Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









