Dünyada məşhur olan “Vogue” jurnalının Paris nəşrinin portalında dünyanın səkkiz ən gözəl konsert zalı haqqında məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, dünyanın memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi də “Vogue”un siyahısında yer alıb. Mərkəzin məşhur memar Zaha Hadidin şah əsərlərindən biri olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, Heydər Əliyev Mərkəzi ölkəmiz üçün mədəniyyət və memarlığın yeni dövrünün rəmzidir. Memar bu əsəri vasitəsilə mədəniyyətimizin müxtəlif həssaslıqlarını və xalqın optimizmini əks etdirməyə çalışıb.
Dünyada böyük musiqiçilərin konsertləri keçirilmiş və ən gözəl hesab olunan bu konsert zallarının gizli sirlərlə dolu və bəzilərinin isə müasir memarlıq əsərlərinin şedevri olduğu vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









