
Azərbaycanın İsveç Krallığında və eyni zamanda, Finlandiya Respublikasında səfirliyi Helsinki şəhərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfirliyin əməkdaşları Finlandiyanın paytaxtında yeni fəaliyyətə başlamış Azərbaycan evində həmvətənlərimizlə görüşərək, onları maraqlandıran konsulluq məsələləri ilə bağlı çoxsaylı suallara cavab verməklə yanaşı, mövcud problemlərlə maraqlanıblar.
Görüşün sonunda soydaşlarımıza konsulluq xidmətləri həyata keçirməklə yanaşı, onlara lazımi sənədlər təqdim edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









