
“İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrini həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb”.
APA-nın xəbərinə görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13 zirvə konfransının yekun kommünikesində deyilir.
Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: “Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır”.
Konfrans Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıb: “Konfrans Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyir”.
Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.
Yekun kommünikedə İrana qarşı tənqidlər də yer alıb. Bu ölkənin region dövlətlərinin daxili işlərinə qarışması qınanıb.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
