
Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç bir hərbi obyektin olmadığı mülki zonaya atılmışdı. Gəncə şəhərinin mərkəzində yaşayış massivi də gecə vaxtı uzaqmənzilli “SCUD” raketi ilə hədəfə alınmışdı. Bütün bunlar müharibənin dəhşətli anlarından idi. Gördüyümüz səhnələr dəhşətli idi.
AZƏRTAC xəbər verir ki, bu barədə 44 günlük müharibə zamanı Azərbaycanda olmuş “Paris Match” jurnalının müxbiri Reji Lö Somye “Franceinfo” telekanalına müsahibəsində bildirib.
Fransız jurnalist bildirib ki, əslində, Dağlıq Qarabağda ermənilərin yaşadığı yer kiçik bir məkandır. Ancaq Azərbaycanda gördüyümüz müharibə dağıntıları daha dəhşətli idi. Cənub istiqamətində işğaldan azad edilən 4 rayonda Birinci Qarabağ müharibəsinin izləri hələ də qalmaqda idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlərlə ev dağıdılıb. Həmin rayonlarda uzun müddətdir – 1993-cü ildən bəri yaşayış yoxdur.
Jurnalist qeyd edib ki, bu müharibə dini xarakter daşımır. Bu, ərazi münaqişəsidir.
Çıxışı zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin raket atəşinə tutulmasına qayıdaraq bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyi rayonlarda qəbiristanlıqların dağıdılmasından, həmçinin Azərbaycanın dünyəvi dövlət olmasından da danışıb.
Müsahibəsində Reji Lö Somye Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









