Aprelin 18-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə olunub. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə universitetin prorektoru Şaiq Əsgərov açıb. Ş.Əsgərov qeyd edib ki, layihə çərçivəsində Obama administrasiyasına AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə imzalanan müraciət Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Prorektor petisiya layihəsi ilə bağlı ADİU-da aparılan işlərdən danışıb və tələbələri səsvermə prosesində fəal olmağa çağırıb.
AVCİYA-nın əməkdaşı Məhərrəm Zülfüqarlı bildirib ki, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2012-ci ildən “Sərsəng harayı” kampaniyasına başlanılıb. AŞPA-nın 2085 (2016) saylı qətnaməsi bu kampaniyanın məntiqi davamıdır. M.Zülfüqarlı qeyd edib ki, elə Obama administarasiyasına müraciətdə də bu sənəddə qeyd edildiyi kimi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı faktı, Sərsəng su anbarında baş verə biləcək qəza ekoloji fəlakətə səbəb ola biləcəyi əksini tapıb (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).
AVCİYA-nın əməkdaşı Rüfət Muradov petisiyaya səsvermə proseduru haqqında danışıb və bildirib ki, səslərin sayılma prosesində yanlışlıqlardan sığortalanmaq üçün səslərin sayı indikindən dəfələrlə çox olmalıdır.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe