Azərbaycanın mərkəzi rayonlarından olan və ticarət yollarının qovuşuğunda yerləşən Göyçay özəl etnoqrafik səciyyəsi ilə də seçilməkdədir. Lakin bütövlükdə bu etnoqrafik mədəniyyətin, o cümlədən burada yer alan mərasimi aktların, inanc, xalq təbabəti, yerli mətbəxin yetərincə öyrənilmədiyini etiraf etməliyik. Bunun əsas səbəbi də xalq mədəniyyətinin tədqiqində uzun müddət etnoqrafiya və folklorun bir-birindən təcrid edilməsi və bu zaman üstünlüyün folklorşünaslığa verilməsi olub.
Əslində, etnoqrafiya folklordan təcrid halda deyil, nəinki bu sahələr bir-biri ilə daim təmasdadır. Məsələ bundadır ki, sovet metodologiyasına əsaslanan nəzəriyyəyə görə, etnoqrafiya və folklor tam fərqli sahələrdir və buna istinadən də həmin sahələr ayrı-ayrılıqda araşdırılmalı idi. Odur ki mövcud idarəçiliyin diktəsi ilə bu sahələr hər biri müstəqil fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin tabeliyində öyrənilirdi. Birmənalı olaraq Azərbaycan da bu dönəmdə fərqli yolla gedə bilməzdi, sovet nəzəri sistemindən asılı olduğumuz üçün istər-istəməz biz də bu çərçivədə davranmalı idik. Nəzərə alaq ki, o illərdə folklor ədəbiyyatın, etnoqrafiya isə tarix və arxeologiyanın bir qolu kimi öyrənilirdi. Yalnız müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bu sahələrə baxış tədricən dəyişildi və o zamandan folklor və etnoqrafiya iç-içə öyrənilən sahələr kimi elmi ictimaiyyət tərəfindən qəbul olunmağa başlandı. Lakin buna baxmayaraq hələ də sahələrarası inteqrasiyada ciddi irəliləyiş gözə çarpmırdı. Bir tərəfdən müsbət qarşılanan bu yenilik digər halda çatışmazlıqlardan da sığortalanmamışdı. Belə ki, tədqiqat zamanı sahələr arasındakı əlaqə səthi nəzərə alınır, bu sahələrlə bağlı toplanmış bilgilər əksərən ayrı-ayrılıqda süzgəcdən keçirilirdi. Bu da, heç şübhəsiz, qənaətlərin keyfiyyətinə (təbii ki, mənfi planda) təsirsiz qala bilməzdi. Keçilmiş mərhələlərdə (istər sovet dövrü, istərsə də bərpa dövrünün ilk illərində) bəzi nailiyyətlər əldə olunsa da, təəssüf ki, o dönəmlərdən elm adına qaldırılan bir çox mübahisəli məsələlər indiyədək həllini gözləməkdədir. Bu minvalla açıq qalmış problemlərdən biri də bu sahələrdə aparılan araşdırmaların hələ ki, sıx inteqrasiyada həyata keçirilməməsidir. Sevindirici haldır ki hazırda müstəqil fəaliyyət göstərən Folklor İnstitutu bu istiqamətdə xeyli irəliləyişə nail olub və ümidvarıq ki, qısa zamanda folklor və etnoqrafiya tam iç-içə öyrənilən bir elm sahəsinə çevriləcəkdir.
Maraqlıdır ki, hazırda əksər dünya alimləri etnoqrafiyanı “etnologiya” adı altında öyrənməyi daha məqbul sayırlar. Onların baxışlarına görə, “etnoqrafiya” istilahı, sadəcə, xalqı “təsvir etmək” anlamında sahəyə tətbiq olunmuş quru termindir. Bu da anlayışın mahiyyətlə üst-üstə düşmədiyinə, söz yox ki, bir ismarıcdır. Həmin mövqedə olanlar “etnologiya” terminini daha uğurlu hesab edir və onların qənaətincə, bu klişe (etnos – xalq, loqos – təlim) altında xalq həyatının daha dərin sahələrinə nüfuz etmək mümkündür. Düşünürük ki, zəruri təklifdir və yaxın gələcəkdə bu mövqenin də qəbul olunacağı ehtimalı yüksəkdir.
Kompleks (mövsüm və məişət) mərasimlərimizdə, ümumiyyətlə, bu fərq ortadan götürülür, folklor və etnoqrafiya, demək olar ki, iç-içə təqdim və təbliğ olunur (Novruz, “Qodu-qodu”, toy, yas və s. bu səciyyədə olan mərasimlər nəzərdə tutulur). Əslində, folklorun bütün janrlarında etnoqrafik bilgilərin yer aldığını təyin etmək olur. Bu bilgilərin daha üstün planda aşkara çıxdığı folklor janrı isə tapmacalardır. Janrın bir nümunəsində həmin spesifikliyə diqqət çəkək:
Üstü taxta, altı daş,
Səkkiz ayaq, iki baş.
Tapmacadakı bilgilərdən nəticənin hansı təsərrüfat alətinə hesablandığını çətinlik çəkmədən tapmaq mümkündür. Təsəvvürü olanlar yaxşı bilir ki, vəl – iki öküz qoşulmuş (səkkiz ayaq, iki baş), taxta və daş təbəqələrdən hazırlanmış bir təsərrüfat alətidir. Beləliklə, mövcud maddi əsas mətndəki obraza gətirilməni şərtləndirmişdir. Ayrı-ayrı növlər üzrə bu səciyyəli misalların sayını artırmaq da olardı.
Göyçayın etnoqrafik mənzərəsinə gəlincə, ərazicə kiçik olsa da, rayon zəngin və çoxşaxəli etnoqrafik səciyyəyə malikdir. Məsələ burasındadır ki, vaxtilə ətraf yerlərdən gəlib burada məskunlaşmış insanlar da bu özəlliyə yeni qatqılar əlavə etmiş və bu səciyyə daha da mükəmməlləşmişdir. Odur ki urbanizasiyaya uğramasını da nəzərə alsaq, Göyçayın etnoqrafik mənzərəsi Şirvan bölgəsinə xas keyfiyyətlərin sanki təmərküzləşmiş bir məcmusudur. Bununla yanaşı, Göyçayda sırf yerli səciyyəli etnoqrafik koloritin mövcudluğunu da görməmək mümkün deyil. Məsələn, bu özəllik ziyarətgahlar və ümumən inanc sistemində daha qabarıq şəkildə büruzə verilməkdədir. Ziyarətgahların məğzi və adlanması, əsasən, yerli əhəmiyyətli şəxslərə və predmetlərə dayanıqlıdır. Onlardan Mustafa babanın ocağı, Hacı İsa əfəndi, Çinarlı pir və bu səpkidə olanlar birbaşa yerli şəraitdən qaynaqlananlardır.
Digər tərəfdən, Göyçay Novruz adət-ənənəsinə sıx bağlı olan və bu dəyərləri günümüzədək daşıyan rayonlarımızdandır. Maraqlıdır ki, həm də bu ərazidə Novruzun özəl icra olunan adət və ayinləri ilə qarşılaşa bilirik. Məsələn, əksər bölgələrimizdə “qurşaq atdı” (yaxud da “papaq atdı”) kimi icra olunan adət Göyçayda “yaylıq atdı” adı altında tətbiq olunur. İcranın mahiyyəti dəyişməsə də, icranın fərqli vasitəsi (yaylıq) adlanmadakı fərqi şərtləndirmişdir.
Bəllidir ki, xalq təbabəti empirik (hissi-emosional) təcrübəyə əsaslanır və Göyçay bu sahə ilə də bağlı müəyyən özəlliklərə malikdir. Əslində, bu özəlliklərin mənbəyi Göyçayın yerləşdiyi coğrafi mövqeyidir ki, belə münasib təbii şəraitdə yetişən bitkilər həm də bu sahədə istifadə olunur. Məsələn, əksər bölgələrimizdə rast gəlinməyən dağ kəvəri qida kimi qəbul olunmasından savayı, müalicəvi tərkibinə görə də yerli əhalinin istifadə etdiyi bitkilərdəndir. O cümlədən nar meyvəsi çoxxassəlidir və yerli təbabətdə tətbiqinə daha geniş yer verilir.
Bundan başqa, Göyçaya məxsus ayrıca yemək növləri vardır ki, təqdim etdiyimiz mətnlərdə onların hazırlanma üsulları və barələrində digər məlumatlar açıqlanmışdir. Nar meyvəsindən həmçinin bu sahədə də geniş istifadə olunur. Özəlliklə “nardança” və “narşərab” Göyçayın brend məhsulu kimi ölkədə tanınır. Beləliklə, ayrı-ayrı istiqamətlərdə aparılmış ümumiləşmələr üzrə Göyçayın etnoqrafik mənzərəsi ilə oxucunu daha yaxından tanış edək. (Qeyd üçün deyək ki, şəhərsalmaya daxil sırf etnoqrafiya ilə əlaqəsi olan bəzi təsərrüfat sahələri haqqında folklor bölümündə bilgilər təqdim etmişik. Bu bölümdə isə xalq həyatının daha sıx təmasda olduğu və gündəlik ehtiyaclarından qaynaqlanan tələb və istəklərinin ödənilməsinə vasitə olan sahələrini əhatə etməyə çalışmışıq).
ZİYARƏTGAHLAR
MUSTAFA BABANIN OCAĞI
Göyçayın Müsgürrü k.-də bir ziyarətgah var – Mıssafa babaan ocağı deellər. Bı Mıssafa babaan da üssünə gedənnərdən eşitdiyimə görə, bının nəziri ancax həsirdi. Ora gedən həsir nəzir eliip aparmalıdı. Mıssafa babaan da möcüzələrinnən biri odu kı, uşağı olmıyannar niyət eliyib orda yüyrüh düzəldib asallar. Əgər o yüyrüh Haqq-taala tərəfinnən yellənərsə, deməli, bı ayliyə xoşbəxlig üz verəcəh, Allah-taala uşax bəxş eliyəcəh.
ZİYİL PİRİ
Göyçay r-nunun Qızılağaş k.-də Ziyil piri var. Uşax vaxdı məəm əllərimdə ziyil olduğuna görə nənəm məən niyətdi eliyip ora apardı. Getdim. İndiki kimi xatırriyıram, inab ağaciydı, bı inabın ağacınnan bir tikan qopardıp nənəm ziyillərimin üssün bir balaca qanadan kimi elədi. O ziyillər də onnan yoxa çıxıp getdi. Nəzir qoydux.
ÇİNARLI PİR
Qarabaqqalda bir pir var. Adına çinarrı pir deerdilər. Onun ağacınnan qopan, quruyan bıdağı da heş kim götürüp evinə aparmırmış. Hamsın ağacın dibinə qoyullarmış. Xalqın ona inamı, inancı olup.
Bir dəfə nənəm öz qardaşın göndərir ki, ged odun yığ gətir meşədən yiməh bişirməyə, su qızzırmağa. Bı da gedir, təmbəlliy eliyip, pirin dibndəki budaxları yığır gətirir. Nənəm deer ki, həmin ağaşdarı nə qədər elədih yammadı. Soora deer, qardaşımın gözü tutuldu. Soruşdum ki, bı ağaşdarı hardan gətirmisən. Ağlıya-ağlıya dedi ki, piriin altınnan. Götürdüm odunnarı apardım qoydum yerinə. Nəzir asdım ordan. Soora qardaşımın gözü açıldı.
Bir də o pirə daha çox uşağı olmiyannar gəlip nəzir qoyurdular, yüürüh asırdılar.
HACI İSA ƏFƏNDİ
Kətdə bir Hayis əfəndi baba var. Xalq arasında Hayisə baba deellər. Onun adının açıxlaması Hacı İsa əfəndi babadı. Deməli, onu məscidin həyətində bassırıplar. Məscidin də yanınnan qobu var iymiş. Qobu bizdə arxa deellər. O qobu torpağı yuya-yuya, uçurda-uçurda gəlip məscidin həyətinə – Hayisə babanın qəbrinə qədər. Amma neçə illərdi o qobu o qəbrin yanınnan axır, amma qəbri yuyup aparmır. Camaat ona çox inanır. Kim qorxursa, sümüh xəssəliyi olursa, onu ziyarətə gedir. Babam danışırdı ki, o heş vax məsciddə namaz qılmazmış. Namaz vaxdı yoxa çıxarmış. Bir dəfə yayın issisində evə qayıdanda arvadı görür ki, onun patavasında qar var. Patava – çarığı geyinməmişdən əvvəl ayağa parça dolıyıllar, ona deellər. Arvad onnan soruşanda ki, bı qar nədi, arvada hirssənir.
Ona belə deellər ki, o, Baba dağında namaz qılırmış. O, Baba dağına necə gedirmiş, Allah ona necə yol verirmiş, bı indiyə qədər də sirdi.
