Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən şəhər və kəndlərdə Ermənistanın müharibə cinayətlərinin saysız hesabsız izləri var. Mülki şəxslər həlak olur, yaralanır, evlər dağıdılır, infrastruktura ciddi ziyan vurulur.
AZƏRTAC-ın cəbhə bölgəsində olan müxbirləri kəndbəkənd gəzərək bu cinayətləri lentə alır. Müxbirimiz Tofik Babayevin Tərtər rayonunun Səhləbad kəndindən çəkdiyi fotoları təqdim edirik. Qoy, işğalçı Ermənistanın havadarları, dünya ictimaiyyəti faşist Nijdenin davamçılarının əsl sifətini, erməni faşizmini bir daha görsün.