
Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.
O bildirib: “Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.