MIRTI KƏNDİNDƏ PİR
Kəndimizdə bir pir var. Bağımızın aşağı tərəfində. Pirin ətrafına toxunmur heş kəs. Onun ətrafında çıxan kol-kosa, ağaca dəymir heş kəs. Yəni onu qırmağ olmaz. Atam da həmişə deyirdi, ona toxunmağ, qırmağ olmaz. Keşmişdə, biz uşağ olanda da bu pirə gələnnəri nənəm yola salırdı. Pirə kimlər gəlirdi? Ağzı qızdırmadan bişən, səpən, dişiynən dodağının arasında səpgilər yaranan, qızdırması olan böyühlər, kiçihlər gəlirdi, nənəm də oları aparırdı pirə – bağımızın aşağısına. Ora stəkanda su da aparırdı, orda pir ağacdı, palıd ağacıdı. Onun dibinnən bir çimdik torpax götürüb atırdı stəkandakı suya, ordan da bir çubux qırıb onu qarışdırırdı. Soora onu verirdi gələn adama, o da “bismillah” deyib o sudan bir qurtum içirdi. Onnan da onun ağzı təmizzənirdi, qızdırması keçirdi. Nəzirin də verirdilər. İndi də həmin o pir ordadı. Yenə də ora gələnnər var. Bu, dəfələrlə, illərlə sınaxdan çıxarılıb.
İNANCLAR
Adamın dilində ağsulağ deürüg, dili yara kimi açılur. Dilin böründə yaralar çıxur. Pak qız uşağı, yəni ərə getməmiş – deyir ki, dilimə dilbar çıxıb. Dersən ki, biri də yanınnan çıssun. Bını iki dəfə deyür. Üçünçü dəfə deyəndə onda həmin qız uşağı deyür ki, üş dəfə tüpür, gessün. Onnan bir saat çəkir, iki saat çəkir, həmin o yara yoxa çıxır. Da o göynültünü, ağrını hiss eləmürsən.
***
Sağalmayan dərdi olannar, evladı olmıyannar, arzusuna çatmağ isdiyənnər mismara bağlayır sapı. Deyir dərdimin hamısın bağladım. Allah, məni arzuma çatdur. Həmən o iri mismarı çəkicnən vırırsan incil ağacına. İncil ağacına yeridirsən o mismarı. Deersən, haçan niyətim qəbul olacax, gətirib incil ağacıın dibinə nəzirin qoacam. İsdər öz həyətündə olsun, harda olur olsun incil ağacı. Arzua çatırsan, gətirib həmən ağacın dibinə nəzirüü qoyursan, kimsə götürür.
***
İncil ağaccın kəsən ziyana düşür. Ona görə ki, incilin yarpağu qurban olduğlarımın əlinin şəklindədi, beş barmağdu. O müqəddəs ağajdu. Onu kəsən adam gərəy əvvəlcədən oun dibinə tasatdığ qoa. İsdiir pul qoysun, isdiir dən qoysun, sərçələr yesün. Gərəh tasatdığın qoyıb soora kəsə.
***
İlannı yerə gedəndə, deellər, xalasına nəhlət. Onda ilan yaxun gəlmir, adamı vurmır.
***
Gec yeriyən uşağlaru, adət buydu ki, qəlbirdə qoyub başında gəzdirərdülər. Onnan soora uşağ əyağ açıb yeriyərdi.
***
Yazda qaranquş gəlir də. Qaranquş hansı evə, həyətə gəlmirsə, onda hamı şüpələnir. Deellər ki, bırda nəsə bir qanqaraçılığ olacax. Biil bizə qaranquş gəlmədi. Hamı mütəəsir olur, pis əlamətdü.
***
Bi də qonağ az gələndə. Evdən qonağ azalırsa, deellər ki, nəsə bı evin ruzi-bərəkəti qaçıb. Bədbinniy gətirir evə.
TƏBİƏT HADİSƏLƏRİ İLƏ BAĞLI İNANCLAR
Qurağlığ olanda qurban deellər. Seyid öyladına, əl götürüb Allaha. Meçitdə namaz qılınır. Əl götürülür Allaha ki, ay Allah, sən bı camatın məhsulun zay olmağa qoyma. Yer, göy yanır. Dağ-daş, mal-qara hamısı qurağlığdan əziyət çəkir. Onda Allah yolunda qurban deyilir. Meçidin həyətində kəsilir.
***
Güjdü küləy əsir, məsələn, toyqabağıdu. Evin ilk uşağı qəlbiri götürür əlinə, evi çöldən-çölə üş dəfə fırranır. Deer:
Mən anamın ilkiyəm,
Küləh, kəs, kəs, kəs.
Ağzı qara tülkiyəm,
Küləh, kəs, kəs, kəs.
Üş dəfə onu deyə-deyə fırranır, həqiqətən də, küləh səngiyir.
***
Yağış çox yağanda neyniyəllər. Bu indi də bir adət kimi, sınama kimi davam eliyir:
Yağış kəsməy üçün çöpləri qoyurdux üs-üssə xaç kimi.
Yağış yağanda yağış düşən torpağa üç daş bassırallarmış.
Yeddi dənə xırda daşı yenə də yağış düşən yerdə üst-üstə qoyallarmış.
İki dənə çəngəl götürüb onnarı ağız-ağıza keçirip üzüyuxarı qoyallarmış.
Xəlbətcə qonşuun həyətinə üş dənə daş atallarmış.
Güclü yağışnan bir yerdə dolu da yağanda həmin doludan bir dənəsin evin ilk uşağı götürüb dişdiyərmişsə, dolu kəsərmiş.
Güclü qar yağanda, ya da uzun müddət qar yağır, əgər kəsmirsə, onda qardan bir az götürəllərmiş. Qaynar peçin üstündə onu əridəllərmiş. Deyəllərmiş ki, əri, yox ol. Nənəmnən eşitdiyimə görə, bunnan soora qar kəsərmiş, çöldə gün çıxarmış, qar əriyərmiş.
***
Keşmişdə nənələr deyərdi, nənəm özü tapşırırdı bizə, bala, göy guruldamamış, ildırım çaxmamış yemlih üzüp yimiin ha, zəhərrənərsuz. O, göy gurulduyanda diksinir da, yəqin, bitgi, o pis şeylər çıxır onnan.
Yazda, payızda toy eliyənnər qorxurdu ki, yağış yağar-eliyər. İndiki kimi onda sinoptik olmiyıpdı ki, xəbər verə. Bir kilo, ya iki kilo qoz nəzir eliirsən ki, ay Allah, sabah toy eliyəcəm, toyumda yağış yağmasın, bı qozu payliyaram qonşulara. Onda yağış yağmır.
Ay tutulanda, günəş tutulanda, görmüşəm Zeynəp xalagil – qonşumuz eliyəndə, mis qabları, qazannarı danqıldadıllar, döyüllər. Mis qabları ona görə döyüllər ki, şər qüvvələri – cinnəri, şeytannarı qovmağ üçün. Surələr oxuyullar. Adətən, “Ər-rəhman” surəsi oxunur. Çünkü ay, ulduz hakqında “Ər-rəhman” surəsində geniş izahat verilir. Çox möhdəşəm surədi o.
O vaxdı, göyə uçan vardı ey Ərəbisdannan. Nəsə olmuşdu, düşə bilmirdi ordan. Bala göydə olub, ana yerdə. Ordan xəbər eliyiplər. Eyni zamanda ikisi də əzbərdən “Ər-rəhman” surəsin oxuyup. Allah yol açıp o oğlana. Hamı məhətdəl qalıp. “Ər-rəhman” surəsiin hökmüynən o, Yerə gələ bilip.
***
Mamam danışırdı ki, Tovuza toya getmişdih. Deer, yağış da nə təəri, day şıdırğı yağır da, tut ucunnan, çıx göyə. Onda gördüm, deer, arvatdar – bı evin içində belə ocaxlar olurdu ey buxorı kimi, ovuçnan deer, elə hey unu götürüp atıllar ocağa, unu götürüp atıllar oçağa. Deer, dedim, az, siz nağayrırsuz? Bərəkətdi, niyə yandırursuz? Deer, oun helə eliirik ki, Allaha acıx getsin ki, biz bərəkəti – unu yandırırıx. Onda yağışın – nurun çəhsin da göyə. Yağış onda kəsilir.
YASLA BAĞLI İNANCLAR
Deyilənnərə görə, qəbrəsdannığa gedip bir ölüü ziyarat eliyəndə, yaxın adamuun ziyaratınnan gəlip həyətə girəndə üş dəfə başuun üsdünnən su atırsan.
***
Qəbir üssə cümə günü getməh yaxşıdı. Həmin gün gedəndə qəbrin əyax tərəfində duranda o, onu ziyarət eliyəni görür.
***
Hər bir müsəlman yeddi ölü yumalıdı. Allah-taala böyüh savap yazır oun əyğına.
Bala anayçün ağlıyar, ananın bala üçün ağlamağı günahdı.
***
Qəbir qazanda qadınnarın qəbrin kişilərə nisbətən bir təpkeş dərin qazıllar. El arasında deellər ki, bı da qadınnarın çoxbilmişdiyinnən irəli gələn şeylərdi. Ara qarışdırıllar, yalan danışıllar, o mənada dərin qazıllar ki, yanı səni dərin gedəsən.
Danışıllar ki, Məhəmmət peyğəmbərin qızı Fatimə xanım vəsiyyət eliyip ki, mənim tabutumu o qədər dərin eliyərsüz ki, örtüyün üssünnən mənim əzalarım bilimməsin. Qəbirsannığa kişilər aparır da bütün insannarı. Yəni kişilər örtüyün üssünnən də hiss eləməsinnər mənim əzalarımı.
Deer, peyğəmbər buyurup ki, cümə namazına gedərkən hamı qüsul alıp gəlməlidi. Bı mənada ki, namaza duranda hamı pak olsun. Namaz vaxdı pis qoxu gəlməsin.
***
Cümə günü müsəlmannarın isdirahət günüdü, gözəl gündü. O günü rəhmətə gedən olanda deellər ki, o dünyada ona sorğu-sual olmur.
Cümə günü qəbir ziyarətinə gedəndə sağ əluu qoyursan qəbrin üsdünə, uş dəfə qədr surəsin oxuyursan. Amma bı şərtnən ki, ağlamıyasan. Hə, üş dəfə qədr surəsin oxuyursan. Onda qəbirdə yatan adam səni görür.
İndi qəbir daşdarı, məzar daşdarı düzəldillər. Olar hamısı günahdı. Keşmişdə, mən eşitmişəm ki, gər ağacınnan elə rəhmətə gedən günü kəsip hamarrıyıp baş ağacı qoyurdular. O da bir uzun müddətdən soora məhv olup gedirdi. Qəbirsannıx çox yer tutmasın deyə bir qəbirdə yeddi ölü dəfn olunmalıdı. Qiyamət günü bir qəbirdən yeddi ölü dirilip durmalıdı. Allah çağıranda bir qəbirdən yeddi ölü gəlməlidi Allahın hüzuruna.
TOYLA BAĞLI İNANCLAR
Elimizin adətdəri var. Adətdərə görə öyüt-nəsiyət verirdilər gəlin köçən qıza: “Getdiyin yerdə lal-kar ol. Ora gəlinnihnən girmisən, kəfənnən çıxeysan. Pis də olsa, yaxşı da olsa, dözməlisən”.
***
Bir evdə qız nişannandı, toyudusa, qoumda-qonşuda olan subay qızdar da bəxdərinin açılması üçün bəzi inancları, sınamaları yerinə yetirəllərmiş ki, qalan qızzarın da bəxdi açılsın. Xına günü qızın xınasınnan heç kəs bilmədən oğurruyallarmış.
Gəlinə gələn xonçadan lent kəsip aparallarmış ki, bu qırmızı – şad günnən bizə də olsun.
Gəlinin ayağqabısıın altına öz addarın yazallarmış, gəlin də toydan soora baxarmış ki, kimin adı silinipsə, deyərmiş ki, yolda odu. Yəni il tamamına qalmaz, həmin qız da ərə gedərmiş.
Qız gəlinnik paltarın geyinənnən soora ilk oturduğu yerdən duran kimi subay qızzardan kimsə gəlib onun yerində oturarmış. Həmin qızın da bəxti açılarmış.
