Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Heyinin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı İsraillə dolayı danışıqları bərpa etmək üçün Misirə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında yaydığı məlumatda deyilir.
“Xəlil əl-Heyinin başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qəzzada atəşkəs, İsrail qoşunlarının çıxarılması və fələstinli məhbuslarla girovların dəyişdirilməsi üzrə danışıqlarda iştirak etmək üçün Misirə gəlib”, – deyə məlumatda bildirilir.
Məsləhətləşmələrdə HƏMAS Siyasi Bürosunun başqa hansı üzvlərinin iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.