
Göyçay şəhər Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər xiyabanındakı abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, 20 Yanvar şəhidləri Rauf İsayev və Mehman Muradovun məzarları önünə əklil qoyulub.
Sonra Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi anılıb.
Rayon ərazisində saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