Gəlinnər əvvəllər ata evinnən çıxıp birbaşa oğlan evinə, ər evinə gedəllərmiş. Ona görə də gəlinin bir ovcuna pul bağlıyallarmış ki, ata evindəki ruzisini, payını aparsın, ya da hər iki ovcuna düyü tökəllərmiş. Gəlinin sağ ovcundakı düyü qalırmış. Oğlan evinə gedənə qədər gəlin o düyünü atmırmış. Bu da onun ata evindəki ruzisini aparması sayılarmış. Sol ovcundakı düyünü isə qoum-qonşuda olan subay qızdarın, rəfiqələrinin adın çəkə-çəkə atarmış. Ən son atdığı düyü hansı qızın adına rast gələrmişsə, o qız da həmin il ərə gedərmiş.
Gəlinin oğlan evinə gələndə sındırdığı boşqabın bir qırığını hansı qız götürüb başının altına qoyarmışsa, həmin gecə yuxuda ərə gedəcəyi oğlanı görərdi.
Bəzi adətdər də var ki, onnarı toydan soora yerinə yetirillər. Toydan soora iki-üç gün qız mütləq qırmızı geyinməli imiş. Qırmızı geyinməsinin də məqsədi o olup ki, qırmızı həm yenilik, təzəlik kimi qəbul olunur, həm də göz qaytaran rəng hesab olunur. Qırzımı geyinəndə gəlinə göz dəymir, gözdəymədən qoruyur.
Soora gəlin uzun müddət paltarıın görünmüyən yerində sancax gəzdirir. Gəlin toydan soora qırx gün evdən çölə çıxmazmış, yəni heş yerə qonax getməzmiş.
Yaxud da evə qonax gələndə birbaşa gəlinin üstünə gəlməzmiş. Gəlin başqa otağa keçərmiş, qonax gələnnən soora gəlin qonağın üssünə gələrmiş, olarnan görüşərmiş. Bunun da məksədi o olup ki, gəlin qırxa düşməsin.
Gəlinin qırxa düşməməsi üçün onun otağıın cəfdəsinə qırmızı lent bağlanmış qıfıl vurularmış. Yəni qırx gün o qıfıl orda qalarmış ki, gəlin çiliyə, qırxa düşməsin. Qırx günnən soora qıfılı açallarmış. Aparıp axar suya – çayamı, arxamı atallarmış.
***
Gəlin evin kandarınnan içəri girəndə evin iç tərəfinnən mıx vırıllar. Yəni ki, bı gəlin də evində-eşiyində möhgəm olsun.
Təzə gəlin gələndə onun otağıın üssünnən qırmızı lentnən qıfıl, üzərriy asıllar qırx gün. Çünki olar bədnəzəri öz üzərinə götürür, gəlinə nəzər dəymir.
GÖZ-NƏZƏR İNANCLARI
Dağdağan ağacı var. O da kətdə bir nəfər adamın qapısındadu. Hamı o qapıdan aparur. Keşmişdən qalmadu – indi onun nəvələri yaşayır o evdə. Onu hər vaxd qırmağ olmaz. Bir onu qurbannığ günü xoruz banı vaxdı, səhərin alatorannığında qırırsan. O dağdağannan həmişə pencağın varatniqinin daluna taxıruğ, ya da paltarımızın altınnan taxıruğ.
***
Dağlarımızda bitir, üzərriyimiz var. Üzərriynən duz hərrəyirüg uşağın başına. Pis gözdən, pis nəfsdən. Ya oda atıruğ, ya da ki həmin üzərriynən bir yerdə yandıruruğ, o uşağa onun tüsdüsün verirüg, boynun oxalayuruğ, alnına çəkirüg, oxalayuruğ. Yanı kimnənsə şüpələnsön… Adətən, bı körpə uşağ lap tez nəzərə gəlir.
***
Gözmuncuğu da – indi keçmiş gözmuncuğu yoxdu. Az tapulur indi onnan. Onda əgərrəri onun ağ xalı düşürsə, deməli, həqiqətən də, bı uşağda, bı insanda bı adamın nəzəri olub.
***
Nəzər qaytarmaxdan ötrü evlərdən dağdağan, üzərrih, it kəlləsi, dağlarda bitən göz tikanı asallar.
Nənəm bizim üssümüzdən gözmuncuğu, dağdağan asmaxnan yanaşı, başımıza duz hərriyib ocağa atardı. Deyirdi, gözü dəyənin gözü çıxsın, nəfsi keçənin nəfsi yansın.
***
Uşağın üzünə ocaq hisi sürtüllərmiş ki, göz dəyməsin. Göz dəyərmişsə, üzərrih, soğan qabığı yandırallarmış. Başına duz çevirəllərmiş. Başındakı papağına, əynindəki paltarın çiyninə gözmuncuğu, dağdağan çubuğu vurallarmış. Yaxud biləyinə bağlıyıllarmış ki, göz dəyməsin. Göz qaytarsın.
***
Dağdağan çubuğu da, heyva çubuğu da göz qaytarır. Eşitmişəm ki, heyvannarın vəlin, qoşqusun, arabasın dağdağan, heyva ağacınnan eliyirdilər ki, bəd nəzərə ras gələndə göz dəyməsin.
***
Nənəm danışıb bını. Bir kişinin sooradan sonbeşik bir qızı olur. Uşax çox gözəl imiş. Başqa qız öylatdarı da var. Amma sonuncu öyladı çox gözəl olur. Bir gün bına qırmızı parça alıp gətirir. Arvadına deeir ki, tik bını usaxçün. Uşağa anası gözəl bir don tikir. Uşax oyniyir atasının qabağında. Ata da deyir ki, zalımın qızı ay parçasıdı da. Soora da qorxur ki, uşağa nəsə olacax. Öz gözünə özü bələtdi. Arvada deyir ki, gözün uşaxda olsun ha. Elə bil bu söypət olubsa günorta, ilkindi vaxtı, nənəm deyir ki, bir də gördük ki, qoyma-qışqırıx düşdü. Səs-küy oldu. Yüyürdüm getdim, gördüm, uşax hooza düşüp, ölüp. Ata da arvadına deir ki, səə dedim axı, uşaxda gözün olsun.
Yəni göz dəyməh, özünə, özgüyə baxmır. Göz dirəndisə, ona baxdısa, bəs eliyir.
***
Adam var ki, nəfisdidi da, gözü dəyir adamlara. Oun, deer, kiməsə gözü dəyəndə, həmin o gözü dəyən adamın paltarınnan oğurrıyıp bir kusok kəsillər. Oun yandırıp göz dəyən adama iynədillər. Onda nəzər onnan yox olur.
***
Keşmişdə uşağ öydə doğulurdu. O vaxdı xəsdəxana yox idi. Hamıın altı, bəzən səkgiz uşağı evdə doğulardı. Ara maması gəlirdi. Uşax doğulannan soora xəssən yeriin yanınnan şişnən cızıx çəkirdilər. Bir baş soğanı soyub şişin başına taxırdılar, zahının yerinin ayaq tərəfinnən yerə bassırırdılar. Soğan acılıxdı, göz dəyməsin deyə belə eliyirdilər.
Bir də zahının yassığının baş tərəfində kasıya üş yumurta qoyub su tökürlürdü, yanına gələnin xəsdiyə gözü dəyirdisə, yumurta çartdıyırdı. Onda o xəsdə nəzərə gəlmirdi.
Belə də deyillər ki, yeni doğmuş ananın da, uşağın da alnına ocağın hisinnən vurallar ki, göz dəyməsin.
***
Bizim kəndimizdə bir kişi var idi. Onun gözündə varıydı, yəni nəfsi itiydi. Hər şeyə gözü dəyərdi. Bir gün səhər-səhər heyvannarın, malların aparır örüşə. Naxır deyirik biz. Naxıra ötürüp qayıdanda görür ki, bir nəfər öküzüynən yer şumlamağa gedir. Baxır ki, öküz nə öküz, çox yaxşı. Gözü öküzdə qalır.
Qayıdır gəlir evə. Öz gözünə özü bələddi də. Gəlir, oğluna deyir ki, bala, indi orda öküz kəsəcəhlər. Zənbilü götür, ged ora. İndi alışma eliyəcəhlər. Alışma da o deməhdi ki, yəni öküzü kəsəcəhlər, öz aralarında bölüşdürəcəhlər. Ged onun ətinnən al, gətir. Oğlu da məhətdəl qalır. Gedir, bir qədərdən soora görür ki, öküzü kəsillər.
Öküzü də necə olur, kəsillər? O kişi bu öküznən həmişə yer sürərdi. Deməli, vəli boynuna keçirdip. Öküz birdən çökəyə düşür, büdriyip yıxılır. Boynu da vəldən asılı qalır. Öküz sahibi nə qədər çalışır, öküzü xilas eliyə bilmir. Görür ki, day öküz ölür, ona görə də kəsir. Oğlan da həmin ətdən alır, gəlir. Yəni kişi gözündə nə olduğun bilir.
***
Gözündə olan bir başqa kişi də öküzü görür, hiss eliyir ki, onda nəfisi qaldı. Evə gəlir. Oğlun göndərir ki, indi oküzü kəsəcəhlər, ət al gətir. Oğlu gedir, bir qədər soora qayıdıp gəlir ki, dədə, oküzü kəsmiyiplər, öküz də qapıdadı. Kişi də deer ki, yəqin, öküzün buynuzunda dağdağan çubuğu olup. Mənim gözüm onu tutmuyup.
YUXUYOZMALAR
Deyilənə görə, pis yuxu görəndə səhər tezdən durub bir dişdəm qənd, bir daş götürüb axar sua atallar. Usup peyğəmbər yuxu yozan olup. Olara salavat çəkip, fatəhə surəsin oxuyub, deərsən, suya atıram bı qəndi, bı daşı. Yaxşı yuxudusa, bı qənd əriyincən çıssun, pis yuxudusa, daş əriincən çıssun.
***
Bəzi ölü uğursuz olur, deellər. Adam yaxınına heç vaxd qıyıb soğan dişdəməz. Təsadüfən yad ölü yuxuya girəndə, xeyirsiz olanda baş soğanı dişdəyib tullayırsan ki, ged, özüünkilərdən yapış. Onıynan da o ölü bir də o adamın yuxusuna girmir.
***
Qorxulu yuxu görəndə tasatdığ çıxardallar. Qapıdan çölə ya pul atallar, ya səhər yuxudan duran kimi ev quşdarına yoox, serçiyə-zada dən atarsan bir qab ki, tasatdığ atıram.
***
Biz tərəflərdə belə bir deyim də var ki, olacağa çarə yoxdu, yaxud da qismətdən qaçmax olmaz. Bu da belə bir rəvayətdən yaranıbdı ki, bir arvad bir gün yuxuda görür ki, oğlu bir bilet alır, harasa gedir. Oğlu gedən təyyarə partdıyır, bunun oğlu ölür. Yuxudan durur görür ki, oğlu əlində bir təyyarə bileti gəlir ki, mən Masqıvıya uçuram. Bu olmuş bir hadisədi. Arvadın yadına yuxu düşür və oğluna deir ki, bala, mənə ayan olup, sən o təyyareynən getsən, o təyyarə partdıyacax və sən öləəsən. Qoymaram gedəsən, mən bilə-bilə səni getməyə qoya bilmərəm. Oğlan çox and-aman eliyir, anası bını qoymur. Oğlan da anasıın sözünnən çıxa bilmir. Deir yaxşı, bu səfər olmasın, gələn səfər gedərəm. Gedir yükün üstündə yatır. O vaxtdar da divarda rəflər düzəldib ora kasalar, səhəng, zad yığallarmış. O vaxtdar şkaf olmuyup. Oğlan gedip rəfin altında yatar. Arvad da radioda eşidər ki, Masqıvıya uçan təyyarə qəzıya uğruyıp, hamı ölüp. Sevincəh gəlir oğluna desin ki, bala, həmin təyyarə qəzıya uğrıyıp. Gəlip görür ki, rəfə pişik çıxıp, rəfdəki səhəngi salıp oğlanın başına. Oğlu da ordaca ölüp qalıp. İnsan harda olursa-olsun, öz bəxtinnən qaça bilməz.
MƏRASİMLƏR
NOVRUZAQƏDƏRKİ MƏRASİMLƏR
Xalq bayramları, mərasimlər haqqında onu diyə bilərəm ki, Xıdır Nəbi, Xıdır İlyas hakqında bizim rayonun əhalisinin, bəlkə də, çox hissəsiin məlumatı yoxdu. Amma bildiyim qədəri ilə o, böyük çileynən kiçik çilə arasında olur. Üş günə böyük çilə başdıyır – dekabr ayının irmi ikisinnən yanvar aynın axrına kimi. Yanvar aynın iyirmi yeddisinnən fevral aynın birinə kimi keçirdillər Xıdır Nəbi, Xıdır İlyas mərasimlərin. Bir ucu da gəlir oun çatir Xızır peyğəmbər əlehissalama. Kiçih çilə fevral ayıın birinnən iirmisinə qədər olur. Bəzi yerrərdə bu mərasimi fevral ayıın on yeddisinnən iirmisinə qədər keçirdillər. Amma alaçalpo deellər, bir də fevral ayıın iyirmisinnən mart aynın axrına kimidi. Nənəmnən eşitmişəm ki, ən sərt iqlim alaçalpo vaxdı olur. Alaçalpoda deerdi qırx çual saman, qırx kötüh, qırx çual bığda, bir də Allah amanı. Ya çıxarsan, ya çıxmarsan. Böyüh çilə, adətən, sakit keçir. Nənəm bir deyim də deerdi ki, kiçih çilə deer ki, mən böyüh çilə qədər uzun ömürrü olseydım, beşihdəyin beşihdə, deşihdəyin deşihdə dondurardım. Hayıf ömrüm az, dalım yaz. Kiçih çilədə qar, çoğun, boran çox olur. Alaçalpo ən çətinidi.
