Əsrlər boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ətraf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım törətməklə, yerli müsəlmanları didərgin salmaqla həmin əraziləri qəsb edib, o torpaqların sakinlərinin cəsədləri üzərində Ermənistan Respublikasını yaratdılar.
Bu proses, yəni soyqırım və bu diyarın müsəlmanlarını dərbədər salmaq siyasəti sonralar da davam etdirilib. 1950-ci ildə azərbaycanlıların xeyli hissəsi zorla Ermənistandan xaric edildi. Ermənilər öz cinayətkar əməllərini gizlətmək üçün türk-azəri məntəqələrinin çoxunun adlarını dəyişib erməni adları ilə əvəz etdilər. Səbahəddin Eloğlu Zəngəzur hadisələri haqqındakı kitabında (Zəngəzur hadisələri, Bakı, 1992) yazır: “Ermənistanın indiki ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Bu əraziləri 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra ruslar müxtəlif vaxtlarda və müxtəlif yollarla Azərbaycandan ayırıb ermənilərə verib. Məsələn, Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin vilayəti, Göyçə azərbaycanlıların ata-baba torpaqlarıdır. Bu yerlərdə 15-dən artıq rayon, 10 böyük şəhər, 11 kiçik şəhər və ya qəsəbə, yüzlərlə kənd adı dəyişdirilib. Onlardan bir neçəsini sadalayırıq: Allahyarlı – Tumanyan, Hacı Həzər – Kamo, Karvansara – İcevan, Duzkənd – Axuryan, Sərdarabad – Oktembryan, Qəmərli – Artaşart, Hamamlı – Spitak, Ağababa- Amasiya”.
Ermənilər Aşıq Ələsgərin doğulduğu Göyçə vilayətini də öz caynaqlarına keçirdilər. Sovet dövründə Azərbaycanın bütün tarix kitablarında Göyçə mahalı Vardenis kimi Berd, Göyçə gölü isə Sevan adlandıralaq Ermənistan xəritəsinə daxil edilmişdi. Bu vilayətin dərələrinin, təpələrinin, çaylarının da adları erməniləşdirilmişdi. Azəri müsəlmanları kütləvi şəkildə köçməyə məcbur etdilər.
Yerdə qalan azərbaycanlılar son illərin hadisələrində, 1988-ci ildə bu torpaqlardan qovuldular. İran İslam Respublikasının Ermənistandakı səfiri Həmidrza Hikkar İsfəhani “Ermənistanda etnik azlıqlar” kitabında yazır: “Ermənistan Respublikası cəmiyyətin quruluşu baxımından keçmiş Sovet İttifaqı resbulikaları arasında milli tərkibə görə yekcins cəmiyyətə malik olmuşdur. Burada həmişə milli azlıqların sayı qəsdən azadılmışdı”.
Cəmiyyətin monomilli olmasının səbəbi soyqırım siyasəti və müsəlmanların qovulması olub. Həmin müəllif buradakı müsəlmanların son illərdəki vəziyyəti barədə yazır: “Ermənistan azərbaycanlıları ən böyük milli tərkib kimi İrəvan şəhərində yaşamış və öz mədrəsələrini təsis etməyə çalışmışlar. 1970-ci ildə Ermənistanda əhalinin siyahıya almasında azərbaycanlıların əksərən kəndlərdə yaşadığı, yalnız az bir qisminin İrəvan, Qafan, Qacaran, Gümrü şəhərlərində yaşadıqları qeyd edilmişdi. Ümumiyyətlə, Ermənistanın müxtəlif məntəqələrində azərbaycanlıların sayı aşağıdakı kimi olmuşdur: Amasiyada 82,7%, Vardenisdə [Göyçə mahalı] 65%, Meqridə 57%, Qafanda 53,6%, Krasnoselskdə 51,5%, Masisdə 33,2%, Sisyanda 30,1%, Boğqonadzorda 18,8%, Quqarekdə 28,8%, Kalinində 29,1%, Əzizbəyovda (Vaykeknunidə) 27,7%.
Ermənistanda yaşayan azərbaycanlıların təkidi və təşəbbüsü ilə İrəvanda azərbaycanlıların texniki sahələr üzrə məktəbi, qəzet-jurnalı, Azərbaycan dilində tamaşa göstərən xüsusi teatrı, Ermənistan sərhədlərindən kənarda yaşayan soydaşlar üçün radio verilişləri, Abovyan adına Azərbaycan dili və ədəbiyyatı üzrə pedoqoji institutu fəaliyyət göstərmişdi.
Ermənistanda yaşayan azərbaycanlıların hamısı müsəlman və əksəriyyəti şiəməzhəb idilər. Masis rayonunda və Ermənistanın digər yerlərində kürdlərlə yaxınlıqda sünnüməzhəblər də yaşamışlar.
Burada qarışıq nikahlar çox az olub. Qarabağ münaqişəsi Ermənistandakı azərbaycanlıların qaçqın və didərgin düşməsinə səbəb oldu.
Deyilənə görə, təkcə İrəvanda deyil, ümumiyyətlə, bütün Ermənistan ərazisində bu gün “bir nəfər də azərbaycanlı qalmamışdır”. Sübut olunmuş tarixi faktlara görə, uzun əsrlər boyu bu ərazi azərbaycanlılara məxsus olub və erməni azlığı da müsəlmanların ətrafında sülh və barış içində yaşayıb. Onlar daim bu vilayətin müsəlman hakimlərinin himayə və yardımından faydalanmışlar.
İrəvan Dövlət Universitetinin müəllimi doktor Qorki Nalbandiyan yazır: “…Ararat ərazisi və ya Çuxursəd vilayətində qızılbaşlara qoşulan böyük sədulu əmirləri hökmranlıq edirdilər. Onlar öz xristian təbəələrinə, xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə, qeyri-müsəlmanlara mülayim və xoş üz göstərirdilər. Təsdiqlənmiş qaynaqlarda da Şah İsmayılın ermənilərlə mülayim və xoş davranması, xüsusilə də Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı münasibəti dəfələrlə qeyd olunub”.
Hazırda İrəvanda və Tiflisdə Qafqaz incəsənət əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl 1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində 6 məscid, 7 kilsə olduğunu bildirir. Görünür ki, İrəvanda müsəlman əhalinin say baxımından xristianlardan üstün olmasına baxmayaraq, Qacar sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini qoruyub saxlamağa xüsusi diqqət yetirmişdir.
Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabından
http//respublica-news.az