
“Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramı 2022-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsilin İnkişafı Fondunun birgə iştirakı ilə həyata keçirilir. Hazırda cari tədris ilində 93 tələbə qız bu təqaüdü almaq imkanı əldə edib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı deyib. O bildirib ki, ümumilikdə layihənin icrası dövründə 300-ə yaxın tələbə bu proqramda iştirak edib: “Təhsil İnkişaf Fondu olaraq biz tərəfdaş qurumlarla birgə fəaliyyətimizi davam etdirəcək, gənclərin elmi potensialının inkişafına, tədqiqat imkanlarının genişlənməsinə töhfə verəcəyik. Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində biz bir sıra əlavə tədqiqat proqramlarını da həyata keçirməkdəyik.
Ümumilikdə bu tədqiqat proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu proqramlarda iştirak edib”.
İlqar Bayramlı qeyd edib ki, Təhsilin İnkişafı Fondu “təhsilli qız – güclü vətəndaş, güclü dövlət” prinsipi ilə gənc qızların təhsilinə daim dəstək göstərmək niyyətindədir.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