Göyçayda Nooruz bayramın iyirmi biri günü bayram eliyillər, il təhvil olanda. Bir də möösümnən əlaqədar deyim var ki, nənəm həmişə deərdi, Nooruz bayramı günü, yəni iirmi biri günü yazdandı. O gün necə olsa, yaz o cür olacax, iirmi ikisi günü yaydandı, iirmi üçü payızdandı, iirmi dördü qışdandı. Həmin günnər nə cür keşsə, fəsillər də o cür keçəcəh. Bını illərdi sınıyıram, həmişə də düz çıxır. İyrim biri günü yağış yağırsa, yaz yağıntılı olur, günəşdi olursa, yaz quraxlıx keçir.
ÇİLLƏ
Deillər ki, qış girəndə qırx gün böyük çilə, iyirmi gün kiçik çilə, bir ay da boz ay olur. Böyük çilədə hava o qədər də sərt keçməz, mülayim olar. Amma kiçik çilə çox sərt keçər.
Belə rəvayət edilir ki, böyük çileynən kiçik çilənin söhbəti olup. Kiçik çilə böyük çiləyə üzün tutup deir ki, neyniyim ki, ömrüm azdı, dalım yazdı. Mənim ömrüm az olmasaydı, qızdarın əlin su səhəngində, arvatdarın əlin un çuvalında, hamilə gəlinnərin bətnində körpələrin dondurardım.
Kiçik çilədən soora boz ay gəlir. Boz ayda çox adətdər yerinə yetrilir. Boz ay girəndən çərşəmbələr başdıyır. Həmin dörd çərşənbə ərzində bağları olan adamlar mütləq meyvə ağacdarın, bağların suliyallar. Buna da bənöşə suyu deyəllər. Bunun da mənası odu ki, əgər həmin müddətdə bənöşə suyu verməzzərmişsə, həmin ağacdarın açdığı çiçəhlər tutmazmış. Həmin il o ağacdar bol məhsul gətirməzmiş. Ağacın çiçəy aşdığı vaxda diyəllər ki, ağac başından su içməlidi. Ağac başınnan su içər diyəndə həmin vaxt onun meyvəsinin tutmağını deillər. Onda, deyilənə görə, ağacın meyvəsi çox daddı olur. O ağaç xırda gətirmir, meyvəsi yaxşı olur.
***
Göyçayda Çiləxana deyilən yer vardı. İndiki afdavağzaldan bir az yuxarı – şəhər tərəfə. Boş düzən iydi. Yamyaşıl çəmənniy iydi. Orda həməşə Nooruz bayramıın çərşəmbələrində çavannar gedib turnadöydü, ənzəli oynıyırdı. Axır çərşəmbədə gedib orda çilə çıxardıllardı. Orda çilə çıxartdıxlarına görə oraan adı qalmışdı çiləxana. Nooruz bayramı axşamı da cavan oğlannar lopax qayırıb aparıb orda atallardı. Niyət eliirdilər ki, fılan arzum yerinə yetsin, çilə çıxardaram. O adamın diləyi hasil olanda o öz öyündə cavannarı çağırıp, bir gecə səhərəcən yaxşı yiməy-işməh verirdi, səhərəcən yatmıyıb şənnənirdilər.
NOVRUZ ADƏT VƏ İNANCLARI
Oğlannar dağa qız bəyəmməyə çıxırdılar. Tonqallar qalayurdular dağda. Tonqalın başında da cavan oğlan, qız bir-birin görüb bəyənənnər olur, sevənnər olur. Dağda heyvannar kəsilir, kabab bişür. Qara zurna gətirirdülər, kəndirbaz, keçəl, kosa. Evdə bir nəfər də qalmırdı, hamı gedirdi – yaşdı adamlar da. Hətta kəndə gələn qonağlar da. Noruzda qonax gəlirdilər ki, dağa çıxacoox. Dağda bayram keçirtməy indi də var. İndi qocalar helə də getmir. Dağda tonqal qalayıllar. Kim isdəyirdi, qalayırdı: üş dənə, bir dənə. İri bir tonqal qalayırdılar, topalaşırdılar. Birin də uşağlar qalayırdı helə. Ya isdiir, qadınnar qalayırlar. Olar da tullanıllar tonqalın üsdünnən, şənlig eləyillər.
***
Bir nəfər də küsülü qalmır. Lap isdiir qan əvəzi işi, sözü varsa, mütlax bayramda barışır. Evdə də məslaat eliyillər ki, mütlax barış ha. Böyüglər deer ki, küsülü qalmoon, heş kəs küsülü qalmasın, günahdu. Gedib “bayramın mübarəh” deyib bayramlaşırsan.
Birinci addımı kiçihlər atmalıdı ki, sən kiçihsən də. İndi böüh səni danışdırsa, kiçiyi, deellər ki, günahın töhdü səən üsdüə. Sən kiçihsən, sən gedib oun danışdır.
Əsas da xına isdadıb aparırdılar dağa ki, xınama əlüü batur. Onda küsülü də barışırdı.
***
Adətən, axır çərşəmbədə, ona biz qurşağatdı da deürüh, ilaxır, yaxşu şadduğ olur. Yaxşı şeylər alınır yeməli – şirniyat. Yeddilöyün axşamı. O süfriyə yeddi cürə naz-nemət yığılmalıdı.
Birincisi də o günü səhər-səhər mütlax qoorğa – buğda qorulmalıdı. Həmin o qorulmuş buğdanı evin neçə küncü varsa, o künşdərə atırsan, heş kəs yiməmişdən. Deersən, gələn il bi vaxdatan, Allah, evim bərəkətdi olsun. Sağ-salamat çıxaq, ev bərəkətdi olsun. Soora da onu kim issəsə, yiər. Təzədən xorəy bişirürüg. Adətən, sütdi yiməy bişirürüg. Yanı sütdü aş bişirirüg. Başqa yiməhlər də olur, amma sütdü aş mütlax olmalıdı. Soora qurşağ atıllar. Biz o axşam aturuğ – axır çərşəmbədə. Qoum-qardaş, qoum-qonşu, uşağlar qurşağ atıllar, torba atıllar. Ona da pay qoyursan, göndərirsən.
Meyvə qoyuruğ, kanfet, süfrədə nə varsa, onnan, bir xörəhdən başqa hamısınnan. Yığıb uşağın o atılan qurşağ torbasına qoyuruğ. O atan adam da gəlib götürür.
Soora qulax falına çıxırsan. Qoşuun qapısına gedillər. Niyət tutullar ürəyində. Gedillər ki, görüm əinnərim bı niyətim yaxşı olacaxsa, yaxşı, şad söz danışıllar. Pis söz eşidirsə, deeməli, niyəti pis olacağ. Qoşuun, qoum-əğrabaan qapısında durub qulağ asıllr. Adətən, bını cavvannar eləyür.
***
Axır çərşəmbə günü mütlax qapıda şamal düzəldürüh. Hündür şamallar düzəldib ağajdan eləyib, əsgidən dolayıb, nöyütdəyirüg. O, gur-gur yanır. Onu basdururuğ həyətimizdə torpağa. Xeylağ yanır. Təzədən tonqal qalayıruğ. Bı tonqalın da üsdünnən, hətda evdə xəsdə də varsa, o xəsdəən də aparub keçirdürüg. Ordan keçəndə deürüh ki, ağırruğum-uğurruğum bırda qalsun, azarım-bezarım bırda qalsun, köhnə ildə qalsun.
Təzə ilə tullanıb keçirsən o tonqalın üsdünnən. Soora kəndin cavannarı o şamalları götürüb Əsgərbelinə çıxırdılar, orda atmağa.
***
Axır çərşəmbədə təndirin yanına, təndir olmuyanda da bir təmiz yerə yumurtanı qoyullar. Niyət eliyillər. Yanına da ya qırmızı, qara sap, ya da karandaş qoyullar. Allah, bı niyətim olacaxsa, yumurtaya çəkilən qırmızı olsun, yox, qəbul olunmıyacaxsa niyətim, qara olsun. Baxanda naziy cızığ – onun mən özüm şahidi olmuşam, görmüşəm – çəkilir, ya qırmızı, ya qara.
O axşamı səərə qədər otururuğ, çilə çıxartmağ deellər. Adətən, cavan qızdar eləyillər. Topalaşıllar, deellər ki, bütün ağajdar – əsas da söyüd ağacı il təəfil olanda əyilir torpağa, soora da qalxır yuxarı. Onda da əyən onu dayanıb gözdüyə bilsön, o vaxd elədüyün niyət lap taraz olur, çin olur.
***
Öydə subay qız varsa, ana, ya bacısı – qız özü bilmədən onun ayaqqabısın atır, deer ki, əgər biiləri bı qapıdan çıxacaxsa bı qız, onda ayakqabıın üzü qapıya düşsün, dalı evə tərəf. Əgərrəri köçmiyəcəysə, onda ayakqabının üzü evə tərəf düşür, dalı qapıya düşür.
***
İlaxır günü tonqal qalıyanda göy guruldayır. Yerdən torpağ götürürsən, elə bil ki, məhsul da. Atırsan göyə ki, ay Allah, bı torpağın sayı qədər məhsulum olsun, mənə ruzi gəlsün Allah tərəfinnən. Deyillər, göy gurulduyanda əllərüü torpağa dirəyirsən, həmin anda Allahdan nə isdəsən, sənə onu verir.
***
Bayramda da başda pilo olmaxnan, ürəyin nə isdəyürsə, bişir. Pilo mütlağ olmalıdı.
Soora da bişintilər: şəkərbura, paxlava, şorqoqalı, rulet – çoxlu şirniyat bişirürüg. Ata-babadan təndirin içində mərciməyidə şorçörəyi bişərdi.
Nooruzda biz yaxın qohumlarımıza həmin bişirdiyimiz aşdan çəkürüg. Həmin bişintilərdən, şirniyatdan bir-birimizə pay verirüg. Yumurta boyayuruğ, sarı da, qırmızı da, narıncı da boyayuruğ. Adətən, kişniş yarpağı qoyullar, çələmbir yarpağı qoyullar.
Soğan qabuğuynan da boyayullar. Əsas soğan qabuğu qəşəng rəng alur. Öz həyətimizdə boyağ bitir. Hər deyən yerdə bitmir. Çəpər dibində, böürtgan yanında, xəndəhlərdə bitir. Çəpər diblərində əsas çox olur. O boyağnan boyayuruğ. Payımızı da ki, kəsmirüg. Kəssəg, onda elə bil ki, bir-birimizə hörmətsizzig olur. Qohumlara pay aparuruğ, əziz gün olur. Elə olur ki, bı axşam birimiz keçirdürüh – bacımı, qardaşmı. Bir axşam birinin evində yığılıb keçirdüllər. O birsi axşamı – on dokquzu, iyirmisi, iyirmi biri, iyirmi ikisi, hətta iyirmi üçünə qədər biz bayram eləyürüg, pay verürüg, pay aalluğ. Hər gecə yığıulluğ qonağlığa. Biri bir gün eləyir, biri bir gün eləyir. Hərə gücü çatannan, kimi qoyun kəsir, kimi çolpa, hinduşqa, nəyimiz varsa.
***
Bı kətdə bayram qutarannan soora səməniin atmıllar. O göy səmənini aparub həyətində basdurursan bir yerə. Niyət eləyirsən. Hansı niyətin varsa, o niyətüə də çatırsan.
***
İlaxır çərşəmbəsində qoorğa qooranda saj qızannan soora, elə bil ki, hər qız öz adına bir buğda seçir. Hərə öz buğdasın tanıyır. Atırsan həmin buğdaları qızmış saca. Kimin buğdası tez çırtdayırsa, birinci o qızın bəxdi açılır, ərə gedir.
