Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, həkimlərin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.