Fotoqraf Fətəli Fətəliyev 1945-ci ildə Şuşa şəhərində anadan olub. Fotoqrafiyaya 1957-ci ildə 5-ci sinifdə oxuyarkən foto dərnəyində başlayıb. Fotojurnalistika fəaliyyətinə 1978 ildən qədəm qoymuş, respublikada dərc olunan “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan qadını”, “Mədəni maarif”, ”Ulduz”, “Советский музей” jurnallarında, “Xarici ölkələrlə əlaqələr” cəmiyyətinin “Sovet Azərbaycanı” bülletenində, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Caspian”, “Azerbaijan International”, “Trend”, “Capital”, “Популяр”, “Ваш дом” jurnallarında, BMT-nin İnsan İnkişafı haqqında kitablarında və sairə nəşrlərdə fotomüxbir kimi fəaliyyət göstərmişdir.
1998-ci ildə Azərbaycan Respublikasının prezidenti H.Əliyevin anadan olmasının 75 illiyinə həsr olunmuş “Bakı. Tarixin səhifələri” əlvan kitab-albomunun rəngli fotolarına görə Azərbaycan bayrağı laureatı mükafatına layiq görülmüşdür.
2014-cü ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən ilin fotoqrafı adına layiq görülməsi haqda Fəxri Diplomla mükafatlandırılmışdır.
Londonda və Bakıda Memarlar İttifaqının yubileyinə həsr olunmuş fotosərgisi keçirilmişdir. Vaxtilə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, hazırda isə, Azərbaycan Fotoqraflar Birliyində münsiflər heyətinin üzvüdür.
















Fotolar Fətəli Fətəliyevin arxivindəndir.