərin dediyi kimi, soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan, Andranik Ozanyan minlərlə azərbaycanlını qılıncdan keçirmiş, qadınlara, uşaqlara, qocalara belə aman verilməmişdi.
Azərbaycanlıların kütləvi qırğını, soyqırımları ilə müşahidə olunan deportasiyalar XX əsrdə məruz qaldığımız, tariximizin ən qanlı və faciəli səhifələrindəndir. Ötən yüz illikdə “Böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoymuşdur. 1905-1907, 1918-1920, 1948-1953- cü illərdə rus imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Ermənipərəst Qorbaçovun yenidənqurma və aşkarlıq proseslərindən istifadə edən Ermənistanda əsil antiazərbaycan kampaniyası başladı. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, 70 nəfər- 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenisdə (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti 1988-ci ildə başa çatdırıldı. 1990-cı illərdə daha da şiddətlənən və qanlı olaylarla müşahidə olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə, Ermənistan dövlətinin və Eçmiədzin kilsəsinin rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlarda ölənlərin sayı 4 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbristanlığında dəfn olunan bakılıların sayı minlərlədir. O qəbristanlıq ki, azərbaycanlılara qarşı törədilən soyqırımda iştirak edən Kirovun heykəli qətlinə fərman verdiyi qurbanlarının bilinməyən məzarları üzərində ucaldıldı.
Bəllidir ki, daşnakların türklərə qarşı yürütdüyü etnik təmizləmə siyasətinin əsasında ümümerməni maraqları dayanır. Aqressiv, milli emosiya ilə müşayiət olunan “vətən axtarışı” siyasəti həmişə onların ictimai şüurunda, dağınıq şəkildə formalaşıb. Onlar üçün vətən stabil bir coğrafiya üzərində deyil, dağınıq halda təşəkkül tapıb. Erməni-xristian missiyası olan yerdə onlar vətən axtarıblar. Ona görə də digər millətləri qəbul etmək, beynəlmiləlçilik ruhu onlara yaddır. Daşnakların Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında da “vətənsizlik” amili dayanır.
Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu kütləvi deportasiyası zamanı 13-15 yaşlı uşaqları dəmir borulara dolduraraq hər iki tərəfini bağlayan ermənilər ana ilə iki azyaşlı qızını quyuya ataraq zəhərli ilanların onları necə sancaraq əzabla öldürdüyünü zövqlə izləmişlər. Ermənilərin törətdikləri terror aktları nəticəsində partladılmış Tbilisi-Ağdam, Şuşa-Bakı, Tbilisi -Bakı sərnişin avtobuslarında onlarla azərbaycanlının həyatına son qoyulmuşdur. Metronun “Gənclik” və “20 Yanvar” stansiyalarında ermənilərin törətdikləri terror nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdır.
Terrorçu Qurgen Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa” görə” ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi, Orli aeroportunda günahsız insanların, əsasən fransızların həyatına son qoymuş bomba partlayışının təşəbbüskarı, Fransa məhkəməsi tərəfindən məhkum edilmiş və 2001-ci ildə Parisdən Yerevana ekstradisiya olunmuş ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi terrorun dövlət səviyyəsində dəstəklənməsidir. Sumqayıt hadisələrinin əsas iştirakçısı Eduard Qriqoryanın heç bir cəza çəkmədən azadlığa buraxılması, əvəzində iki Azərbaycan vətəndaşının güllələnməyə məhkum edilməsi yaxın illərdə baş verən ədalətsizliklərə daha bir nümunədir. Maraqlıdır ki, terror hadisələri zamanı daşnak ideologiyasını qəbul etməyən erməniləri öldürməklə azərbaycanlılara qarşı böhtan kampaniyası aparan ermənilər Sumqayıt hadisəsində bu variantdan istifadə edərək yalançı təbliğat maşınlarını işə salmışlar. Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş “ASALA-nın inqilabi hərəkat” adlı qruplaşmasının “Avo” ləqəbli rəhbəri Monte Melkumyana milli qəhrəman kimi abidə ucaldılması, dövlət səviyyəsində dəfn olunması ermənilər üçün ədalətli sayılır. MAQ, “Erməni birliyi”, “Daşnaksütün”, “Erməni azadlıq cəbhəsi”, “Hncaq” kimi terror qruplaşmalarının ən iyrənc maliyyə maxinasiyalarında, insan alverində, narkotika və silah satışında iştirakının özü bu millətin qana hərislik vərdişlərinin ifadəsidir.