***
Kəndimizin bayramları – Qurban bayramı da var, Orujdux bayramı da deürüh – Ramazan bayramı. Oları da yaxşı keçirdirüh. Amma ən geniş biz Nooruz bayramın… Bı bayramı bı rayonumızda bizim kənt kimi keçirdən olmur. Lap qədimnən ha… Biz gözümüzü açannan bəri bütün camahat – kənd əhli… Adətən də iyirmi bir – iyirmi ikisi dağa çıxıruğ. Mütlağ o günü hərə nə isə, bir şeyi də olsa, təzə geyinməlidü – uşağ-böyüg. Hamı çıxır dağa, orda yaxşı şənliylər eləyürüg. Muzıkantlar gətirürlər, kəndirbaz gəlür, aşuğlar gəlür, çalır, oynayur, halay vurullar. Kəndimizin oğlannarı durnadöydü deyillər, oyunu keçirdüllər. Özümüz tonqalın başında həkilməni deirüg, cavan qız-gəlin, halay vurub oynayuruğ. Həkilməni oyununda iki dəsdiyə ayrıluruğ. Qızdardan biri solo deyir, qalannarı da: altı qız – altısı bı tərəfdədi, altısı o tərəfdə, durub üz-üzə, belə əl-ələ vırıb (əllərini bir-birinə vurur) oynayıllar. Biri deyir:
Həkili məni.
O biri deyir: Cucə məni.
Əlimi pıçax kəsdicə.
Zop da ha,
Zər də ha,
Dəsdə pıçax kəsdicə.
Yağ gətirün, yağlayağ,
Dəsmal gətir bağlayağ.
O biri deyir: Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda.
Şirvan yolu buz bağlar,
Hər tərəfi gül bağlar.
O gülün birin üzəydim,
Saçlarıma düzəydim.
Qardaşımın toyunda
Kəklik kimi süzəydim.
Ay sarı qovun dilimi, dilimi,
Oğlan aparmaz gülümü, gülümi.
Sandığ üsdə gəzərəm,
Sandığa gül bəzərəm.
Ağır elin qızıyam,
Qəribliydə gəzərəm.
Çərşöyümi yel atdı,
Sancağ başıma batdı.
Simavərim dih durub,
At üsdə göyçəh durub.
Biri solosun deyir, o birilər hamısı deyir: hakışqa. Çox maraxlı oyundu.
Həyətimiz böyühdü, hakışqa,
İçi dolu söyütdü, hakışqa.
Qardaşa qurban olum, hakışqa,
Naçannihdən böyühdü, hakışqa.
Süt üzü qaymağ olar, hakışqa,
Boşqaba yaymağ olar, hakışqa.
Qoşulub qaçan qızın, hakışqa,
Gözdərin oymağ olar, hakışqa.
Deyir:
Dəsmal gətir, mən gəldim,
Aranı açın, mən gəldim.
Qızdar, qaçın, mən gəldim
– axırı da belə qutarır.
***
Yeniyetmə qızdar iki dəsdə olur, biri o üzdə, biri bu üzdə. Bı dəsdə o birinə deer ki:
Bəhri baba, huu…
Orda indi hansısa biri başçıdu o qızdarın, deer:
Huu.
Deer:
O qara qazan doldumu?
Deer:
Doldu da, boşaldı da.
Qız saçını yudumu?
Yudu da, daradı da.
Çobana çörəy getdimi?
Getdi də, qayıtdı da.
Qabalnan gələy, zurnaynan?
İndi dəsdə hansına razıdısa, ya zurna deyir, ya qabal, bıynan da oyun bitir. O qızın birin alıb çala-çala gətirillər.
***
Bir də “Bənöşə” oyunu çox oynanılırdı.
Deer:
Bənöşə,
Bəndə düşə.
Bizdən sizə kim düşə?
Adı gözəl, özü gözəl filankəs.
Hansı qızı isdəyirsənsə, adını çəkirsənsə, o qaça-qaça gəlir. Gəlir, hamı belə (yanındakı qızın əlindən tutur) əl-ələşə tutur. Gəlib o qız əlin vırıb əlü qırıb keçə bildisə, onda sənnən götürüb bırdan – bı dəsdədən birin aparır. Keçəmmiyəndə ilişib özü qalır. Da o yerdə qalannar da onu qınayıllar. Olar – çağıran tərəf hansı qız əfəldisə, zəyifdisə, onu deyillər. Amma ordan isdiyüllər ki, güjdü qız getsin da, əllərin yarıb keçə bilsin. Bunu Noruz bayramında oynayıllardı.
XALQ TƏBABƏTİ
Bal özü antiseptik maddədir. Necə ağır yara olsa, bal çəksən, sağalar. Bal həm də revmatizmin dərmanıdı. Bədəndə duzdamma gedən yerə – oynaxlara bal çəkip masaj eləyirsən, təmiz hopur ətə. Ət, elə bil ki, bərkiyir. Üsdünə selofan qoyup isdi şeynən bağlayırsan. İki saada o ağrı tamam yox olur.
***
Üzərrih dərman bitgisidi. Onun yumru toxumu olur. Onnan təziqi yuxarı olan adamlar gündə bir dənə atanda təziqi normallaşır.
***
Dağlarımızda yooşan bitir. Qəşəng ətri olur. Onu əvvəllər süpürgə kimi işdədiplər. İşdəmmiyən mitilin arasına, yun paltarın arasına ehdiyatnan qoyanda sus dəymir.
Onu qaynadıb qurt dərmanı kimi cücələrə verillər. Cücəən qurdun tökür. Bağırsağ infeksiyaların məhv edir. İrinni səpgilərdə, yaralarda da qaynadılmış yoşan suyunnan antiseptik maddə kimi isdifadə eləyillər.
***
Qaratikan kolunun çiçəyinnən arılar bal yığır. Qaratikan balı ən yaxşı bal hesab olunur, çox dərdə dərmandı. Kolun budaxların, yarpaxların qaynadıp dəri xəssəlihlərində: dəmro, adıyox deyirüh, gecəyanğısı kimi xəssəlihlərdə məlhəm kimi isdifadə edillər.
***
Vərəmumu yarım litr təmiz spirtə atıllar. Bir om beş gün qalır. Həll eliirsən çay qaşığıynan. Bronxlara, qadın xəssəlihlərinə, ağciyər xəssəlihlərinə xeyirdi. Noxut kimi yumruluyub, suynan həb kimi atmax da olar.
***
Qoz meyvəsi hələ yaşıl olanda, təzə əmələ gələndə ona kibrit çöpün batırırsan. Ona batırsa, onu zobu olan adam udur. Fındığdan azca böyüg olur. Bir ilə bir qoz udmax bəs eliyir.
***
Üzərriyi çox yığıp gətirirdik. Onun toxumlarınnan boyunbağı düzəldirdik. Onu qurudurduğ, öydən asırdıx. Xalqın dilinnən bı mahnını eşitmişəm üzərrih haxda:
Üzərrihsən, havasan,
Həzar dərdə davasan.
Hər yerdə sən olasan,
Qada-bala sovasan.
Üzərrih göz dəyməyə qoymur. Üzərryin tüsüsü gözdəyməni qaytarır, baş ağrısın sağaldır.
Üzərrih danə-danə,
Tökülsün hərzə canə.
Qohum ola, yad ola,
Gözü bı odda yana.
Bını oxuya-oxuya bəynən gəlinin başına fırrıyıllar. Evdə uşağın başına fırrıyıllar. Bı bizdə el adətidi. Nənəm həmişə deerdi ki, üzərriyi götürəndə mütləq dibinə nəzir qoymalısan. Bir kanfet də olsa, noğul da olsa, nəsə nəzir mütləq qoymalısan.
Soora qaratikan kolıynan bağlı bilirdim ki, onun yumru, qəribə bir qəpiyə oxşiyan çiçəhləri var. Çox yaxşı dərman bitgisidi. Qızılı-sarı çiçəhləri olur, yumru-yumru ortasında toxumları var, çox yumşağ olur. Onun çiçəhlərinin, toxumunun dəmləməsinnən nənəm ginikaloji xəsdəlihlərdə isdifadə eliyirdi. Xalq arasında sidih yanması deyilən xəssəlih var. Onun malicəsində çox köməy eliyir. Üzərriyin toxumunun, ya da yarpağının dəmləməsinin içilməsi çox effektlidi. Nənəm həmişə üzərriyin toxumun, bitgisin, şüyüdün toxumun, çobanyasdığıın – üçün bir yerdə dəmliyirdi. İçinə darçın da səpirdi. Onu içirdin, o dəyqə sidih yanğısın götürürdü. Bir də ki üzərriyin toxumun həvəhdəssədə döyürdü. İçinə toxum qədər pəsox qatırdı. Yiməhdən əvvəl bir çay qaşığı onnan yiyirdi. O çox acı olur. Ona görə şəkər tozu olmasa, içməy olmur. Nənəm onnan sidihqovucu kimi issifadə eliyirdi. Börəh daşını ovup tökür. Onun çox böyüh dərman effekti var. Güclü miqren ağrılarına xeyirdi.
Bağayarpağı möcüzəli bitgidi. Mədə xəssəliyinə xeirdi. Onu nənəm yığırdı, balona bir kilo bağayarpağı, bir kilo da şəkər tozu töküp qırx gün qarannıx yerdə saxlıyırdı. Qırx günnən soora açırdın, yaşıl məhlul olurdu o. Hər yiməhdən əvvəl onnan bir qaşıx yiseydin, mədənin bütün qızartısın, göynəməsin, mədə qıcqırmasın götürürdü. Bağayarpağın nənəm çibanın üssünə qoyurdu, o, çibanı deşirdi, infeksiyanı təmizziyirdı, tez sağalmağına köməh olurdu. Bağayarpağın qaynar suya salırdı, soora qoyup çibanın üssünə bağlıyırdı. Onu bir gün soora açırdın. Görürdün ki, çiban deşilip, çirki çıxıp.
Həmişə nənəm deerdi ki, rəzyənə gündə on qıram, mösümünə görə, yaşıl oldu – yaşılın, qurumuş oldu – qurumuşun, yiyəndə adam cavan qalar, tez qocalmaz. Yazda, yayda bitkisin, qışda, payızda toxumunu. Nənəm rəzyənədən aş dəmliyirdi, ona boyana aşı da deellər. Çox gözəl ətirri aşı olur. Onun bitgisinin zog yeri də çox dadı olur. Biz uşax vaxdı həmişə onun zoğun yığıp yiyərdih. Rəzyənə öz də çoxillih bitgidi, onu hər il səpbirsən. Öz-özunə hər il yazda çıxır. Amma onu da kimsə öy yiyəsindən gizzin yığıp aparsa, kötüyünnən çıxardıp apasa, o həmin qapıdan itir. Nə qədər olur-olsun, quruyup gedir. Rəzyənə öskürəyə, soyuxlamıya xeirdi. Soora gözə, dellər, xeyri var. Bir xalq deyiminə görə, ilan gedip rəzyənə kötüyünə gözün sürtər, soora onun gözü açılar. Bilirəm ki, həzmi qüvvətdəndirir, mədə ağrısın götürür, köpü götürür, bədənə issilih verir. Boyana bitgisinə çox oxşıyır. Boyana dərələrdə, kol diblərində bitir. Rəzyənəni ədviyat kimi də issifadə edirih. Şorqağalı bişiririh – ona, çörəh bişiririh – ona vururux.
Kəhliyotu Göyçayda daha çox Qaraməryəm, Qarayazı, Yekəxana kətdərində bitir. Onu bizdə çox sevillər, çox da issifadə eliyillər. Kəhliyotu çox yerdə bitir. Kəlbəcər kəhliyotu var, Lənkəran kəhliyotu var, Gədəbəy kəhliyotu var. Amma Göyçayın o kətdərində bitən kəhliyotu hamısınnan fərqənir. Bəzisindən yoşan iyi gəlir, bizzərdə o iy gələnnərə ətotu deellər, onnan bizzərdə əti bassırma eliyəndə issifadə eliyillər – kabab bişirəndə. Hacıkənd tərəfdə bitənnərdən nanə, yarpız iyinə oxşar qarışıx iy gəlir. Göyçayda bitən kəhliyotunun gözəl ətri var, fərqli bir ətridi – çiçəy ətrinə oxşuyur. Çox gözəl dəmləməsi var. Biz onun çiçəhlərin yığırdıx, bitkinin yarpaxların, gövdəsin yığıp qurudup, çay kimi dəmliyip içirdih. Nənəm onun dəmləməsinnən təzih salmax üçün issifadə eliyirdi. Həzim sissemini normallaşdırır, bağırsaxda olan narahatçılıxları götürür.
Bizzə çöl bitgilərinnən çox issifadə olunur. Quşəppəyi, əməhköməci, cincilim, yemlik, şomu. Bılardan həm də göy qutabında issifadə eliyirih.
