Gürcüstanda geniş oxucu kütləsinə malik gaxa.ge və 24news.ge portalları, “Gürcüstan” qəzeti Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın fəaliyyətə başlamasının 99-cu ildönümündən yazır, bu münasibətlə agentliyin kollektivini təbrik edirlər.

Gaxa.ge saytının rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə AZƏRTAC-ın 99 illik fəaliyyətinə, keçdiyi mürəkkəb və şərəfli yola nəzər salıb, qazandığı uğurlardan bəhs edib. Jurnalist qeyd edir ki, dünya informasiya məkanında layiqli yer tutan AZƏRTAC ölkədə jurnalistikanın inkişafına və peşəkar jurnalistlərin yetişdirilməsinə də mühüm töhfə verib. Agentliyin 8 dildə xəbər yayımladığını vurğulayan jurnalist, onun dəqiq və qərəzsiz informasiyalarının Gürcüstanda da maraqla qarşılandığını bildirir.
24news.ge portalında və “Gürcüstan” qəzetində də AZƏRTAC-ın fəaliyyətindən, qazandığı uğurlardan ətraflı bəhs olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









