– Naseh, ilk sualım belə olacaq.. Fotoqrafiya sahəsinə marağın necə yarandı?
– 6 il bundan əvvəl video- kamera çəkilişləri ilə məşğul olurdum. Amma bu iş mənə qəliz gəldiyi üçün, həm də şəkil çəkməyi çox sevdiyim üçün, fotoqrafçılıq sahəsinə yönəldim. Və ilk olaraq ozumə fotoaparat aldım. Səyahət turlarında təmənnasız şəkil çəkirdim. Artıq məni tanımağa başladılar. və çoxlu sifarişlər aldım. Daha sonra məktəblərlə danışaraq “venetka”lar üçün çəkillər çəkdim. Bu gün də hələ də nəsə çatışmır. Mənə elə gəlir ki, yenə də çox şeyi bilmirəm. İnşallah gələcəkdə o boşluqları dolduracam. Yəni bu sahəyə qarşı çox həvəsim olduğu üçün, bu sahə üzrə təcrübələr keçirəm. Çox böyük planlarım var.
– Nə zaman foto işi ilə məşğul olmağa başladın?
– 2 ilə yaxındı.
MƏN ÖZÜM ŞƏXSƏN ÇƏKİL ÇƏKDİRMƏYİ SEVDİYİM ÜÇÜN BU SAHƏYƏ MARAQ GÖSTƏRMİŞƏM
– Son dövrlərdə, gənclər arasında fotoqrafiya sahəsinə maraq həddən artıqdır. Xüsusən, sosial şəbəkələrdə fotoqrafların adlarına çox rast gəlinir. Toy fotosessiyaları ilə məşğul olan fotoqrafların da sayı artıb.
– Mən özüm şəxsən şəkil çəkdirməyi sevdiyim üçün, bu sahəyə maraq göstərmişəm. Hal-hazırda gənclərin bu sahəyə maraq göstərməsinə səbəb, öz əhatəsini genişləndirmə istəyidir məncə. Ancaq qeyd edim ki, mənim buna qarşı münasibətim mənfidir. Çünki, bəzən həmin insanlar professional fotoqrafların adına xələl gətirirlər. Və onların çörəyinə bais olurlar. Hal –hazırda belə bir dəb yaranıb, kim əlinə fotoaparat alırsa, o an sosial şəbəkədə səhifə açaraq, özünü ucuz şəkildə reklam edir. Amma əslində bu sahədə qiymət bir az yüksəkdir. Sırf bu kimi şeylərə görə, münasibətim mənfidir. Yəni hər əlinə fotoaparat alan adama fotoqraf demək düzgün deyil.
ƏGƏR DÜŞMƏN QARŞISINDA OLSAYDIM, TƏBİİ Kİ, ÖZÜMÜ MÜDAFİƏ ETMƏK ÜÇÜN VURUŞARDIM.
– Fotoqrafiyanın müxtəlif sahələri mövcuddur. Məsələn, təbiət, müharibə və s.
– Mən əsasən təbiət və heyvanlar aləminin fotolarını çəkirəm. Həmçinin qeyd edim ki, bölgələrimizin bəzi ucqar kəndlərində çox maraqlı fotolar çəkmişəm. Ən böyük istəklərimdən biri də, Azərbaycanın işğal olunmuş rayonlarında çəkişilər aparmaqdır.
– Əgər müharibə başlasa, siz cəbhə xəttində müharibənin fotolarını çəkəcəksiz, yoxsa döyüşəcəksiniz?
– Bu sualınıza cavab vermək bir az qəliz oldu. Amma təbii ki, cəbhə xəttində döyüşməklə bərabər həmin o acınacaqlı vəziyyəti, əsgərlərimizin Vətən uğrundakı döyüşlərinni foto və ya videolarını çəkərək, gələcək nəslə göstərmək üçün təqdim edərdim. Əgər düşmən qarşısında olsaydım, təbii ki, özümü müdafiə etmək üçün vuruşardım.
Dadaş Musayev
1905.az