Boyaxdan yumırta boyamada, iplih boyamada issifadə eliyirih. Xalça toxumax üçün iplih boyıyırdı. Gözəl sumağı rəng alınırdı. Mən boyax bitgisinnən börəh daşının malicəsində isdifadə edirəm. Onu üş günnən çox işmək olmaz. Aşılayıcı xassəyə malihdi. Çox yühsəh qan təziqin aşağı salır. Börəhçün içəndə ona qənd qatıp, kampot kimi eliyip işmək lazımdı. Onun dəmləməsi çox qırmızı rəngdə olur. Dadı da acı olur.
Dazıotu bitgisinin dəmləməsində də börəh daşı xəssəliyində issifadə edillər.
***
Kəvərdən bel ağrılarında issifadə eliyirdilər. Onun kötüyünü yığıllar. Onun kötüyü çox bərk olur. Onu dəyirmanda üyüdürdülər, məhlul halına salıp belin ağrıyan yerinə qoyurdular. O çox issilih verir və çox yandırıcıdı.
***
Tut ağacını – şah tut da deyillər, adətən, yol qırağında əkiplər ki, ehsannıxdı. Kim yisə, əkənə savabı çatır. Həm möhkəm, həm də uzunömürlü ağaşdı. Onnan beşik, saz düzəldiplər. Tutun çox növləri var: şah tut, qara tut, qonur tut, tehranı. Şah tutdan bəhməz hazırrıyıllar, mürəbbə bişirillər. Tut bəhməzi min bir dərdin dərmanıdı: qanazlığında, qaraciyər ağrıyanda, soyuxdəymədə, sinə ağrılarında, bəlğəmnən yaxa qutarmaxda misli yoxdu. Yarpağı da ipəhqurdunun yemidi.
***
Deellər ki, zob xəssəliinə tutulan adamın boğazındakı zobu əritməy üçün diri qurbağaan tutup oun boğazına bağliyıllar. Bıın bir neçə dəfə, bir neçə gün eliillər. Onda oun zobu əriyir.
Zob xəssəliyi olan adama qozu sındırıllar, içiin o pərdəsi ki var, onu spirtdə saxliillar, qarannıx yerdə bir həfdə. Onnan soora onu damcı-damcı suya qatıp qəbul eliillər. Soora get-gedə o damcıın miqdarın artırıllar.
Deellər ki, çibanı sağaltmağ üçün üssünə bağayarpağı qoyallar.
Kələm yarpağını da pörtdədip çibanın üssünə qoyullar. Onda yara tez deşilir.
Soğan bişirip qoyullar çibanın üssünə. Soğanı necə bişirillər? Dəmirin üssündə. O üz-bu üzə çevirə-çevirə kabap kimi bişirillər. Soyup, içiin özək hissəsin qoyullar yaraan üssünə.
Angina olanda cır narı dəmirin üssündə o üz-bu üzə çöörüb bişirillər. Onnan soora oon için açıp parçaan arasına yayıp issi-issi boğaza bağlillar.
Mədəsi xəssə olan adamlara bağayarpağı çiynəməh, ya da ki dəmliib içməh xeyirdi.
Göz ağrıyanda çayın xəkəsin tökup cunaan arasına, gözün üssünə qoyullar.
Təyziqi olan xəssələrə heyva çubuğu dəmliib içirdillər.
Məxmərəh səpən adamı miras qızılın suyunda çimizzirəllər.
***
Nanəni elə-belə əkirsən, bitmir. Gərəy oğurruyıb əkəsən, onda bitir. Kimnən ki oğurramısan, onun əkininnən nanə itir, köçüp gedir. Yerində qalmağ üçün onda gərəh yerinə nəsə nəzir qoyasan. Nanənin yaşı da, qurusu da çox işdənir. Malicəvi bitgidi. Dəmləməsi soyuxdəyməni götürür, əsəbi sakitləşdirir. Çiçəy açmamışdan əvvəl biçirih, təmizziyip kölgə yerdə qurudurux, gündə olmaz. Rəngi, ətri üssündə qalır.
***
Uşağın qızdırması olanda itburnu dəmliyip çay kimi verirsən, o salır. Soora üzüm sirkəsiynən əyaxların, qolun, əlləriin için, alnın oxalıyırsan. O saat düşür qızdırması.
Uşağın soyuxdəyməsi olanda, ösgürəndə keçi piyiynən oxaliyırsan, əyaxların vanna eliirsən isdi suynan, keçip gedir. Keçi piyinnən bir qırığ atırsan qaynar sütün içinə, qatışdırıp verirsən, içir, sinəsi yumşalır.
Keçi piyin belə hazırriyıllar: keçi kəsiləndə iç piyin götürüb əridirsən. Tökürsən bir qaba, donur. İçinə qalın sap da qoyursan asmağ üçün. Soyuducuda da saxlamağ olur.
Qarğıdalı saçağın böyrəy ağrıyanda dəmliib içillər.
Kəhliyotu qanı duruldur.
Nanəcöhəri çox yaxşı təyziq salır, nəfəsi genişləndirir.
Vəndamnan yığıp gətirmişəm qatırquyruğu, dazıotu, dağ nanəsi. Üçün bir yerdə dəmliyib içirsən, soyuxdəymiyə, mədə-bağırsağa, sinir sisteminə çox yaxşı təsir edir.
***
Nar qanı duruldur, təzələyir.
Şirin nar zehni arturur. Şirin narın qabığın qaynadub içizdürüllər. Qarınağrısı, sancı, qurtlar – bıların hamısına bının xeyiri var.
Nardan narşərab eləyürüg. Balığnan, kababnan yeyilir. Ərişdəni narşərabnan yeyirüg. Nardan şirə hazırrayuruğ.
Nardança bişirirüg, onu sütdü aşnan yeyillər.
Narın qabığınnan boyax kimi isdifadə olunur. Sapları boyamağçün gözəl rəng alınır.
Cır narı döyürüg, az pörtürüg. Qabuğlu əzilir. Parçanın üsdünə sərib angina olanda boğazı kompres eliyəndə çox gözəl effekt verir.
Nar həm də qızdırmanı salmağ üçün çox əlverişlidi. Bir kasa nar suyu sıxırsan. Üsdünə az – yarım isgan isdi qaynanmış su, bir çay qaşığı da pəsox… Qarışdurub qızdırmalı uşağa, böyüyə verirsən, qızdırmanı kəsir.
Qripin qarşısın almağ üçün narın suyuna xırda soğanı soyub tökürüg. Üsdünə də duz atıruğ. Bir müddət qalır, dəyir. Qripi qaytarır, bədənin immunitetin artırır.
***
Bizdə kəvər deellər o, bitir arx döşündə, kanal qırağında. Onun düyməsi də olur. Çiçəy aşmamış onu tutma eliirsən. Körpə zoğların da tutma eliirsən. Amma yerdə qalıp qalınnaşır. Kötüyü qalınnaşır. Dört-beş santı olanda qazıp çıxardırsan. Təmiz yuursan. Soora o kötüyün üssüün qabığın çıxardırsan. O qabığı xırdalıyırsan, tökürsən ət maşınına. Çəkip qutarannan soorasına tökürsən cunaan arasına, bağlama kimi düzəldirsən, qoyursan o ağrıyan yerə, xəssə yerə. Onnan soora üssünnən ağ salırsan. Kilyonka salırsan üssünnən ki, havası çıxmasın. Beş dəyqadan on dəyqiya qədər saxliirsan. Yandırır, açırsan. Oynağ ağrısına, padaqrıya, yelə, duza dərmandı.
***
Qoz yetişdi, onun arasındakı arakəsmə pərdəsin yığırsan, bir əz xırdaliirsan ki, putulkıya girsin. Yığırsan putulkıya, üssünə spirt tökürsən, bir on gün – igirmi gün qalır. Onnan soora gördün ki, uje çay irəhdədi, deməli, dərman hazırdı. Soyuxdəymədə issifadə eliirsən. Ağrıyan yerə sürtürsən. Bırnın tutulanda pambığa töküb iyniirsən, burnua çəkirsən. Əməlli xeyir eliir.
ARIÇILIQ VƏ TƏBABƏT
Arının yeşiyinin ağzında palçığa oxşayan sarı, qara rəngdə vərəmum olur. Arının vərəmumu mədə, bağırsağ yarasın sağaldır.
Bir yeşiydə bir dənə ana olur. O arıın ana südi hər bir dərdə dərmandı. Beçə verəndə su atırsan, qalxır. Yumurta qoyur, çoxalır, ana yuvası qoyullar içəridə. Ana iki dənə çıxır. Bir ailə ayrılır. Qutuda bir dənə ailə olmalıdı. İki olanda o götürür öz başına yığılannarı, çıxır. O da qonur ağaca. Oun suynan qəyşərin alırsan. Suyu tökürsən arxasıycan göyə qalxanda. Oynan yenir aşağa. Onda əl çalırsan, qab çalırsan, o səsə enir. Düşür ağaca. Arıotu qoyulur.
Arıotu həyətdə bitir. Gözəl ətri var. Arı həmin otun iyinə topalaşır. Dikqət eləməsən, beçə uçup gedər. Çox yuxarı qalxanda onu heş cürə saxlamağ olmur. Yeşigdə əvvəlcə ana yuvası olur, iyrim bir günə o ana çıxır. Qabaxcadan üsdündə ana yuvası olan ramkanı götürüp başqa yeşiyə qoyursan. Onda uçub getmir. Ana öz yuvasında çıxır. Elə arı olur ki, bir ramkıya beş dənə, altı dənə ana yuvası qoyur. Neçə ana varsa, o qədər yerə ayıra bilərsən. Hər yeşihdə bi dənə şah olmalıdı, artuğ ola bilməz. O ki beçə verəndə topeynan gedip qonur ağaca, onu əlünnən tutub götürüsən, qətiyyən adamı vırmır. Ona görə ki, çilədannarı balnan doludu. Öz urzusun götürüp çıxır o. Götürdüyü ehdiyat balnan səkgiz gün qidalana bilər.
Devlət qanununnan, hərbi qanununnan da dəqiq arının qanunudu. Bir yeşig arının hamısını bir şah idarə eliyir. Yeşikdəki bütün arılar onu necə qoorıyır… O şahı özdəri qidalandırır, pəhəpəhnən gəzdirillər ramkaların üssündə. Bir yeşiyin arısı başqasına girməz. Yağış yağanda arılar uçmur, beçə vermir.
***
Təmiz bala kibrit vırırsan, yammır, əriyip su kimi olur. Pesoklu bal yanıp qapqara qaralır. Kimyəvi karandaşı batırırsan bala, xalis baldısa, onda izi qalmır. Yox, qatışığı varsa, onda bala rəng çıxır.
***
Arı isdi mürəbbiyə, şirniyata yaxın gəlmir. Əgər mürəbbə teşdinə arı darışıpsa, oun üsdünə bir sırfa atırsan. Hamısı qalxıp o sırfıya çıxacax. O, sırfıya çıxdıxcan sırfanı silkəliyirsən. Qabdan arı tamam təmzdənincən belə eliirsən. Oynan da nə arı tələf olur, nə də mürəpbə.
***
Arı deep ki, vurduğım ölsün, gətirdiyim qızıl olsun. Kimi vuracamsa, o adam ölməlidi. Allah-taala deyip, yox.
Allah-taala deer, xeyr. Səən gətirdiyün bal olsun, vıranda özün öləsən.
İndi bal arısı kimi vırdısa, özü ölməlidi. Neşdəri qalır vırdığı adamda, özü neşdərsiz yaşıya bilmir.
***
Arı niyə ölüp tökülür yeşiyin qabağına? O ola bilər ki, zəhərrənip. Zəhərə düşüp o arı. Elə bil ki, meyvə ağajdarına dərman vırıllar. Onnan gedir gül gətirəndə, şirə çəkəndə zəhərrənir. Arı gəlir bir təəri çatır. Yeşiyin qabağında yıxılıp ölür. Onu nədən bilməy olar ki, zəhərrənib ölüp, ya başqa səbəbdən? Arxa tərəfin belə sıxanda qaraqançır çıxırsa quyrux tərəfinnən, bil ki, bı zəhərrənip. Adi arını tut sıx, ağapbax çıxır.
Yeşiyin qabağına gəlib arı düşür. Görürsən ki, gedə bilmir. Baxırsan, qanadı qırığdısa, deməli, o arıda bit var. Bit birinci onun qanatdarın yiir. Onnan da arı inkişafdan qalır. Uça bilmir da.
Elə bil arıçının çoxlu arısı var, ya qonşiynan yanaşıdı. Çıxır düşür ağaca – beçə verir. Bilməy issir, hansı yeşiydəndi. Əvvəlcədən ana yeri qoyan yeşiyi aydınnaşdırırsan. Bilirsən ki, bı yeşik beçə verəcək. Onun qabağına quru un tökürsən, arı beçə verip gedəndə görürsən ki, həmin arılar una bulaşıp qurağlıx havada. Oynan bilirsən ki, bı yeşihdən çıxıp.
Tutax ki, yüz yeşig arım var. Mən üş günnən bir bı arıları bir-bir yoxliiram. Baxıram ki, analığı var. Beçə çıxdı. Biilki analığların hamısın kəsirəm, ləğv eliirəm. Qoymuram ramkada qala. O birsi ili baxıram ki, təzə analıx qoyup bı arı. Ana çıxanda, birincisi, görürsən ki, qabax tərəfdə qaraltı əmələ gəlir yeşihdə. Lap yüz dənə yeşiyin içinnən biri çıxanda o arının qabax tərəfində arı topalanır. Bilirsən ki, onnan çıxıp. Qalxızanda da baxırsan ki, analığın ağzı açılıp, bilirsən ki, bunnan çıxıp.
Arı beçə verəndə dəmir qab çalırsan. O səsə arı düşür, uçup getmır. Ən yaxşısı odu ki, görürsən ki, arı qalxır, qabağınnan su atan kimi tökülür. Arı yağışdan qorxur. Yağışda işə çıxa bilmir.
Analıx yeri olan ramkanı qabaxcadan başqa yeşiyə qoyursan yarı arıynan. Amma anaan da o birsi yeşihdə saxliirsan. Özzəri o anaan çıxardacax. İşdiyəcəh. Day beçiyə qalxmiyacax.
***
Allah-taala beşinci yaratdığı şey bal arısıdı. Deer, mən bını ona görə yaratdım ki, məəm yaratduğlarıma bı gedəcəh çiçəhlərdən qətrə-qətrə topliyıp gətirəcəh, oların min bir dərdinə əlac olacax.
Deer, əgər yer üzündə bal arısı məhv olarsa, beş ilə bəşəriyət məhv olar.
Arı ən çox akasiya ağacınnan bal toplıya bilir. Bı ağacın həm çiçəyi çox olur, həm də çiçəhləmə müddəti.
Ən yaxşı bal qaratikan balıdı.
Cavan fəal ana arı bir gündə iki-üç min yumurta qoya bilir.
Ana arı yumurtadan on səkkiz günə çıxır. Adi arılar isə iyirmi iki-iyirmi dört günə çıxır.
Erkəy arı bal vermir. Olar həm tozdanma aparır, həmi də yaxşı su daşıyır. Olar su işinə baxır. Arıda şireynən su yarıbayarı olur.
Arı halallığı sevir. Arı murdar, halal olmuyan şeyləri qəbul eləmir. Arı özü təbii balnan qidalansa, bir çox xəsdəlihdən xilas olmuş olur.
Pesoknan qidalanan arının qırılmax, tələf olmax ehdimalı çoxdu. Amma təbii balnan qidalanan arı, elə bil ki, vaksinnənir, sığortalanır xəsdəlihdən.
Bir siçanı öldürüb at yeşiyinə, mındar bir şey at içəri. Gücü çatırsa, onu dartıp atır çölə. Gücü çatmırsa, onu bax helə (əli ilə bükmək tərzini göstərir) mumnan bükür. Day issir o, orda nə qədər qalsa da, onun iyi, mindarı keçmir. Onnan soora işə başdiyır.
***
Ayı meşədə balın yerini öyrəmməyçün arını tutur, ocunda fırrayır, atır. Arı uçup bal yığdığı yerə gedir. Ayı da balı tapır, yeyir.
YERLİ MƏTBƏX
Qatma əməköməci bitgisinnən hazırranır. Əməköməciin malıcəvi xüsusiyəti çoxdu. Sinəsi tutulan, soyuxdəyməli adama qatma bişürürüg. Əməköməciin pörtdədürüg, narşərabnan, ya qatuğnan yeyirüg. Suyun da içirdürüg ki, sinənin açılmağuna çox köməy eləyir.
Qazanda bir əz su qoyuruğ. Qaynıyanda yerri düyü atıruğ içinə. Duz aturuğ. Bir də ki paxla lobyası. Soora əməköməciin də yuyub, doğrayıb tökürüg onun içinə. Ona soora çeşmə vururux. Çeşmə də unnan suyun horrasıdu. Çalıb tökürüg oun içinə. Bı bişəndə onu kimisi narşərabnan, kimisi qatuğnan içir. Çörəhsiz yeyilən bir yeməydü. Qəlyanaltı kimi.
***
Ərişdəən də bişirməyçün yuxaan yayıruğ. Onu reyka kimi büküp soorasına nazüg-nazüg kəsirüg. Urfalayuruğ, çırpıruğ. Tellənir o. Yağ-soğan eləyirüg. Tökürüg qaynıyan suya. Aş lobyası pörtdədirüg. Bir də ki cır alçanın qurumuşu – turşu tökürüg. Bılar bişənnən soora axırda həmin tellənmiş ərişdəni tökürüg onun içinə. Zəfəran vururug, nanə qurusu səpirig üzünə. Ya qoraynan, ya narşərabnan içirüg. Soyuxdəyməyə dərmandu.
***
Tutmac da qəlyanaltı yeməydi. Su qaynayanda paxla lobyasın pörtdədip ona qatırsan. Duz atırsan. Adicə xəmir yoğurub bir az qəlinhal yuxa açırsan. Oxleynən firrayırsan o qaynıyan suya. Onnan soora o yuxanı da hissə-hissə o suya salırsan-çıxardırsan, salırsan-çıxardırsan. Parçalanır, yanı bir ölçüdə olmur: irisi də olur, balacası da olur. Bişir. Sarımsağlu ayrannan içilir.
***
Qara umac. Su qoyursan. Soğanı yağnan qorursan, tökürsən onun içinə. Soora una su çiləyirsən. Əlində umac ovursan. Xəlbirdən keçirdirsən. Ələyirsən. Tökürüg qaynıyan qazana. Üsdünə quru nanə ovurux. Abqoraynan yeyirüg. Varsa, nar sıxıruğ. Soyuxdəyməən dərmanıdu. Adamı yaxşı tərrədür, yumşaldur.
***
Boranılı umac. Sütü qaynadırsan. Yarıbayarı su qatırsan. İçinə yumru düyü tökürsən. O da bişir. Boranını da kubik kimi doğrayıb tökürüg onun içinə. Bir az da pəsox, bir çimdih duz əlavə eləyirsən. Soora umac ovursan az miqdarda. Tökürsən içinə. Yaxşı səhər yeməyidi. Sinəni yumşaldır.
***
Əvəlihli umac. Sütə bir o qədər də su qatıp qaynadırsan. Yumru düyü tökürsən. Soora saç formasında hörülmüş quru əvəliyi oxalayırsan onun içinə. Axırda da umac tökürsən.
***
Süzmə xingəl. Xəmiri bir əz bərk yoğurup yayıruğ. Xəmirə bir dənə də yumurta vururuğ gözün tutmağ üçün, yarpağlar yapışmamağdan ötəri. Xingəlin kəsilmişinə yarpağ deyirüg. Qazın üsdünə atıruğ, bir üzü azca təpiyir. Soora sərirüg. Soora doğrayırux. Adi su qoyursan: duzdu, sudu, qaynayır. İçinə azca yağ atıruğ ki, yapışmasun. Qaynayur, ağarur, pörtdənür. Soora tökürüg çilosüzənə. Suyu süzülür. Siniyə töküb, üsdünə bol yağ əlavə eləyirüg. Pendir ovurux. Sarımsağ-qatığ eləyirüg. İsdiyən soğannan, sarıköknən çolpa qourur onun yanına.
***
Tərək. Nişasdadan bişir. Nişasdanı suynan həll eləyirsən. Tökürsən yağa. O elə bil tərhalvanın oxşarıdı. Tərhalvadan boş olur, rəngi ağ olur.
***
Qındı. Bəzi yerrərdə bına hayhay da deyillər. Sütə azca pesok da atırsan, bir çimdih duz da atırsan. Un da qatıp həll eləyirsən soyux-soyux. Soora bulaya-bulaya qoyursan odun üsdünə. Qatılaşır, özün tutur. Qaynamağ isdiyəndə yağ da atırsan. Zəif odda, ağzını örtürsən. Qazmax da tutur.
***
Səməni halvası – qara halva. Buğdanı təmizdəyürüg, artdayuruğ, yuyuruğ. Soora salavat çəkirüg, surfa duası oxuyuruğ, onnan soora təmiz bir qabda onu isdaduruğ. O su iylənməməlidü. İsdanannan soora süzürüg. Gətirib ilığ yerə qoyuruğ, üsdünə nəm əsgi sərürüg. Gündəliy də baxuruğ ona. Görəndə ki azca ağarır, elə bil ki, ucu saralıb yaşıllaşmağ isdiyəndə onda onun vaxdudu. Onu qəşəng biz döürüg, cunayıdan yaxşı süzürüg, o olur kraxmal, süd rəng məhlul. Onnan xəmir yoğururuğ. Özü də şirin olur. O xəmirin özün yoğurannan soora onnan bir qədər saxlayuruğ – suyunnan: bir-iki isgan, üç isgan. Bişirdüyüə baxır. Həmin o suyu tökürüg tavıya, isinəndə həmin bı yoğurduğumuz xəmiri də qoyuruğ onun içinə. Başdayuruğ yaxşı-yaxşı qarışdurmağa. Qarışdırursan, qarışdırursan, bişir.
O bişəndə oun içinə yağ tökürüg, ona az pəsox vururuğ, çoxlu-çoxlu qarışdırırux, tam o bişip qızarıp qaralana qədər. Ona biz səməni halvası demirüh, qara halva deürüh – rəngi qara olduğuna görə, o ağ məhlul olur qapqara. Onnan soora ona qoz, fındığ əzürüg, pəsoğa qaturuğ. Azca sarıkök vıruruğ həmin o hazırradığımıza. Soora əlimizi yağa vurub onnan yumrulayuruğ top-top. Həmin o əzilmiş qoz-fındığa bulayıb siniyə düzürüg. İsdiir o bir ay qalsun, nə ətrini, nə dadunu itirmir. Rəzyənə vuurruğ, zəncəfil vuurruğ ona həll olana yaxun. Çox xeyirri, həm də qüvvətdidi.
***
Əvəlih bitgisinnən soyuxdəymədə issifadə edilir. Onnan əvəlih çilov bişirillər. Əvəliyi əvvəl yaşıl vaxdı saç kimi hörüp qurudullar. Onnan çilov bişirəndə əvvəl yağ-soğan eliyillər, soora onun üssünə əvəliyi ovup töküllər. Soora üssünə düyü töküllər və düyünün üssünə çıxana qədər su töküllər və qoyullar bişməyə. Əvəlihli çilov süzülmür, onu horraca kimi bişirillər. Düyü bişir, onnan soora onu dəmə qoyullar. Əvəlihdən umac bişirillər. Yağ-soğan bişirilmiş qabda suyu qaynadıllar, onun içinə halva unu kimi ovulmuş unu suyu qarışdıra-qarışdıra töküllər. Elə sürətnən qarışdırıllar ki, un düyürrənmir. Soora içinə əvəlih ovup töküllər.
***
Soora bizzə bişirillər nişasda halvası. Çox daddı bir nemətdi. Nənəm bığdanı yuyurdu, soora issadırdı.Tez-tez də suyunu dəyişirdi. Bığdanı o qədər issaxda saxlıyırdı ki, bığda yumşalırdı, şişirdi. Əllə bığda dənəsin sıxanda içinnən ağ süd kimi sü çıxırdı. Soora nənəm onu tökürdü iri bir mis aşsüzənə. Soora iri bir qaşığnan bığdanı aşsüzəndə döyürdü. Onun sütü çıxıp aşsüzənnən süzülürdü ayrı qaba.
İndi də biz eliyirik onu. Amma indi onu əllə olan ət maşınında çəkirik. Soora onu su ilə qarışdırırıq. Bığdanın sütü keçir suya. Soora o, ələhdən süzülür. O süt qalırdı suda. Soora onu qoyurdular, nişasda çökürdü suyun dibinə. Soora onun suyunu süzürdülər. Onu o qədər süzürdülər ki, qabda ancax qatı nişasda qalırdı. Soora onu al günün altına qoyullar. O quruyur, cadarranır. Onun içində bir qram da olsun su qalmırdı. Soora onu qabın dibinnən yığıp döyüllər. O qədər döyüllər ki, o, un halına gəlir. Soora onu ələhdən əliyillər. Onu o qədər dikqətnən eləməh lazımdı ki, o bığda suda qalıp iylənməsin, o iy nişasdıya keçməsin. Soora onu parça torbalara yığıllar ki, içində, az da olsa, nəmlik qalıpsa, o torbada qurusun.
***
Nənəm bı unnan – nişasdadan iki cür yavannıx bişirirdi. O nişasdadan çalırdı suya, bir az qatı olurdu. Ona bir qədər də bəhməz qatırdı. O, soora bir tavıya yağ töküp onu dağ eliyirdi və onu tokürdü tavıya, ağzın örtürdü. Soora yağ qusana qədər, yəni yağ pıçır-pıçır qaynıya qədər qaynadırdı. Nəticədə tünd şakalat rəngli halva kimi yemək alınırdı. Soora onu çörəhnən yiyirdik. Nənəm bına tərhalva da deerdi.
***
Bir də həmin nişassadan sucux bişirillər. Nişassanı suya çalılar, horra şəklinə gətirillər. İçinə şəkər tozu, sarıkök töküp qarışdırıllar. Onu da ocaxda qaynadıllar. Xəşil kimi, bir az da qatı bir şirniyyat alınır. Onu da boşqablara iki-üş santimetr qalınnıxda yayıllar. Üzünə ovulmuş xırda qoz səpilir. Soora onu soyumağa qoyullar. Soyuduxdan soora onu paxlava formasinda kəsib süfrəyə verillər. Bı bizim rayonda daha çox yas mərasimlərində, bir də oruşdux bayramında bişirilir.
***
Soora bizdə qara bayramda, yas mərasimlərində firni bişirillər. Firnini əvvəllər bişirməh üçün düyünü dingə deyilən alətnən döyürdülər. Deməli, dingə iri həvəhdəssəni xatırradırdı. Bir vedrədən çox düyü tuturdu. Deməli, düyünü tokürdülər dərin o dingənin öz qabına. Soora bir tərəfinnən də onun dəssəyini arvatdar qaldırıp bıraxırdılar. O dəssəh çox ağır bir misdən idi. Onu o qədər döyürdülər ki, o, un halına gəlirdi. Soora onu əlyirdilər. Ələhdən keçən narın hissəsinnən sütə qarışdırıp bişirirdilər. Soora onu boşqablara yayııb, üssünü də darçınla bəziyillər.
***
Düyü ununnan halva bişirillər. Düyü ununu ovurlar, soora az yağda qoorullar. Sapsarı olur. Ona şərbət qatıllar. Halva qıçalarınnan da bir az böyüh qıçalar doğranır və süfrəyə verilir.
***
Soora onnan quymax da bişirillər. Suya düyü unu töküllər, qarışdırıp horra halına salıllar. İçinə rəzyənə, sarıkök, hil, darçın qatıp, dağ yağa töküp qarışdırıllar. Xəmir alınır. Soora onun üzün hamarrıyıp qızarmağa qoyullar. Hər iki tərəfini qızardıllar. Onun hər tərəfi qazmax olur, amma içi qatı horra şəkilində olur. Onu qazmax dağılmağa qoymur. Ona bal, ya da bəhməz töküp issi halda yeyillər.
***
Yannamanın xəmrin acıtmeynan yoğurullar. Nazig olur. Yuxadan qalın olur, adi çörəhdən nazig.
Acıtmada da nənəm malın qursağın suda issadırdı, içinə mis atırdı. Soora o sudan xəmir yoğururdu. O xəmir gələnnən soora həmin xəmirdən bir kündə götürüp bankada saxlıyırdı gələn dəfə xəmir yoğurana. Götürdüyü xəmirə də valatı deerdilər. Hər dəfə qursax eləmirdilər. O balatını aylarla elə issifadə eliyirdilər.
Bir də arpa cadı olurdu. O da, nənəm deerdi ki, arpanın kirşədə çəkilmiş daha narın hissəsinnən xəmir yoğurup, çörəh bişirirdih. O çörəh cadar-cadar gedirdi. O, hamar çörəh olmurdu. Adamın ağzın dalıyırdı.
***
Ayrıca Göyçaya məxsus yeməklər: lobya turşusu, nar qoorma, höüc – şirin nar qoorma, kələm siyığı – üssünə də nar sıxırsan, ciladar, göy dolması.
***
Nardançanı belə bişirillər: yetişmiş narı giləliirsən, yuursan, üssünə pesox səpirsən, azcana su tökürsən, qoyursan bişməyə. Bir az bişir, mürəbbə kimi, qatılaşanda hazır olur. Nardançanı, adətən, döşəməli aşnan, sütdü aşnan yiillər.
***
Narşərab. Yetişmiş nar gilələnir. Təmiz yuyulur. Qazana töküp, üssünə azca su əlvə eliirsən. Vam odda gilələr yumşalanadək bişirilir, suyu çıxır. Pörtdənmiş gilələr aşsüzənə tökülür. Gilələrin yumşax hissəsi aşsüzənnən keçir alta, tumları qalır aşsüzəndə. Onnan soora qoyursan qaynamağa, xeyli qaynıyır, tamam qatılaşır, canında su qalmır. Oddan götürənə yaxın duz tökürsən.
İsdi-isdi yuyulub qurudulmuş bankalara yığırsan, ağzını kip bağlıyırsan. Ona görə isdi-isdi yığırsan ki, isdi olanda arada boşdux qalmır, qıcqırmıya şərayit olmur. Adətən, balıxnan yiyilir. Fal-fal doğranmış soğana azacıq duz, bir də narşərap vurulur. Göyçayda qışda çox vaxd ət xörəhlərinin yanında salat kimi süfriyə verilir.
***
Fəsəlini belə bişirillər: əvvəlcə nazih yuxalar yayılır. Xəmir yoğrulanda mütləq ona yumurta qatılır. Çünki yumurta qatılmış xəmir yayılanda cırılmır. Soora onu sərəndə yuxa yaxşı dartılır, lap nazilir. Soora üssünə bir yuxa yayılıb sərilir, yağ çəkilir, yuxa sərilir, yağ çəkilir. Beləcə, yuxalar üsd-üsdə qoyulur, yağlanır. Adətən, yeddi və ya dokquz yuxa yayılır. Soora olar dilimlənir, bükülür – şorçörəyindəki (şorqoğalı) kimi. Bükülənnən soora içinə heç nə qoyulmadan nazik yayılır. Təxminən iki santimetrdən də nazik kökələr yayılır. Tavada yağ içində o üz-bu üz qızardılır. Qızarmış kökənı tavadan götürənnən soora üssünə şəkər tozu səpilir. Bizim kətdə – Mırtıda nişannı qızzara xonça gedəndə mütləq fəsəli olmalıydı. Fəsəlinin şorqoğalınnan fərqi ondadı ki, fəsəli tavada yağın içində qızardılır, içinə də heç nə qoyulmur. Amma şorqoğalına isə xüsusi içlik hazırranır, içinə doldurulur. Qoğal sobada bişirilir. Fəsəlini vaxdilə sacda da bişiriplər.
***
Kəvər tutması. Kəvərin körpə zoğları yığılır. Əvvəlcə onu adi şit suda saxliyırsan. Üş dəfə suyun dəyişirsən – gündə bir dəfə. Acı suyu çıxır. Axırda duzdu su tökürsən üsdünə, sirkə, sarımsax. Onnan soora ağzı möhgəm bağlanır. Kəvərin açılmamış gülünnən – düyməsinnən də tutma olur. Onu yığıp ayrıca tutullar elə həmin üsulnan. Onu ən çox sütdü aşnan yiillər.
***
Bəhməz düzəltmək. Demək, kub yarım tutan üzüm çəni düzəldirdih ağaşdan, qarğıdan. Ağaşdar bir-birinə calanırdı, kvadrat olurdı. Alt tərəfinə bir üzü üssə qarğı döşənirdi. Soora tərsinə çöörüb o biri üzü üssə döşənirdi. Olurdı alt-üsd. Soora üzümü yığıllardı. Gətirip töküllərdi həmən çənə. İki nəfər kişi – bayavoy adamlardan – əyaxların yuullardı təmiz, dəssamaz alıllardı, namaz qılıllardı, keçillərdi oon içinə. Başdillardı oon tafdamağa. Tafdadıxcan – üzüm də yığılıp da bir yarım ton, qarğıın arası var axı, o qarğıdan su tökülürdü aşağı. Aşağıda da qab qoyuplar, o qabın içinə. Qutarannan soorasına oon cecəyini, tumını yığıllardı içəridən, aparıp töküllərdi həyətdə bir tərəfə. O cecəyin içində tumları toyuxlar dənniyirdi.
Onnan soora üzümün suyun götürüllərdi. Töküllərdi dərin qazannara. Dağdan bəhməz torpağı gətirillərdi. O torpağı da gətirip töküllərdi içinə. Bəhməz torpağı üzümün turşduğunu götürür. O torpağ olmasa, o bəhməz o dərəcədə şirin olmaz. Axşamnan töküllərdi suyun içinə. Səər-səər durullardı. Yavaçca qabı qaldırıllardı, başqa qaba süzüllərdi. Bırda qalırdı lehməsi. Gənə də suyu çıxırdı, süzüllərdi. Yoxdu ki, daay təmiz suyu? Onnan soora, tiyannar vardı, ocağı qalıyıllardı, tiyannar düzüllərdi, o suyu töküllərdi ora.
Qaynadıxcan qatılaşırdı. Onda hazırdı, deməli, ojaxdan götürüllərdi. Bəzi vaxdı qabın dibində bir əz saxlıyıllardı. Qozu ləpəliyip töküllərdi içinə. Qarışdıra-qarışdıra bişirillərdi. Olurdu sakqız kimi. Sooyanda onu yığıllardı qətdannara, qoyullardı süfriyə quru şirniyat kimi.
Hazır bəhməzi yığıllardı küpə. Qoyurdular bana. Evin üssündə dirəyə bağlıyıllardı. Qışda gedirdin götürməyə, görürdün halva… Bəhməz olub halva. Xarrıyırdı.
***
İrçal düzəldillərdi. Üzümü giləliyip töküllərdi teşdə. Üzümnən su düzəldillərdi, töküllərdi giləən üssünə. Bişib olurdu irçal.
***
Qışa saxlamaq üçün meyvəni yığıb qoyırdılar evin banında torpağın üssünə. Üzümü elə dərməh lazımdı ki, saplağı əzilməsin, qayçıynan üzməh lazımdı. Qışda gedirsən ki, götürəsən, görürsən bir əz sıxılıb, amma bir dənə də çürüh yoxdu. Salxımlar bir-birinə dəyməməlidi. Salxımın ucuna bir üzüm giləsi də taxıllardı ki, ordan şirə çəkir. Əzgili yığırsan. Bir dənə-dənə düzürsən. İnnabı da sərirsən, qalır qışa. Heç nəyi üs-üssə yığmağ olmaz, hamısı sərilməlidi.
***
Kişmiş qurutmax. Qubada görmüşəm, təndiri qalıyıllardı. Təndir qızdı. Daay orda odun, çırpı qalmadı. Közün üssün nazih qaysax kimi kül alır. Şiş kimi çubuxları olur. Kişmişi üzümün salxımların keçirdillər ona. Qoyurdular təndirə, qurudullardı. Soora salxımnan qurumuş gilələri təmizziirlərdi.
Qaxı da helənçiynə düzəldillərdi. Sapa düzüllərdi, asıllardı təndirdən. Alma qurusun, ərih qurusun.
Göyçayda belə eliillərdi: kişmişi üzümü yığıllardı ağaşdan. Təmiz artdıyıllardı çürüyün, zədəlisin. Sabah kişmiş düzəldiləcəhsə, büyünnən kül suyu düzəldillərdi. Qazanda suyu qoyullardı, bir yarım vedrə külü də töküllərdi o qazana. Qarışdırıllardı kəfgirnən. Kömürrərin götürüb atıllardı. Su qaynıyannan soora altın söndürüllər. O qalırdı, elə durulurdu. Səər o suyu süzüllərdi başqa bir qaba. Qoyullardı ocağa. O ocaxda yavaş-yavaş qayniyırdı. Qaynadıxcan, rəhmətdih nənəm götürüp salxımın ucunnan salırdı o qaynıyan sua – kül suyuna, çıxardıp yığırdı mərcimayıya. Öyün üssünə də tərəcə qoymuşdılar. Mərcimayı dolduxcan aparıp düzürdüh tərəcəən üssünə – qarğıın üssünə. Quruyannan soora töküb oordu, höösüyirdi, baş olurdu. Oldu yarım torba kişmiş, bir torba kişmiş.
Ədəbiyyat:
1. Əhmədli A. Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında). Bakı, “Elm və təhsil”, 2018, 220 səh.
2. Göyçay folklor örnəkləri. I cild. Bakı, “Elm və təhsil”, 2022, 296 səh.
Atəş Əhmədli,
filologiya ü.f.d., dosent