Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə baş verən partlayışla bağlı daha bir məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb. Həmçinin 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib
Hazırda FHN-in Gəncə Regional Mərkəzinin və nazirliyin regionda olan Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri həmin ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncəyə gətirilib.
Əlavə məlumat veriləcək.