Fransanın dünyaca məşhur “Master Chef” jurnalı Azərbaycan mətbəxinə həsr olunan mövsümi nömrəsini buraxıb.

“Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyin sədri Fərhad Aşurbəylinin AZƏRTAC-a verdiyi məlumata görə, fransız jurnalistlər bu il martın əvvəllərində ölkəmizə bir həftəlik səfərə gəliblər. Bu vaxt ərzində qonaqlar Mingəçevirdə nərə balığı yetişdirilən zavoda baş çəkib, aşpazlardan müsahibə alıb, onlarla maraqlı resept toplayıblar. Əldə olunan məlumatlar jurnalın növbəti nömrəsində oxuculara təqdim olunub.
Qonaqların ölkəmizə səfərini Azərbaycanın Fransadakı səfirliyi və “Dialogue France-Azerbaïdjan” İctimai Təşkilatı təşkil edib, təşkilati dəstəyi “Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti göstərib.
Avropanın ən məşhur qastronomik nəşrlərindən olan “Master Chef” jurnalı 80 min nüsxə tirajla nəşr olunur.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









