1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar.
guya İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə qarşı təşkil edilmiş mitinqlər zamanı DQMV-nin Ermənistana birləşdirilməsi haqqında çağırışlar edildi və kütləvi imzalar toplandı.
gizli fəaliyyətdə olan “Qarabağ” komitəsi, İrəvanda, onun şöbəsi sayılan “Qrunk” komitəsi isə Xankəndində açıq-aşkar fəaliyyət göstərməyə başladı.
DQMV – Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi.
DQMV-nin Əsgəran rayonunda iki azərbaycanlı gəncin odlu silahla öldürülməsi hadisələrin inkişafını daha da sürətləndirirdi.
Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razılıq verməsi və 1989-cu il dekabr ayının 1-də isə Ermənistan Ali Sovetinin DQMV-nin Ermənistana birləşdirilməsi haqqındakı qərarlardan sonra azərbaycanlıların muxtar vilayət ərazisindən nə yolla olursa-olsun çıxarılması prosesi daha da gücləndi.
ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında Heydər Əliyevin qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı bütün dünya dinlədi. Heydər Əliyev mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısındanittiham etdi.
etibarən ermənilərin açıq-aşkar apardıqları qəsbkarlıq siyasətləri nəticəsində Muxtar Vilayətdəki azərbaycanlılar yaşayan məntəqələr – Kərkicahan,Qaradağlı, Malıbəyli, Meşəli, Quşcular və s. işğal edildi.
erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı.
Xocalı şəhərinin işğalı zamanı 600-dən artıq insan vəhşicəsinə qətlə yetirildi, 120 nəfər itgin düşdü, 1300 nəfərdən artıq adam əsir götürüldü.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirə (ATƏM) çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi başlayıb.
ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.
Şuşa erməni qəsbkarları tərəfindən işğal edildi. Şuşanın işğalı ilə faktiki olaraq bütün Yuxarı Qarabağ ermənilərin nəzarəti altına keçdi.
Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında yerləşən Laçın düşmən əlinə keçdi.
Azərbaycan cəbhə bölgəsində, xüsusilə də Gülüstan və Ağdərə istiqamətlərində uğurlu hərbi əməliyyatlar keçirməyə müvəffəq olsa da, bu proses sona qədər davam etmədi.
Dağlıq Qarabağın ərazisindən kənarda yerləşən Kəlbəcər işğal edildi.
Ağdam rayonu erməni silahlı biləşmələri tərəfindən işğal olundu.
erməni silahlı qüvvələri tərəfindən Cəbrayıl və Füzuli rayonları işğal edildi.
erməni silahlı qüvvələri Qubadlı rayonunu işğal etdilər.
erməni silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdilər və bu, Ermənistan ordusunun cəbhə bölgəsində sonuncu işğalçılıq əməliyyatı oldu.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməsini bir daha təsdiqlədi.
Ermənistanla Azərbaycan arasında atəşkəsə dair razılıq əldə olundu.
tarixlərində Budapeştdə keçirilən ATƏM-in sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.
tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi. Həmin prinsiplər aşağıdakılardır:
– Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
– Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona
Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu;
– Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün Tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət
Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər).
həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi.
həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu.