
Füzulidə şəhid Qoşqar Vəliyev, şəhid Şakir Cəmilli və şəhid Elmir Ağayevin anım günlərində məzarları ziyarət olunub. Onların keçdiyi döyüş yollarından və şərəfli həyatlarından söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Vəliyev Qoşqar Nuruş oğlu Vətən müharibəsində tankçı olaraq döyüşlərə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi başa çatdıqdan sonra, noyabrın 23-də xidməti tapşırıq yerinə yetirən zaman hərbi texnikanın aşması nəticəsində həlak olub. Qoşqar Vəliyev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Cəmilli Şakir Arif oğlu Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi başa çatdıqdan sonra, noyabrın 23-də xidməti tapşırıq yerinə yetirən zaman hərbi texnikanın aşması nəticəsində həlak olub. Şakir Cəmilli “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ağayev Elmir Rasim oğlu Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi bitdikdən sonra da ordu sıralarında xidmətini davam etdirən Elmir 2020-ci il noyabrın 24-də xidməti vəzifəsini yerinə yetirən zaman avtomobil qəzasında həlak olub. Elmir Ağayev “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








