Türkiyənin Başnaziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyan Ermənistanda radikal meyllərin artması nəticəsində Türkiyənin soyqırım və sərhədlərin açılması məsələsində güzəştə getməsinin mümkün olmadığını bildirib.
Mahçupyan, “Sputnik” radiosuna verdiyi müsahibəsində: “24 aprel 2015-ci il çox simvolik bir tarixdir. Bu tarixin yaxınlaşması erməni dairələrində radikalizmin artmasına səbəb olur. Onlar bu məsələdə ən kompromissiz bir mövge nümayiş etdirirlər. İnanmıram ki, Türkiyə bu şərtlər altında erməni tərəfinin tələblərini qane edəcək hər hansı bir iş görsün. Erməni tərəfinin belə bir mövqeyi müqabilində Türkiyənin soyqırım və sərhədələrin açılması məsələsində hər hansı güzəştə getməsi mümkün deyil”,-deyib.
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın baş nazir vəzifəsini icra etdiyi aprel ayında bu məsələ ilə əlaqədar çıxışını xatırladan baş müşavir,-“ Türkiyə baş naziri ölkə tarixində ilk dəfə bu il məsəslə ilə bağlı çıxış etdi. O, bu çıxışında başsağlığı verdi və bu hadisələrin iki xalqın ümumi bir ağrısı olduğunu bildirdi. Türkiyə heç bir şəkildə bu həddən aşağı enməyəcək. Türkiyə tərəfindən hər hansı addım atılarsa da, o da ancaq bir il sonra ola bilər. Çünkü bir il sonra ehtiraslar azalacaq və tərəflər bu məsələyə daha soyuqqanlı yanaşacaqlar”,-deyə bildirib.
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsəsləsinə də toxunan Mançupyan,-“Türkiyə və Ermənistan arasındakı sərhədlər ancaq birgə həll olduğu təqdirdə açıla bilər. Bu, həm türk-erməni, həm də azəri-erməni məsələsinin həlli ilə bağlıdır”,- deyə vurğulayıb.
http://turkish.ruvr.ru/news saytının materialı əsasında hazırlanıb