
İşğaldan azad olunan Cəbrayılın Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövcud məskunlaşma ərazisi 93,74 hektar olsa da, perspektivlər də nəzərə alınaraq kənd ərazisi 246,1 hektar əraziyədək genişləndiriləcək.
Sakinlər üçün inşa edilən evlər iki, üç, dörd və beş otaqlı olacaq. Evlər amfiteatr üslubunda, pilləvarı yerləşdirilib, bir evin həyətindən, digər evin həyəti görünmür.
Həmçinin kənddə 624 yerlik məktəb binasının, 220 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və çoxfunksiyalı binanın, bazar kompleksinin, tibb məntəqəsinin, mərasim zalı və qonaq evinin də tikintisi planlaşdırılıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









