Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Beynəlxalq münasibətlər sistemində belə bir praktikanın olduğunu diqqətə çatdıran Hikmət Hacıyev əlavə edib: “İşğalçı və təcavüzkar dövlətlərin hərbi quruculuğu, hərbi planları və ordu quruculuğu prosesində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu məhdudiyyətlər istər İkinci Dünya müharibəsindən sonra, istərsə də İraq-Küveyt müharibəsindən sonra İraqa münasibətdə tətbiq edilib. Ona görə də biz hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır və Ermənistana hücum xarakterli silahları verən ölkələrin ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır”.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