Törətdikləri qətliamlardan utanmayan daşnakların saxta “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşması bu millətin milli-mənəvi kasadlığının, vəhşiliyinin, vandalizminin təzahürüdür.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi 2012-2013-cü illərdə qurumda keçirilən tədbirdə “Terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidilər” adlı məruzə ilə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir.
2001-ci ildə Amerikada qoşa göydələnlərin dağıdılmasından sonra Ermənistandan fərqli olaraq ABŞ-ın yaratdığı beynəlxalq antiterror kaolisiyaya qoşulan Azərbaycan əməli fəaliyyəti ilə sübut etdi ki, milliyyəti, vətəni olmayan terrorçulara qarşı mübarizəyə hər zaman hazırdır.
Sakini olduğumuz Cənubi Qafqaz rəngarəng etnik tərkiblərə malikdir. Amma bu bölgədə Ermənistan yeganə cəmiyyətdir ki, etnik dözümsüzlük zəminində yekcins, mono dovlətə, bir millətdən ibarət olan sosial milli struktura malikdir. Bu onu göstərir ki, işğalçılığı, terrorçuluğu və soyqırımları dövlət səviyyəsində həyata keçirən Ermənistan mənfur niyyətlərinə nail olmaq üçün ən alçaq əməllərə belə əl atmaqdan çəkinmirlər. Vətən anlayışından uzaq olan ermənilərin dünyanın müxtəlif ölkələrinə yayılmasının da kökündə digər xalqlara qarşı nifrət hissinin həddindən artıq çox olmasıdır.
Ermənistanın “ASALA”, “Krunk” kimi onlarla terror təşkilatlarının dünyanı dəhşətə gətirən və çoxsaylı insan tələfatı ilə nəticələnən ən qanlı hadisələrdə izləri var.
ABŞ, Rusiya və Parisdə olduğu kimi digər ölkələrdə də törədilən terror aktlarında erməni əsilli terrorçuların iştirakı Ermənistanın insan qatili olmasının təcəssümüdür. Bu gün təcavüzkar dövlətin sabiq və indiki rəhbərləri Robert Koçaryanın və Serj Sarkisyanın Azərbaycan xalqına qarşı törədilən terror aktlarında iştirakı təsdiqlənmiş faktdır.
Erməni silahlıları keçən ilin yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atmış və bu əmələrini hələ də davam etdirirlər. Qüdrətli Azərbaycan Ordusunun hazırlığından təşvişə düşən ermənilərin verdikləri çoxsaylı itikilər üçün Ermənistan rəhbərliyi – kriminal, diktatura rejimi məsuliyyət daşıyır. “Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır: “Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir.”.. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.”
Terrorçunun vətəni olmadığı kimi heç bir ölkə də terrordan sığortalanmayıb. İşğalçıları müdafiə edib, terrora və təcavüzkarın qanlı əməllərinə göz yumanlar bilməlidirlər ki, həmişə kimlərinsə sifarişi, havadarlığı ilə kiralıq qatil adını daşıyan ermənilər milliyyətcə satqın, üzüdönük və qaniçəndirlər. Çörək yedikləri süfrəyə kəm baxmaq, namərdlik göstərmək, yeri gələndə özünü məzlum kimi göstərərək arxadan zərbə vurmaq bu millətin xarakterik xüsusiyyətidir. Qana hərislik də həmçinin.
Xuraman İsmayılqızı,
“İki sahil” qəzeti, 11 fevral 2015-ci il